Icma.az
close
up
RU
Kəssə hər kim tökülən qan izini...

Kəssə hər kim tökülən qan izini...

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Qlobal müharibəyə qarşı Azərbaycanın vasitəçiliyi 

Prezident İlham Əliyevin dekabrın 17-də “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru, “Rossiya-1” televiziya kanalının “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsi dünyanın ekspert dairələrinin diqqət mərkəzindədir. Bu diqqəti şərtləndirən bir çox xüsusiyyətlər var. 

Əvvəla, müsahibə, kifayət qədər, əhatəli məzmun daşıyırdı, orada vurğulanan məsələlər bütövlükdə müasir dünya düzəninə, beynəlxalq müstəvidə baş verən proseslərə nəzər salınması baxımından əhəmiyyətli idi. Ancaq ekspert dairələrinin üzərində dayandığı başlıca məqam Prezident İlham Əliyevin lider obrazıdır. Yəni, hansı məsələlərə diqqət yetirməsindən asılı olmayaraq, bu obrazın yanaşma tərzində fərqlilik və məxsusilik var. Fərqliliyi səciyyələndirən xüsusiyyətlərin çevrəsi isə olduqca zəngindir. 

Bəli, dövlətimizin başçısı hazırda dünyanı düşündürən məsələlərə köklü yanaşır və onun lider obrazındakı ən böyük məzsusilik də elə budur. Bu obraz nəyi, nə zaman bildirməyin və deməyin vacib olduğunu hamıdan dəfələrlə yaxşı bilir. Bəşəriyyəti düşündürən başlıca məsələ isə Rusiya – Ukrayna müharibəsi fonunda Qərb-Rusiya ziddiyyətlərinin Üçüncü dünya müharibəsi reallığına doğru getməsidir. 

Prezident İlham Əliyev həmin reallığın, özünün də vurğuladığı kimi, qlobal apokalipsis trayektoriyasından qaçılmağın zəruriliyindən söz açıb. Bunu zaman Azərbaycanın istər Qərbdə, istərsə də Şərqdə müstəqil xarici siyasət yürüdən aktor kimi qəbul edildiyini diqqətə çatdırıb. Əlbəttə, müstəqil xarici siyasətin neytrallıq seqmenti aktualdır. Mövcud anlamda ilk növbədə dövlətimizin başçısının bu il aprelin 23-də ADA Universitetində keçirilmiş “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumdakı çıxışında səsləndirdiyi fikirlərin üzərində dayanmaq istərdik: “Etnik, dini baxımdan bir-birinə çox yaxın olan iki xalq üçün bu, böyük faciədir. Müharibədən qaçmaq şansı var idimi? Məncə, var idi. Əvvəlki illərdə Ukrayna liderlərinin Rusiya ilə normal münasibətlər qurmaq şansı var idimi? Tam əminəm ki, var idi. Bəli, mən indicə Rusiya – Azərbaycan münasibətlərindən danışırdım. Biz qonşuyuq. Biz güclü tərəfdaşlıq əlaqələri qurmuşuq. Biz bir-birimizin suverenliyinə hörmət edirik. Biz bir-birimizin işinə qarışmırıq. Rusiya ilə Ukrayna arasında belə ola bilməzdimi? Əlbəttə, mümkün idi. Ruslar Ukraynaya çox yaxın insanlardır. Niyə baş vermədi? Kimdir günahkar? Mənim fikrim var, amma bunu paylaşmayım”. 

“Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü”. Dahi Hüseyn Cavidin fikirləri günümüz üçün son dərəcə aktualdır. Hesab edirik ki, dövlətimizin başçısı D.Kiselyova müsahibəsində Rusiya – Ukrayna müharibəsinə və Gürcüstandakı proseslərə eyni neytrallıq prizmasından yanaşaraq, günahkarların kim və ya kimlər olduğunu vurğulamadan, məhz qan tökülməsinin qarşısının alınması zəruriliyi üzərində dayandı. Başqa sözlə desək, qlobal apokalipsisdən qaçılmasını birinci dərəcəli vəzifə kimi elan etdi. Ən başlıcası isə Azərbaycanın neytral statusunu prosesə dəstək baxımından mühüm dividend kimi önə çəkdi. Müharibədən, qarşıdurmadan qaçmaq şanslarından istifadə də elə budur. 

Bəli, Prezident İlham Əliyevin şəxsi keyfiyyətləri, liderlik xüsusiyyətləri - erudisiyası, fikirlərinin məntiqli ardıcıllığı və qlobal baxış müstəvisi imkan verir ki, Azərbaycanın müstəqil aktor obrazı Üçüncü dünya müharibəsi riski yaradan problemlərin aradan qaldırılmasında həlledici rol oynasın. Bir halda ki, tölükən qan izini kəsmək şansları var, deməli, onlardan maksimum istifadə etmək gərəkdir. Ona görə də dövlətimizin başçısı bildirib ki, Azərbaycan Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir: “Dünyada ikinci belə ölkə yoxdur. Buna görə də öhdəliklərimizin məntiqi zənciri üzrə irəli getsək, görərik ki, müttəfiqlik öhdəliklərimiz çoxşaxəlidir. Biz isə təbii ki, Yer üzündəki real vəziyyətdən çıxış edəcəyik və bir daha demək istəyirəm ki, bəlkə hansısa mərhələdə Azərbaycanın səyləri tələb olunacaq. Burada Rusiya Ordusunun Baş Qərargah rəisi və NATO Hərbi Komitəsinin rəisi səviyyəsində bir sıra görüşlər keçirilib, eləcə də Birləşmiş Ştatların və Rusiyanın hərbi rəhbərliyi də Bakıda görüşüblər. Axı bu, təsadüfən seçilməyib. Həm Qərbdə, həm Rusiyada, həm də Şərqdə etibar edilən ölkələr çox deyil. Həm də hərbi-siyasi strukturlarda formal və ya qeyri-formal üzvlüklə məşğul olmayan ölkələr çox deyil. Buna görə də, əgər belə bir ehtiyac olarsa, biz gərginliyin aradan qaldırılmasına öz töhfəmizi verməyə hazırıq”. 

***

Göründüyü kimi, dövlətimizin başçısı Azərbaycanın dünyada etibar edilən ölkə statusunu vurğulayıb. Daha doğrusu, bu statusu bəşəriyyəti düşündürən qlobal bəlanın aradan qaldırılması üçün, bir növ, vasitəçi rolunda təqdim edib. Nəzərə alaq ki, dövlətimizin başçısı siyasəti müasir ­dövrün tələblərinə məharətlə uzlaşdırmağı bacarır. Nəticə etibarilə, İlham Əliyevli Azərbaycan həm də çağdaş dünyamızın siyasi olmaqla yanaşı, istər mədəni, istər iqtisadi, istərsə də mənəvi baxımından ayrılmaz tərkib hissəsidir. 

Əlbəttə, Azərbaycanın neytrallıq xüsusiyyəti bəlli prinsiplərə söykənən reallıqdır. Nəzərə alaq ki, hər ölkə bu statusda çıxış edə bilmir və bunu dövlətimizin başçısı da diqqətə çatdırıb. Onu da nəzərə alaq ki, İlham Əliyev siyasətinin qətiyyət və prinsipiallıq xarakteri Azərbaycan üçün həlli vacib məsələlərin operativ və ardıcıl surətdə reallaşdırılması prioritetini rəhbər tutmaqdadır. Mövcud yanaşma mahiyyətcə nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqaz regionunun hüdudlarını aşan danılmaz liderlik faktıdır. Nəticə isə göz qabağındadır – İlham Əliyev liderliyi dünyada qəbul edilmiş gerçəklikdir. Nəticə həm də ondan ibarətdir ki, beynəlxalq aləm dövlətimizin başçısının adı gələndə postsovet məkanının rəhbər şəxsləri barədəki klişelərdən uzaqdır. 

Bəli, Azərbaycan Prezidenti ölkəmizi NATO – Rusiya ziddiyyətlərinin aradan qaldırılmasında, o cümlədən, həmin fonda Rusiya – Ukrayna müharibəsinin dayandırılmasında vasitəçi kimi təqdim edirsə, bu, adi qarşılana bilməz. Çünki dövlətimizin başçısı sözünün ağasıdır. Cənab Əliyevin dilə gətirdiyi hər fikrin reallıqla dərin fiksasiya mahiyyəti var. Çünki təfərrüatları açıqlamasa da, dövlətimizin başçısı vasitəçiliyin trayektoriyasını əvvəlcədən ciddi şəkildə düşünüb. Onun düşüncəsində riskləri nəzərə alma bir neçə istiqamətli amplitudaya malikdir. Belə yanaşma isə qarşıya qoyulmuş məqsədin həyata keçirilməsinin kənar təsirlərdən etibarlı sığortasıdır. Dünya məhz bunu bilir və ona görə də ölkəmizə inam və etimad danılmaz reallıqdır. 

Dünya güc dünyasıdır. Güclüsənsə, haqlısan. Bu deyimlər də artıq özünə yer tutub. İlham Əliyev liderliyi və bu liderliyin qlobal ziddiyyətlərin aradan qaldırılmasına hesablanmış yüksək statusu həm də ona görə etibarlıdır ki, Azərbaycan Prezidenti ölkəmizin haqq davasının məharətli sərkərdəsidir. Nəzərə alaq ki, o, Qarabağ məsələsində ortaya prinsipiallıq və qətiyyət qoymuş və bununla bağlı işlətdiyi hər fikir dərin ideoloji məzmun qazanmışdı. Nəticədə erməni işğalına son qoyulmuşdu. Müasir dünyamızda üzləşdiyi işğalı aradan qaldırmanın Azərbaycan nümunəsi isə bənzərsiz və təkrarsızdır. 

Sonda onu da vurğulayaq ki, dünya, ümumən, risklərlə doludur. Heç nə göründüyü kimi deyil, heç bir hadisə və proses, xüsusən də Azərbaycanla bağlı məsələlər asanlıqla başa gəlmir. İlham Əliyev obrazı qloballaşan və dəyişən dünyamızda Azərbaycanın, sadə dildə desək, sağqalma formuludur. Əminik ki, dövlətimizin başçısı özünün qlobal liderlik obrazı ilə ölkəmizi daha böyük statuslara və zirvələrə aparacaq. 

Ə.CAHANGİROĞLU
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Dekabr 2024 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see225

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see208

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see194

Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var Nazirliyin İdarə rəhbəri

20 Oktyabr 2025 17:30see193

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see187

Məşhur tennisçi Devis Kubokunun finalında oynamayacaq

20 Oktyabr 2025 21:39see185

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see179

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see165

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see149

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see148

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see146

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see145

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see142

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see141

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see139

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see139

Xalq artistindən İDDİALI FOTOSESSİYA

20 Oktyabr 2025 17:22see136

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see131

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see130

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri