Icma.az
close
up
RU
Menu

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

Rüstəmə dedim ki, sən şair deyilsən…

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

“Kəssə hər kim tökülən qan izini…”

“Kəssə hər kim tökülən qan izini…”

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Avrasiyanın xəritəsinə “Tramp yolu” termini düşdüsə, Nobelçilər siyahısına nə üçün Donald Tramp adı düşməsin?

Mən heç bir iş görməmiş, lakin mükafat almış şəxslərlə bağlı Nobel Sülh Mükafatının çox müəmmalı qərarlarının tarixinə varmaq istəməzdim. Lakin Prezident Tramp altı ay ərzində möcüzə yaratdı. Bir sözlə, düşünürəm ki, erməni həmkarım da dəstəkləyəcək. Auditoriyanın reaksiyasından hesab edirəm ki, biz qayıdan kimi birgə məktubun hazırlanması üzərində razılığa gələcəyik. Ümid edirəm ki, mən, həmçinin Prezidentin mükafatlandırma mərasiminə qoşulacağam.

Azərbaycan Prezidenti İlham Əliyevin Ağ Evdə mətbuata verdiyi bəyanatdan
Vaşinqton, 8 avqust 2025-ci il.

Avqustun 8-də Vaşinqtondan gələn xəbərləri eşidəndə öncə 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə dövlət televiziyasının ekranının titrlərində davamlı olaraq təkrar edilən “Bir azdan Prezident İlham Əliyevin xalqa müraciəti yayımlanacaq” anonsunu xatırladım. Həmin gecə cənab Ali Baş Komandan elan etdi ki… müharibə bitdi. O sevincin miqyasını dilə gətirmək mümkün olmasa da, başqa bir məqamı dilə gətirə bilirəm. Evimizdə telefon olan 25 ildə ilk dəfə idi ki, gecəyarısı telefonumuz susmurdu. Elə bil o gecə heç kəs yatmamışdı…

Ötən həftənin sonunda cənab Donald Trampın təşəbbüsü və qətiyyəti ilə Vaşinqtonda imzalanan sənədlərin mahiyyətinə varınca, xüsusən, “bir daha Azərbaycan və Ermənistan arasında müharibə olmayacaq” tezisini eşidəndə yadıma düşən növbəti məqam müharibənin zərərdidələri haqqında bildiklərim oldu.

Uşaq olanda elə bilirdim ki, müharibədə ancaq hərbçilər iştirak edir, əsgər və zabitlər ölürlər. Bu fikirlər gördüyüm filmlərin təəssüratı əsasında yaranırdı. Sonra tarix müəllimimiz danışdı ki, dünyanın hər yerində, istənilən müharibəni ideoloqlar düşünüb hazırlayır, siyasətçilər başlayır, hərbçilər qırılır, həlak edilir, lakin bütün ölkələrdə əsas müharibə zərərdidəsi qadın və uşaqlar olur. Əsgər öz vəzifəsini yerinə yetirərkən həlak olursa, adı tarixə yazılır, vəssalam. Atası, qardaşı, əri, oğlu həlak olan qadın isə min dəfə ölür, dirilir. Həlak olmuş hərbçinin övladları da bir ömürlük iztirabda qalırlar. Yəni, cənab Trampın bu addımı təkcə hərbi, siyasi, diplomatik və ya iqtisadi baxımdan önəm kəsb etmir. Burada çox böyük mənəvi əhəmiyyət kəsb edən məqamlar da var.

Çəkinmədən deyə bilərəm ki, bu qərardan ən çox “xeyir görən” azərbaycanlı və erməni qadınlar olacaq. Robert Koçaryan və Serj Sarkisyanın əli ilə öldürülmüş yüzlərlə azərbaycanlı körpənin ruhu şad olub-olmayacağını bilmirəm. Çünki o yaşdakı cocuqların ruhunun olub-olmadığını da bilmirəm. Bildiyim odur ki, daha azərbaycanlı körpələr erməni gülləsindən, mərmisindən, minasından ölməyəcəklər. Bu, bizim üçün sıradan bir xəbər deyil. Bu, cənab Donald Trampın da dediyi kimi, çox vacib bir sənəddir.

ABŞ Prezidenti xatırlatdı ki, bu ölkələr uzun illər ərzində – 35 il müharibə şəraitində olublar. İndi isə onlar dostdur və bundan sonra uzun müddət dost qalacaqlar: “Bu gün Ağ Evdə Ermənistan ilə Azərbaycan arasında sülh sammitində hər kəsi qəbul etməkdən böyük şərəf duyuram. Mən böyük insanların bir araya toplanmasından böyük zövq alıram və burada məhz bu baş verir. İki uzaqgörən lider – Prezident Əliyev və Baş nazir Paşinyanı Vaşinqtona səfər edərək bu mühüm bəyannamənin imzalanması münasibətilə təbrik edirəm. Bu, çox vacib bir sənəddir”.

Vaşinqtonda həm ABŞ, həm də Azərbaycan prezidentləri bir neçə dəfə xatırlatdılar ki, Ermənistan və Azərbaycan 35 ildən artıq müharibə şəraitində olub. Bu münaqişə uzun illər ərzində insanlara əziyyət və məhrumiyyət gətirmişdir. Cənab Tramp daha konkret olaraq söylədi ki, bir çox ölkələr, həmçinin Avropa İttifaqı, Rusiya bu münaqişənin həlli üzərində gərgin çalışıb, lakin buna nail ola bilməyib: “Ayaq üstə yuxulayan Co Bayden də bu məsələ ilə məşğul olmağa çalışıb, ancaq nəticəsi necə olub, bəllidir. O, yəqin ki, bu işə 12 dəqiqə vaxt sərf edib”.

Bəli, Vaşinqtonda imzalanan üçtərəfli sənədlə bizim regionda sülhün bərpası mümkün olacaq. Ancaq daha xoş xəbərlərdən biri də odur ki, Vaşinqtonda imzalanan digər sənədlə qalib Azərbaycan dövlətinin beş ilə yaxın müddətdə nail olmağa çalışdığı Zəngəzur dəhlizinin (indi ona Tramp yolu, Tramp körpüsü, Tramp marşrutu kimi müxtəlif adlar verilərək bu mühüm layihənin memarının adı Cənubi Qafqazda əbədiləşdirilir) taleyi də birmənalı olaraq həll edildi. ABŞ Prezidenti xüsusi olaraq qeyd etdi ki, mənim üçün böyük şərəf doğuran məqam bu bəyanatda TRIPP, yəni, “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”nun öz əksini tapmasıdır: “Bu xüsusi tranzit ərazi vasitəsilə Azərbaycan Ermənistanın suverenliyinə qəti şəkildə hörmət çərçivəsində özünün Naxçıvan bölgəsinə tam çıxış əldə edəcək. Yəni, bunun nəticəsində hər iki tərəf üçün xüsusi əhəmiyyət daşıyan bu ərazidə birgə əməkdaşlıq mümkün olacaq”.

Kütləvi informasiya vasitələri bu xəbərləri yayan kimi qardaş Türkiyədən əks-sədalar gəldi: “Cənab Rəcəb Tayyib Ərdoğanın reallaşdırmağa çalışdığı Turan layihəsinə ABŞ Prezidentindən mükəmməl hədiyyə!”. Türk mətbuatı yazdı ki, Ankaradan və ya İstanbuldan yola düşən dəmir yolu qatarları Naxçıvandan və Zəngəzurdan keçərək dəniz üzərindən Türkistana gedəcəklər”.

Bu məsələlərə Azərbaycan Prezidentinin münasibətinə gəlincə isə dövlət başçımız öncə Azərbaycan – ABŞ tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinin indiki vəziyyəti barədə danışmağa üstünlük verdi: “Bu gün biz Azərbaycan ilə ABŞ arasında ikitərəfli, dövlətlərarası münasibətlərimizdə yeni tarix yazırıq. Biz strateji tərəfdaşlıq yoluna qədəm qoyuruq və bir neçə ay ərzində Strateji Tərəfdaşlıq Xartiyası işlənib hazırlanacaq. Bu isə Azərbaycan üçün tarixi nailiyyətdir. Çünki dünyanın ən qüdrətli ölkəsi ilə strateji tərəfdaşlıq münasibətlərinə malik olmaq həm fürsətdir, həm də məsuliyyət. Bu strateji tərəfdaşlıq formatı bir çox vacib sahələri əhatə edir – qarşılıqlı sərmayə, ticarət, enerji, bağlılıq, tranzit, süni intellekt, müdafiə sahəsində kontraktlar və terrorizmlə mübarizə. Bugünədək bu sahələrdə əməkdaşlığımız olub və ümid edirəm ki, gələcəkdə də fəal əməkdaşlığımız olacaqdır”.

Dövlət başçımız xüsusi olaraq vurğuladı ki, “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” yeni bağlantı əlaqələri yaradacaq, sədləri aradan qaldıracaq və sərmayələr, firavanlıq, sabitlik sayəsində çoxsaylı ölkələr üçün bağlantı imkanları yaradacaq: “Prezident Tramp Qafqaza sülh gətirir və biz buna görə ona minnətdarıq. Əminəm ki, Ermənistan ilə Azərbaycan sülhün əldə olunması üçün özlərində cəsarət və məsuliyyət tapacaq, xalqlarımız da barışacaqlar. Biz qarşıdurma və qan tökülməsi səhifəsini çevirəcəyik, uşaqlarımız üçün işıqlı və təhlükəsiz gələcək təmin edəcəyik. Mən çox şadam ki, biz bu gün yeni, gözəl tarix yazırıq”!

Liderlərin Vaşinqton görüşü, aparılan müzakirələr və imzalanan sənədlər barədə danışarkən Ermənistanın indiki dövlət başçısının qətiyyətini də unutmaq olmaz. Çünki o, ağzındakı qanı qurumağa qoymayan – yəni daim terror və təxribatla məşğul olan “Daşnaksütyun”la da mübarizədədir, qarğa – quzğundan heç nə ilə fərqlənməyən keşişlərlə də, Xocalı soyqırımı başda olmaqla çoxsaylı vəhşiliklərə imza atmış Robert Koçaryan–Serj Sarkisyan tandemi, “Artsax” separatçıları ilə də, Fransa başda olmaqla bütün Avropaya səpələnmiş diaspor qurumları ilə də, lap elə ABŞ-da fəaliyyət göstərən Amerika Erməniləri Milli Komitəsi ilə də. Yəni, ona bir çox tərəfdən təzyiq göstərilsə də, çoxunun bəyənmədiyi Nikol Paşinyan xalqının və “real Ermənistan” dövlətinin sabahı naminə rəsmi Bakının və Vaşinqtonun təklifləri ilə razılaşaraq erməni tarixinə düşməyi bacardı.

Sonda xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 11-də Ankarada hökumətin iclasının yekunlarına dair brifinqdə dedi ki, Azərbaycan torpaqlarının uzunmüddətli erməni işğalından azad edilməsi ilə regionun inkişafında yeni mərhələ başlayıb. O, Azərbaycanla bağlı məhdudiyyətlərin aradan qaldırılmasını da alqışlayıb: “Türkiyə tərəfinin məmnunluğunu qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevə çatdırdım. Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını vurğuladım”. Dövlət başçısı Ermənistan Baş naziri Nikol Paşinyanla söhbətində də bu mövzunu müzakirə etdiyini bildirib.

Türkiyə liderinin fikrincə, regionda sülh mühitinin formalaşması ilə avtomobil və dəmir yolu əlaqələri bərpa olunacaq, sərhəd-keçid məntəqələri açılacaq, azad ticarətə maneələr aradan qaldırılacaq ki, bu da bütün region dövlətlərinin maraqlarına cavab verir.

… Nəhayət, Prezident İlham Əliyev iki-üç il əvvəl “Biz İrəvana, Göyçəyə, Zəngəzura da gedəcəyik” – deyəndə Emmanuel Makron başda olmaqla çoxsaylı bədxahlarımız vay-şivən qaldırırdılar ki, İlham Əliyev Ermənistanı təhdid edir. O zaman dövlət başçımız həmin qaragüruhçulara cavab vermişdi ki, biz Zəngəzura tankla, topla yox, qatarla, avtomobillə gedəcəyik!

Buyurun, bu da sizə qatarla, avtobusla gedəcəyimiz Zəngəzur dəhlizi – Tramp yolu!

İttifaq MİRZƏBƏYLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Avqust 2025 02:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see291

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see277

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see261

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see258

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see257

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see251

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see247

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see247

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see240

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see239

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see237

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see237

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see219

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

12 Sentyabr 2026 10:00see216

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see214

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see204

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see201

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see201

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see199

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri