Icma.az
close
up
RU
Kəssə hər kim tökülən qan izini…

Kəssə hər kim tökülən qan izini…

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Gözəlliyi, Tanrını özünə ümid, pənah yeri seçən, bütün gözəlliklərdən zövq alaraq yaradan fəlsəfi düşüncələr şairin ucaltdığı səsi həqiqət axtarışında olan bir mütəfəkkirin səsi idi. Dünyanı gözəlliyə qərq etmək, müharibələrə son qoymaq, iblisləri qəlblərdən çıxarmaq kimi bir amal uğurunda yazıb-yaradan şair zaman ilə üz-üzə dayanaraq həqiqi gözəllik axtarışında idi. Dünyanı, bəşəriyyəti xilas edəcək məfhumun dəyərini fəlsəfi dünyasında özünəməxsus bir tərzdə nəzmə çəkir. Filosof şair, böyük dramaturq Hüseyn Cavid dünyasından ədəbi mühitə hopan misralar onun böyük dünyanın hakim olduğu düşüncələrin parlaq nümunəsi kimi poeziyamıza yol açmışdır. Zamanın müasiri olan Hüseyn Cavid sonralar elə bütün nəsillərin müasirinə çevrildi, klassik sənətkar kimi Azərbaycan ədəbiyyatına, fəlsəfi fikir dünyamıza möhrünü vurdu.

Ürək dolubdu nədən, sanki qan piyaləsidir,

Tapıbdır əksini qəlbimdə bəlkə hali-vətən?

Zəmanə ötsə də möhnətli, qanlı qəlbimdən,

Əminəm, heç də silinməz bu ibtizali-vətən.

- deyən şairin əzəmətli səsi, dünyası vətən kimi böyük və müqəddəs bir məfhumun qəlbində əksini tapdığını ifadə edir.

VƏTƏPƏRVƏR RUHLU ŞAİR

Azərbaycan ədəbiyyatı tarixində romantizm ədəbi cərəyanın ən qüdrətli sənətkarlarından biri olan Hüseyn Cavid vətənin taleyi ilə qəlbinin həmahəngliyinini nəzmə çəkdiyi misralarda şair vətəpərvər ruhunu ortaya qoyur. Hüseyn Cavid XX əsrdə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişaf etməsində misilsiz xidmətlər göstərmişdir. Hüseyn Cavid Azərbaycan xalqını, onun mədəniyyətini, ədəbiyyatını, elmini yüksəklərə qaldıran böyük şəxsiyyətlərdən biridir. "Hüseyn Cavidin yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün üçün, gələcək nəsillər üçün dərslik kitabıdır. Hüseyn Cavidin bütün yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan, xalqımızı azad, müstəqil xalq etməkdən ibarət olubdur. Onun bütün yaradıcılığı Azərbaycan xalqını milli azadlığa, müstəqilliyə çağırıbdır. O, həmişə öz iradəsi ilə yaşamış, öz iradəsinə, millətinə sadiq olmuşdur, millətini, xalqını həddindən artıq sevmiş və millətinə həddindən artıq xidmət edən bir insan olmuşdur". Bu fikirləri Ümummilli Lider Heydər Əliyev Azərbaycan ədəbiyyatı tarixində xüsusi mövqeyi olan qüdrətli söz ustalarından biri olan Hüseyn Cavid haqqında bildirmişdir.

Fəlsəfi müdrikliyin və bədii kamilliyin ahəngdar vəhdətini dolğun təcəssüm etdirən Hüseyn Cavid yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə işıqlı səhifələr yazıb. O, bütün ədəbi fəaliyyəti boyu həqiqəti, insanpərvərliyi və gözəlliyi tərənnüm edib. Şərq poetik fikri zəminində yüksələn və dünya romantizm ənənələrindən uğurla bəhrələnən filosof-şair Azərbaycan poeziyasında fəlsəfi lirikanın dəyərli nümunələrini meydana gətirib. Azərbaycan xalqının XX əsrdə yetirdiyi ən böyük şəxsiyyətlərdən olan filosof-şair və istedadlı dramaturq Hüseyn Cavid ictimai fikir tarixində böyük rol oynamışdır. Hələ sağlığında öz orijinal sənət yolu ilə milli ədəbi-ictimai fikrin diqqətini yaradıcılığına cəlb etmiş Hüseyn Cavid irsi günahsız yerə repressiya olunduqdan sonra, bir müddət yasaq edilsə də, əsl vətənpərvər ziyalıların xatirindən bir an da çıxmamış, yeri gəldikcə, şifahi şəkildə olsa da, təbliğ edilmişdir. Bütün böyük klassiklər kimi, Hüseyn Cavid də zamanın sınağından alnıaçıq çıxaraq, layiq olduğu bəraəti almışdır.

MİLLİ RUH VƏ AZƏRBAYCANÇILIQ MƏFKURƏSİ

Xalqımızın bir çox klassik sənətkarı kimi, Hüseyn Cavid irsinin və sənətkar şəxsiyyətinin əsl qiymətini sözün-sənətin böyük bilicisi və hamisi Azərbaycan xalqının böyük Oğlu, Ümummilli Lider Heydər Əliyev vermiş, onun istər cismən, istərsə də mənən vətəninə və xalqına qaytarılmasında müstəsna rol oynamışdır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Hüseyn Cavidin nəşinin hələ 1982-ci ildə Uzaq Sibirdən vətəninə gətirilməsi və Naxçıvanda məzarı üzərində möhtəşəm məqbərənin ucaldılması milli ruhun dirçəlişi və azərbaycançılıq məfkurəsinin təntənəsi baxımından, müstəsna əhəmiyyətə malik misilsiz bir hadisədir. Ulu Öndər Heydər Əliyev deyirdi: "Tarix hər şeyi öz yerinə qoydu. Hüseyn Cavidin cənazəsi də Sibirdən öz vətəninə gətirildi, onun adı da yüksəldi".

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Hüseyn Cavidin cənazəsinin qalıqlarının Azərbaycana - şairin doğma yurdu Naxçıvana gətirilməsi Sovet məkanında yaşadığımız illərdə, həqiqətən də, böyük maraq doğurmuşdu. Milli mədəniyyətimizin hərtərəfli inkişafına, yüksəlişinə daim təkan verən Ulu Öndər Heydər Əliyev hələ Azərbaycan KP MK-nın Birinci Katibi vəzifəsində çalışarkən, 1981-ci ildə Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında qərar qəbul etmiş, bu qərardan sonra - 1982-ci il oktyabrın 3-də Naxçıvana səfəri zamanı Cavidin cənazəsinin qalıqlarının Uzaq Sibirdən tapılıb gətirilməsinə xeyir-dua vermişdir. 1982-ci il oktyabrın 12-də Naxçıvan Vilayət Partiya Komitəsi Hüseyn Cavidin məzarının tapılması, cənazəsinin qalıqlarının Azərbaycana gətirilməsi ilə bağlı tarixi bir qərar qəbul etmiş və bu qərarın icrası rusiyalı həmkarlarının köməyindən istifadə edərək şairin məşəqqətli ömür yolunu tədqiq edərək, Cavid haqqında Uzaq Sibirdə saxlanılan sənədlərin əldə olunmasına nail olan Naxçıvan Vilayət Partiya Komitəsinin katibi Həmid Cəfərova həvalə olunmuşdu. Cavidin cənazəsinin qalıqları onilliklərdən sonra uzaq və buzlu Sibirin əlçatmaz yerlərindən doğma yurdu Naxçıvana gətirildi.

AZƏRBAYCANDA POETİK TEATRIN BANİSİ

Böyük dramaturqun doğum günüdə onun keçdiyi ömür yolunu bir daha vərəqləyirik. Böyük dramaturq Hüseyn Cavid 1882-ci ildə oktyabrın 24-də Naxçıvanda ruhani ailəsində dünyaya göz açıb. İbtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini isə M.T.Sidqinin "Məktəbi-tərbiyə" adlı yeni üsullu məktəbində almışdır. 1899-1903-cü illərdə Cənubi Azərbaycanda olmuş, Təbrizin "Talibiyyə" mədrəsəsində təhsilini davam etdirmişdir. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirmiş, Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik etmişdir. Hüseyn Cavid klassik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən sənətkarlardandır. O, XX əsr Azərbaycan mütərəqqi romantizminin banilərindən biri olmuşdur. Hüseyn Cavid sənəti janr və forma cəhətdən zəngindir. O, lirik şeirlərin, lirik-epik, epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir. "Keçmiş günlər" adlı ilk şeir kitabı 1913-cü ildə çap olunmuşdur.

Hüseyn Cavid daha çox dramaturq kimi tanınmışdır. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub və yazı ədası forma yeniliyi baxımından, Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərmiş, "Cavid teatrı" kimi səciyyələndirilmişdir. Professor Cəfər Cəfərov yazırdı: "Şair və teatr özü-özlüyündə bir problemdir ki, səhnə sənətinə yeni keyfiyyət gətirir. Azərbaycanda poetik teatrın banisi Caviddir. ...Cavid yaradıcılığı teatrla üzvi surətdə bağlıdır və Cavidin şübhəsiz, öz teatrı vardır. Cavidi teatrsız, teatrı Cavidsiz düşünmək olmaz". Dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri əksini tapmışdır.

Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan "Şeyx Sənan" (1914) əsərində xalqları bir-birinə qovuşdurmaq üçün ümumbəşəri din ideyasını ortaya atmışdır. Hüseyn Cavid bu dövrdə tədriclə "haqq verilmir, alınır" ideyasına gəlib çıxmışdır. Yaradıcılığında mühüm yer tutan "İblis" (1918) mənzum faciəsində dövrün bütün mürtəce qüvvələri - "insan insana qurddur" fəlsəfəsinin tərəfdarları, "iyirminci əsrin mədəni vəhşiləri" olan dairələri İblis surətində ümumiləşdirilmiş və işğalçı müharibələrə lənət yağdırılmışdır.

Əgər sual edələr – Cavidin xəyalı nədir?

Deyin həqiqəti, ancaq olub maali-vətən.

1926-cı ildə müalicə üçün Almaniyaya gedən və 7 ay Berlində yaşayan Hüseyn Cavid oradan ziyalıların mənəvi iztirablarını əks etdirən bir sıra siyasi-lirik və lirik-epik şeirlərlə qayıdır. Ötən əsrin 20-30-cu illərində Hüseyn Cavid bir sıra tarixi dramlar yazmışdır. "Peyğəmbər" (1922) və "Topal Teymur" (1925) əsərlərindən sonra yazdığı "Səyavuş" (1933), "Xəyyam" (1935) tarixi dramları Hüseyn Cavidin tarixə və tarixi şəxsiyyətlərə baxışında ciddi dönüş oldu.

Yazıçılardan bir belə yazırdı: "Həyat həqiqəti ilə arzu və xəyal arasındakı ziddiyyət onun dram əsərlərinin hərəkətverici qüvvəsidir. Buna görə də H.Cavid müstəsna hadisə, müstəsna hərəkətlər, müstəsna xarakter, müstəsna fabulalar yaradır. H.Cavid orijinal təbiətə malik bir şair idi. Onun bir misrasını silmək, başqa bir misra ilə əvəz etmək mümkün deyildi, hətta dilinin imlasını dəyişdirmək belə böyuk cəsarət tələb edirdi".

Böyük sənətkarın yaradıcılıq irsinə və şəxsiyyətinə hər zaman diqqət olmuşdur. Ümummilli Lider Heydər Əliyevin "Hüseyn Cavidin 120 illik yubileyi haqqında" imzaladığı Sərəncamdan bir gün sonra 2002-ci il 24 oktyabrda, yəni Hüseyn Cavidin 120 illik yubileyi günündə şairin Ev Muzeyi açıldı. Bu gün Azərbaycan Prezidenti Cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirir. Azərbaycan Prezidentinin Sərəncamına əsasən, böyük sənətkarın əsərləri latın qrafikasında çap olunub. Hüseyn Cavidin 130 və 135 illik yubileylərinin keçirilməsi haqqında dövlət başçısı sərəncamlar imzalamışdır.

Görülən işlərin davamı olaraq, Cənab Prezident 24 sentyabr 2022-ci il tarixində Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncam imzaladı. Bu sənəd Cavid yaradıcılığına ayrılan daha bir diqqətdir.

Hüseyn Cavid son dərəcə dərin məzmunlu yaradıcılığı ilə çoxəsrlik Azərbaycan ədəbiyyatı xəzinəsinə tarixi-mədəni dəyərlər bəxş etmiş qüdrətli söz sənətkarıdır. O, Şərqin zəngin fəlsəfi-poetik irsi zəminində yüksələrək və dünya romantizm ənənələrindən uğurla bəhrələnərək, Azərbaycan xalqının ədəbi-bədii fikir salnaməsinə parlaq səhifələr yazmışdır. Mütəfəkkir sənətkarın neçə-neçə oxucu və tamaşaçı nəslinin estetik zövqünü müəyyənləşdirən əsərləri bu gün də öz monumentallığını və yüksək təsir gücünü qorumaqdadır. Böyük dramaturq Hüseyn Cavid "Şeyx Sənan" faciəsində yaratdığı dramatik münaqişə vasitəsilə insanın həqiqət axtarışında olaraq, onun hisslərinin aliliyini yüksəltmək səyləri ilə ucala biləcəyinin mümkünlüyünü isbat etmişdir. Hüseyn Cavid də, məhz belə ali dəyərlərin axtarışında olaraq, əbədiliyini qazanmışdır.

Əgər sual edələr – Cavidin xəyalı nədir?

Deyin həqiqəti, ancaq olub maali-vətən.

Zümrüd BAYRAMOVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:224
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Oktyabr 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see304

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see252

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see247

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see246

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see241

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see237

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see235

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see235

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see219

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see215

Vətən müharibəsinin başlamasından altı il keçir Azərbaycanda Anım Günüdür!

27 Sentyabr 2026 01:05see202

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see201

Heç vaxt müflis olmayacaq BÜRCLƏR

27 Sentyabr 2026 03:44see200

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see199

Fransada insident: Sürücü avtomobili kütlənin üzərinə sürdü

27 Sentyabr 2026 03:26see197

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see196

Son 5 mövsümdə “Kəpəz”in ən uğurlu startı

27 Sentyabr 2026 00:35see192

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see185

Türkiyəli jurnalist saxta məlumat yaydığına görə həbs edilib

26 Sentyabr 2026 23:58see167

TikTokdan məhkəmədə şok etiraf: Uşaqları tətbiqə bağlayacaq şəkildə hazırlanıbmış

27 Sentyabr 2026 04:03see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri