Icma.az
close
up
RU
Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur yer üzünü Aqil Abbas yazır

Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur yer üzünü Aqil Abbas yazır

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

İki yüz ildən çoxdur Azərbaycanın axan qan izini Möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyev  kəsdi və Azərbaycanın qanlı-qadalı günlərini birdəfəlik arxada qoydu.  Darmadağın olmuş, xarabalığa çevrilmiş  Qarabağa yeni həyat, ruh verdi. İndi sevincdən Qarabağın daşları da çiçəkləyib. 

Srağagün, yəni mayın 10-da  Ağdamdaydıq. Çöl, çəmən hamısı qıpqırmızı lalələrlə xonça toxumuşdu. Mənə elə gəldi  ki, şəhidlərin qanları lalə kimi çiçəkləyib. 

Ağdama tez-tez, bəzən ayda iki-üç dəfə gedirəm. Amma bu dəfəki səfər tamamilə fərqli idi. Bu səfər tarixi bir günə  düşmüşdü. 

Muğamın beşiyi olan Ağdam şəhərində  möhtəşəm Muğam Mərkəzinin açılışıydı. Muğam ustalarının göstərdiyi məharət və şəhərdə ucalan muğam səsi bütün dünyaya yayıldı. 

Yadınızdadırsa, Paşinyanın arvadı Anna televizorda yekə-yekə demişdi ki, Mehriban xanım  muğama qulaq asmaq istəyirsə dəvət edərik, gəlib Qarabağda qulaq asar. 

Artıq beşinci ildir ki, Mehriban xanım Əliyeva Qarabağda muğama  qulaq asır, bəs, sən hardasan Anna, əlinə avtomat götürmüşdün, necə oldu avtomat? 

4-cü sinif şagirdinin oxuduğu muğam, vurduğu zəngulələr Möhtərəm Prezidenti, eləcə də Mehriban xanımı  kövrəltdi. Yəqin  sən də bu səsi eşidib hirsindən-hikkəndən ağlamısan.

Bu ona görə tarixi bir gün idi ki, Möhtərəm Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin doğum gününü yenidən tikdiyi, 100-150 minlik şəhərə çevriləcək Ağdamda keçirtdi. Camaatla görüşdü, camaatı dinlədi, o balaca körpələri qucaqlayıb öpdü. Sevincini bütün ağdamlılarla bölüşdü. Ağdamlılar da öz sevinclərini Möhtərəm Prezident  İlham Əliyevlə və Mehriban xanımla bölüşdü. Və ağdamlılar böyük bir fəxarət hissi keçirtdilər. 

Allah qan izini kəsən İlham Əliyevi qorusun! 

Allah muğamı və mədəniyyətimizi ölməyə qoymayan Mehriban xanımı qorusun!

Allah Azərbaycanımızı qorusun!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 14 May 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see760

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see229

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see171

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see168

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see158

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see143

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see141

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see136

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see133

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see132

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see131

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see130

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri