Keyfiyyət Assosiasiyası İctimai Birliyi yeni layihənin icrasına başlayıb
Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Keyfiyyət Assosiasiyası” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə
“İqlim dəyişikliyi və ISO standartları” kitabı layihəsinin icrasına başlayıb. Layihənin məqsədi iqlim dəyişikliyi, qlobal istiləşmənin ətraf mühit, cəmiyyət və iqtisadiyyat üzərində potensial təhlükə və təsirləri barədə ictimaiyyəti məlumatlandırmaq, eyni zamanda karbon emissiyalarının azaldılması və idarə edilməsi, resurslardan daha effektiv istifadə və davamlı inkişaf hədəflərinə nail olunması üçün ISO standartlarının təqdim etdiyi alət və yanaşmalarla müəssisə və təşkilatları təmin etməkdən, bu sahədə bilik və təcrübənin yayılmasıni dəstəkləməkdən ibarətdir.
Layihə çərçivəsində “İqlim dəyişikliyi və ISO standartları” adlı kitab nəşr olunacaq və təqdimat mərasimi keçiriləcək. Kitab şirkətlər, biznes assosiasiyalar, universitetlər və kitabxanalara paylanılılacaq.
Qeyd edək ki, layihə 1 avqust 2025 – 31 oktyabr 2025 -ci il tarixlərini əhatə edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 13 Avqust 2025 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















