Icma.az
close
up
RU
Kiberbullinq təhlükəsi: uşaqları virtual zorakılıqdan necə xilas edək?

Kiberbullinq təhlükəsi: uşaqları virtual zorakılıqdan necə xilas edək?

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Rəqəmsallaşma və texnologiyanın sürətli inkişafı bir sıra bəlaları da özü ilə gətirir. Uşaqların və yeniyetmələrin internetdə daha çox vaxt keçirməsi onları bir sıra cinayətlərin qurbanlarına çevirir. Sosial şəbəkələrdə, oyun platformalarında və mesajlaşma tətbiqlərində yazılan təhqir, təhdid və alçaldıcı davranışlar azyaşlıların psixoloji vəziyyətinə ciddi təsir göstərir.

İnformasiya texnologiyaları məsələləri üzrə ekspert Fərid Pərdəşünas Modern.az saytına deyib ki, kiberbullinq internetdə, rəqəmsal məcralarda azyaşlıların üzləşdiyi qısnama hallarıdır. Burada həm kişi, həm də qadın cinsindən olan uşaqlar virtual zorakılığa məruz qalırlar. Zorakılıq edənlər isə böyüklər olur.

Mütəxəssis bildirib ki, bu tipli hallardan uşaqları uzaq tutmağın əsas yolu valideyn nəzarətinin tətbiqidir.
“Müxtəlif proqramlar ilə uşaqların telefonlarına nəzarət etmək ən birinci şərtdir. Uşaqların öz yaşıdlarından böyük şəxslər ilə ünsiyyəti, onları tanıması, gündəm məsələləri müzakirə etməsi və çərçivələrindən çıxması bunun başlanğıcıdır.

Valideynlər sərt qaydalar ilə uşaqlarına maneə olmağa çalışırlar. Amma bu çətindir. Ümumilikdə, 13 yaşdan yuxarı uşaqlar sosial şəbəkələrdən istifadə edə bilərlər. Lakin çox vaxt azyaşlılar qanunlara uymur və olanlar olur”.

Fərid Pərdəşünas söyləyib ki, valideynlər ilk növbədə uşaqların maraq göstərdiyi sosial platformanı dəqiq müəyyən etməlidirlər. Sonra isə platformanın yaratdığı təhlükəni müəyyən etmək lazımdır. Uşaqların yazışmaları nə qədər şəxsi olsa da, nəzarət önəmlidir. Kimlərlə yazışır, hansı kontekslərə marağı var, əlaqələri və s.

“Valideyn övladına əlaqədə olduğu insan barəsində məlumat verməlidir, onun zərərli tərəflərini başa salmalıdır. Rəqəmsal dünyada hər növ cinayəti edə bilən fərqli psixologiyalarda olan minlərlə insan var. Ona görə də, uşağın yaşına uyğun şəkildə, ona icazələr verilsə, zorakılıq, dələduzluq, şantaj halları azalar”.
Zərif Sofiyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Aprel 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see339

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see326

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see311

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see305

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see282

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see269

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see264

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see246

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see236

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see227

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see227

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see224

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see216

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see211

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see211

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see209

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see208

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see201

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see186

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri