Icma.az
close
up
RU
Uşaqları dilənçilikdən necə xilas edək? Hüquq, reabilitasiya və təhsil üçbucağında həll

Uşaqları dilənçilikdən necə xilas edək? Hüquq, reabilitasiya və təhsil üçbucağında həll

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində küçələrdə dilənçiliyə cəlb edilən uşaqlarla bağlı problem yenidən gündəmə gəlib. Bu problem kifayət qədər ciddidir, həlli isə asan görünmür.

Dünyanın müxtəlif ölkələrində dilənçilik edən uşaqları tez-tez görmək olar. Təəssüf ki, Bakı küçələrində də bu mənzərənin şahidi oluruq. Uşaqlar metroda, yeraltı keçidlərdə və ya küçələrdə dilənirlər. Bəziləri bu uşaqların qazancının onları uşaqlıqdan məhrum edənlərin cibinə girəcəyini düşünmədən keçirlər.

İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun illik məlumatı isə uşaqların istismarına göz yummamağa çağırır: "Reydlər zamanı küçə həyatına məruz qalan, dilənçilik edən 616 azyaşlı müəyyən edilib. Onları hüquqazidd əməllərə təhrik edən 354 valideyn barədə tədbir görülüb".

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Milli Koordinatorun 2024-cü ildə ölkəmizdə insan alverinə qarşı mübarizəyə dair məlumatının müzakirəsi zamanı millət vəkili Fazil Mustafanın səsləndirdiyi fikirlər də problemin dərinliyinə diqqət yönəldir: "O uşaqlara dövlət sahib çıxmalı, yenidən küçəyə qayıtmasına imkan tanımamlıdır. Dövlət xüsusi mexanizmi tətbiq etməlidir. O cür uşaqlar üçün internat məktəbi yaratmaq olar. Küçədə dilənçilik edən uşaq tutuldusa, dərhal ora göndərilməlidir və valideynin əlindən alınmalıdır. Çünki valideynə qaytarılsa, yenidən o yola təhrik olunacaq".

Təəssüf ki, uşaqları küçələrdə dilənçiliyə sövq edən səbəblər dövləti və cəmiyyəti həmişə narahat etsə də, problem tamamilə çözülmür, həll yolu tapılmır. Dövlətimizin uşaq hüquqlarının qorunması və müdafiəsi ilə bağlı qanunları var. Amma küçədə dilənən valideynli-valideynsiz uşaqlara hələ də rast gəlinir. Bəs o uşaqları küçədən yığmaq üçün daha hansı addımlar atmaq olar?

Cinayət məsuliyyətinə səbəb olan hal

Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Ruslan Vəliyev qeyd edir ki, yetkinlik yaşına çatmayan - 15 yaşınadək uşaqların işlədilməsi qanuna ziddir: "Bu, həm Konstitusiya, həm də Əmək Məcəlləsi ilə qadağan olunub. Həmin şəxslərin və 15 yaşdan yuxarı uşaqların belə məcburi əməyə cəlb olunması Əmək Məcəlləsində cinayət məsuliyyətinə səbəb olan haldır. Bütün bu məsələlər qanunvericilikdə öz əksini tapıb, sadəcə olaraq onun tətbiqində boşluqlar ola bilər". R.Vəliyevin fikrincə, problemin parlamentdə gündəmə gətirilməsi müsbət haldır: "Belə hüquq pozuntuları barədə məlumatlar vətəndaşlar tərəfindən də dövlət orqanlarına daxil olsa, yaxşı olar. O cümlədən, KİV-in üzərinə böyük məsuliyyət düşür ki, belə hallar aşkarlanarkən dövlət orqanlarına məlumat verilsin". Hüquqşünas bildirir ki, uşaqlarını dilənçiliyə təhrik edən valideynləri də cəza gözləyir: "Əgər məcburi əmək varsa, qanun cəlb edənin valideyn və ya digər şəxs olduğuna baxmır. Sosial statusundan asılı olmayaraq hər bir şəxs qanun qarşısında məsuliyyət daşıyır".

Valideynlərlə işləmək

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyinin sədri, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Kəmalə Aşumova hesab edir ki, uşaqların ailələrdən alınması bu problemin həllində çıxış yolu deyil: "Hər uşaq ailə mühitində böyüsə yaxşı olar. Baş verən hər uşaq hadisəsi individual yanaşma və araşdırma tələb edir. Hər bir uşağın yaxınının, doğmasının onu küçə həyatına sövq etməsinin arxasında nə durur, ilk növbədə onu araşdırmalıyıq". İB sədri küçədə bu cür uşaqlarla görüşdüyünü, valideynləri ilə iş apardığını bildirir: "Bizim məqsədimiz odur ki, onlar internatlara, sığınacaqlara deyil, ailələrinə inteqrasiya olunsunlar. Belə olanda uşaqların inkişafına ailələri ilə birgə nail oluruq". K.Aşumova hesab edir ki, problemin həlli üçün valideynlərlə işləmək lazımdır: "Biz valideynlərlə işləyəndə onların sosial-maddi rifahlarının aşağı olmasını, xəstəliyini, çətinlik ucbatından övladını təhsilə yönəldə bilməməsini, uşağı ilə birgə küçədə diləndiyini müşahidə etmişik. Biz çalışmalıyıq ki, ailələrin sosial-maddi rifahının yaxşılaşdırılması, məşğulluqlarının təmini ilə uşaqların ailələrdə böyüməsinə nail olaq. Ailə ilə işləmək və onlarla reabilitasiya işi aparmaq lazımdır. Bu, dövlət qurumları ilə əməkdaşlıq, psixoloji terapiyalar, valideyn bacarıqlarının öyrədilməsini və s. tələb edir. Elə uşaq var ki, o valideyni ilə küçədə durursa, biz onu valideynindən ayıranda uşaq evinə getmək istəmir. Bəs o uşaqlarla nə edək? Mən o halda uşağın valideyndən alınmasının tərəfdarıyam ki, valideyn tüfeyli həyat sürür, zərərli vərdişləri var və bundan əl çəkmək istəmir. Onda uşaq ya alternativ himayədar bir ailəyə verilə və ya müəssisəyə yerləşdirilə bilər. Yaxın qohumların qəyyumluğunu da nəzərdən keçirmək lazımdır". Bu tip uşaqların təhsildən yayınmasına gəlincə, K.Aşumovanın fikrincə, təhsil sistemi elektronlaşdırılandan sonra həssas və sosial təhlükəli vəziyyətdə yaşayan və ya kirayədə qalan, doğum haqda şəhadətnaməsi və ya şəxsiyyət vəsiqəsi olmayan ailələrdə problem yaşanıb. Belə ki, elektronlaşdırma sistemə düşmək üçün sənəd tələb edir: "Vaxt keçdikcə də uşaq təhsildən kənar qalır, onu məktəbə götürmürlər. Valideyn kirayədə yaşayıb qeydiyyatı olmadığı üçün nə özünə şəxsiyyət vəsiqəsi ala bilir, nə də uşağının sənədi olur. Uşaq məktəbə getmirsə, yerli icra və polis orqanlarına, sosial xidmət mərkəzlərinə məlumat verilməlidir. Həmin ailə reabilitasiyaya cəlb olunmalı, araşdırılmalıdır. Orada valideynin biganəliyindən başqa digər məsələlər - erkən nikah, zorakılıq və s. aşkarlana bilər. Yerli icra hakimiyyəti və polis şöbəsi bu cür ailələri müəyyənləşdirməlidir. İstisna halda bu təbəqə üçün qeydiyyat məsələsini bir az asanlaşdırmaq lazımdır".

Psixoloji maarifləndirmə

Psixologiya üzrə fəlsəfə doktoru Fatimə Bayramova da hesab edir ki, küçələrdə, körpü altında, təhlükəli şəraitdə, gün altında, soyuq havada azyaşlı uşaqları diləndirmək ağlasığmazdır: "Konkret yerlər var ki, orada uşaqların dilənməsinə göz yumulur. İnsanlar da uşağın həqiqətən ehtiyacı olub-olmadığına əhəmiyyət vermir". Psixoloq hesab edir ki, övladını dilənməyə sövq edən valideynlər uşaqları əllərindən alınmazdan öncə psixoloji müayinədən keçirilməlidirlər: "Çünki bəzilərinin həqiqətən, psixoloji problemi olur, şiddətə meyilli olurlar. Belə şəxslər üçün müalicə şərtdir. Bəzi uşaqlar isə kiminsə təsiri altında dilənməyə başlayırlar. O cür aldanmış uşaqları psixoloji maarifləndirməyə cəlb etmək mümkündür".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://oxu.az
archiveBu xəbər 31 May 2025 23:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see181

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see154

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see154

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see153

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see142

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see139

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see136

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see136

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see135

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see134

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see132

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see131

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see129

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see126

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see126

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see125

Zelenskini bu şəxs əvəz edə bilər AD AÇIQLANDI

30 Noyabr 2025 20:06see125

Ər və arvad kazinoda saxta yolla bir milyon qazandı

30 Noyabr 2025 22:32see123

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see123

Rusiya Ukrayna müharibəsi ilə bağlı bədbin proqnoz

30 Noyabr 2025 18:40see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri