Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Kibergigiyena hər birimizin həyat tərzinə çevrilməlidir Ekspert

Kibergigiyena hər birimizin həyat tərzinə çevrilməlidir Ekspert

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi polkovnik-leytenant Elşad Hacıyev deyib ki, əgər kiberdələduzluğa məruz qalan pullar Azərbaycandadırsa, tapılır, amma xaricdədirsə, tapılmır.
“Pul vəsaiti kartdan çıxarılıbsa, 1 saat ərzində xəbər verilmirsə, sonra pul itir, ölkədən çıxarılır. Sonradan bilmək olmur o pul hara gedir. Kibercinayətlərə müəllimlər, həkimlər, yüksək vəzifəli şəxslər də məruz qalır. Bankların təhlükəsizliyində problem yoxdur. Günahkar axtarmayaq”, - DİN rəsmisi vurğulayıb.Vtəndaşlarımız kibertəhdidlər kontekstində sosial şəbəkə məsələlərində çox ehtiyatsızdır. Bugünkü dövrdə ən çox narahatlıq yaradan hallar - kiberdələduzluq, kiberoğurluqdur” , - DİN rəsmisi vurğulayıb.

Məsələ ilə bağlı İnformasiya Texnologiyaları üzrə Mühəndis-Tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev Demokrat.az-a  açıqlama verib.
O qeyd edib ki, ölkəmizdə kiberdələduzluq və kiberoğurluq halları sadəcə texnoloji təhlükə deyil, eyni zamanda sosial, hüquqi və psixoloji bir problemdir. Artıq bu cür cinayətlərə müəllimlər, həkimlər, hətta alimlər də məruz qalır. Bu da onu göstərir ki, heç kim tam olaraq sığortalanmayıb. Bu cinayətlər fərqli yollarla həyata keçirilə bilər:
“Phishing (aldadıcı e-poçtlar və linklər): İnsanlar bank və ya rəsmi qurum adı ilə gələn e-maillərə klikləyərək kart məlumatlarını paylaşırlar. Bəzən sosial şəbəkədə “sənə mükafat düşüb” tipli mesajlarla aldadılırlar.
Fake (saxta) investisiya və iş elanları: Bu tip fırıldaqlar son dövrlərdə xüsusilə gənclər arasında yayılıb. “Asan pul qazan” vədləri ilə insanlar virtual platformalarda aldadılır.
Whatsapp və Telegram üzərindən fırıldaqlar: Bu platformalar vasitəsilə tanışlarının profili oğurlanaraq onların adından pul istənilir. İnsanlar düşünür ki, həqiqətən dostu ona yazıb.
Mobil tətbiqlər vasitəsilə məlumat oğurluğu: Bəzi qeyri-rəsmi tətbiqlər telefonlara yüklənəndə arxa planda istifadəçinin məlumatlarını oğurlayır, o cümlədən kontaktlar, şəkillər və bank məlumatları oğurlanır. Ekran qaraldılır ki, istifadəçi fərqində olmasın”. 
Ekspert əlavə edib ki, təhlükəsizlik üçün atıla biləcək bəzi ümümi addımlar var:
“Fərdi təhlükəsizlik mədəniyyəti yaratmalıyıq. İnsanlar anlamalıdır ki, hər sms və ya e-mail-ə etibar etmək olmaz. Texnoloji savadlılıq orta və ali məktəblərdə tədris olunmalıdır. Sosial mühəndislik üsullarına qarşı ayıq olmalıyıq. Cinayətkarlar psixoloji manipulyasiya ilə insanları aldadır. Bu üsullar təzyiq, təcili qərar vermə, nəzakət üzərindən qurulur. Məsələn, əgər indi məlumat verməsəniz, kartınız bağlanacaq kimi təhdid növlü mesajlara qətiyyən inanmamaq lazımdır. Maarifləndirmə daha da genişlənməlidir. Hər bir insan öz kartı, bank əməliyyatları, onlayn alış-veriş haqqında əsas biliklərə malik olmalıdır. Mütəmadi sosial kampaniyalarla bu mövzularda məlumatlar yaymalıdır. Pul ölkədən çıxdıqdan sonra izləmək çətinləşir. Hadisə baş verən kimi bank və hüquq-mühafizə orqanlarına məlumat vermək lazımdır. İnsanlar şəxsi məlumatlarını sosial şəbəkələrdə paylaşmaqdan çəkinməlidirlər (doğum günü, telefon nömrəsi, ünvan və s.). Eyni zamanda yaxşı olar ki, sosial media təlimləri, xüsusilə yeniyetmələr və yaşlı nəslə yönəlik hazırlanmalıdır”.
B.Əliyev kiberdələduzluğa məruz qalanlara tövsiyyə edib:
“Bankınız ilə dərhal əlaqə saxlayın və kartı bloklayın. 
Hüquq mühafizə orqanlarına müraciət edin.
Dəlilləri toplayın (mesajlar, screenshot, telefon nömrəsi, vaxt).
Profil və cihaz təhlükəsizliyini yoxlayın: şifrələri dəyişin, antivirus proqramı işə salın.
Ətrafınızdakıları xəbərdar edin ki, sizin adınızdan gələn mesajlara inanmasınlar.
Bu sahədə real və təsirli mübarizə üçün həm fərdi təşəbbüslər, həm də institusional dəyişikliklər vacibdir. Təkcə texniki tədbirlərlə deyil, təhlükəsizlik mədəniyyəti formalaşdırmaqla uzunmüddətli həllə nail olmaq mümkündür”
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 May 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see358

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see301

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see294

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see292

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see277

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see275

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see268

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see260

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see258

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see257

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see242

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see242

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see232

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see222

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see221

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see218

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see216

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see213

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see207

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri