Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Ekspert: Təhsil kreditləri sosial məsuliyyət modelinə çevrilməlidir

Ekspert: Təhsil kreditləri sosial məsuliyyət modelinə çevrilməlidir

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Kamran Əsədov: Təhsil kreditlərinə tələbin artması büdcə yükünü artırmaq təhlükəsi yaradır

Məzunların işsizlik problemi kreditlərin qaytarılmasına təsir edir


Ortamüddətli xərclər çərçivəsi, proqram və nəticə əsaslı büdcə mexanizminin tətbiqi islahatları çərçivəsində Elm və Təhsil Nazirliyi tərəfindən təqdim olunan məlumatları əsasında təhsil sektorunda sektor-spesifik risklər təhlil edilib.

Bu barədə Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.

Sənədə əsasən təhsil tələbə kredit sistemində müraciətlərin sayında kəskin artım və geri ödənişlərin gecikmə hallarının artması iki əsas risk faktorunu yaradır:

"Birinci halda tələbələrin artan müraciətləri fondun daxili imkanlarının tükənməsinə və dövlət büdcəsindən əlavə vəsait tələb olunmasına gətirib çıxara bilər. İkinci halda isə kreditlərin uzunmüddətli qaytarılma müddəti, məzunların işsizlik səbəbilə əmək bazarına inteqrasiyada çətinlikləri və ya xaricə miqrasiya halları geri ödəmələrin gecikməsinə səbəb ola bilər. Hər iki riskin reallaşma ehtimalı “tam mümkün”, təsirləri isə “çox yüksək” (1-ci risk) və “yüksək” (2-ci risk) dəyərləndirilir. Çünki həm təhsilə çıxış imkanlarının məhdudlaşmasına, həm də dövlət büdcəsinə əlavə maliyyə yükünün yaranmasına gətirə bilər. Mitiqasiya tədbirləri kimi dövlət büdcəsindən əlavə vəsaitin ayrılması, alternativ maliyyə mənbələrinin axtarılması, tələbələrin əmək bazarına inteqrasiyası üçün işəgötürənlərlə əməkdaşlığın gücləndirilməsi və monitorinq sistemlərinin inkişaf etdirilməsi zəruri hesab edilir."


Təhsil eksperti Kamran Əsədov Sherg.az-a bildirib ki, Maliyyə Nazirliyinin “Ortamüddətli Xərclər Çərçivəsi” sənədində təhsil sektoruna dair aparılan risk qiymətləndirilməsi son dərəcə real və strateji əhəmiyyət daşıyır:


"Elm və Təhsil Nazirliyi tərəfindən təqdim olunan məlumatlar bu sahədəki tendensiyaları və qarşıdakı illərdə potensial büdcə təzyiqlərini obyektiv şəkildə əks etdirir. Təhsil tələbə kredit sistemi həm sosial ədalət prinsiplərinə xidmət edən, həm də gənclərin ali təhsilə çıxış imkanlarını genişləndirən vacib bir mexanizmdir. Lakin eyni zamanda bu sistemin dayanıqlığı üçün maliyyə, institusional və sosial risklərin vaxtında idarə olunması zəruridir. Hazırkı şəraitdə əsas risk tələbə kreditlərinə olan tələbin artması və bu artımın fondun maliyyə imkanlarını aşmasıdır. Rəqəmlər göstərir ki, 2021-ci ildə cəmi 2 mindən az tələbə kredit müraciəti qeydə alınmışdısa, 2024-cü ilin sonuna bu göstərici artıq 20 mini keçib. Bu, təhsil kreditlərinin sosial ehtiyaclara cavab verdiyini və tələbələr arasında etimad qazandığını göstərir. Lakin bu dinamika fondun məhdud büdcə çərçivəsində uzunmüddətli öhdəliklərini yerinə yetirməsini çətinləşdirə bilər. Dövlətin əlavə maliyyə yükünün yaranması ehtimalı da buna görə sənəddə risk kimi qeyd olunub. İkinci risk faktoru kimi göstərilən geri ödənişlərin gecikməsi isə daha çox sosial-iqtisadi səbəblərlə bağlıdır. Əmək bazarına daxil olma müddətinin uzanması, məzunların işsizlik və ya aşağı gəlirli işlərdə çalışması kreditlərin vaxtında qaytarılmasına mane olur. Bu, təkcə maliyyə riskini deyil, həm də sosial məsuliyyət problemini gündəmə gətirir. Buna görə də, beynəlxalq təcrübədə olduğu kimi, kreditlərin təhsil nəticələrinə və əmək gəlirlərinə əsaslanan diferensial qaytarılma mexanizmlərinin tətbiqi vacib sayılır. Məsələn, Avstraliya və Yeni Zelandiyada məzunlar müəyyən gəlir səviyyəsinə çatdıqdan sonra kredit ödənişlərinə başlayırlar. Bu model sosial bərabərliyi qoruyur və borclanma stresini azaldır".


Ekspertin fikrincə, təhsil tələbə kredit sisteminin bu gün üçün bir neçə ciddi üstünlüyü mövcuddur:

"Əvvəla, o, ali təhsilə bərabər çıxışı təmin edir və sosial ədalət prinsipinə əsaslanır. Aztəminatlı ailələrin övladları təhsil haqqını dərhal ödəmədən təhsil alma imkanı qazanır. Bu, təhsilalanların sosial mənşəyindən asılı olmayaraq, bacarıq və istedada əsaslanan bərabər imkanlar yaradır. İkincisi, sistem dövlətin insan kapitalına investisiya strategiyasının tərkib hissəsidir. Elm və Təhsil Nazirliyinin və Maliyyə Nazirliyinin koordinasiyalı fəaliyyəti nəticəsində artıq 50 mindən çox tələbə kredit sisteminin imkanlarından faydalanıb. Bu, təhsilin maliyyələşməsində dövlət–vətəndaş tərəfdaşlığının yeni formasıdır. Üçüncüsü, bu sistem təhsilin davamlı maliyyələşdirilməsi üçün şəffaf mexanizm yaradıb. Kreditlərin verilməsi, idarə olunması və geri ödənilməsi rəqəmsal platforma üzərindən aparıldığı üçün proses şəffaf, izləniləbilən və hesabatlıdır. Elm və Təhsil Nazirliyi bu istiqamətdə mütərəqqi addımlar atır. “Təhsil Tələbə Krediti Fondu”nun fəaliyyətinin normativ əsasları “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” və “Təhsil haqqında” Qanunun 29-cu maddəsi ilə tam uyğunlaşdırılıb. Nazirlik kreditlərin yalnız təhsil haqlarını deyil, həm də yaşayış və tədris materialları xərclərini əhatə etməsi üçün yeni mexanizmlər üzərində işləyir. Bu islahatlar sosial rifahı və təhsil bərabərliyini daha geniş təmin edəcək".


Kamran Əsədov əlavə edib ki, təhsil kreditlərinin gələcəkdə dayanıqlı olması üçün bəzi dəyişikliklər zəruridir:

"Əvvəla, kreditlərin qaytarılma müddəti ilə əmək bazarının reallıqları uyğunlaşdırılmalıdır. Gənclərin gəlir səviyyəsinə əsaslanan, mərhələli və adaptiv ödəniş sistemi tətbiq edilməlidir. İkincisi, təhsil krediti yalnız maliyyə aləti kimi deyil, həm də sosial məsuliyyət modeli kimi təqdim olunmalıdır. Kredit alan tələbələr üçün “maliyyə savadlılığı” təlimləri təşkil edilməli, bu sistemin etik və sosial öhdəlik tərəfi gücləndirilməlidir. Üçüncüsü, dövlət bu sistemin uzunmüddətli sabitliyini təmin etmək üçün fondun kapital bazarlarına çıxış imkanlarını genişləndirməli, bəlkə də beynəlxalq donor təşkilatlarla əməkdaşlıq mexanizmləri yaratmalıdır. Təhsil tələbə kredit sistemi Azərbaycanın sosial və iqtisadi inkişaf strategiyasına uyğun, müasir dövrün tələblərinə cavab verən mühüm islahatlardan biridir. Onun məqsədi yalnız təhsil haqqını maliyyələşdirmək deyil, həm də sosial ədaləti təmin etmək, bərabər imkanlı təhsil modelini formalaşdırmaqdır. Elm və Təhsil Nazirliyi bu mexanizmin şəffaf və məqsədyönlü tətbiqi ilə ölkədə təhsilin sosial təsirini artırıb, eyni zamanda gənclərin gələcəyinə dövlət etimadının bariz nümunəsini yaradıb. Gələcəkdə bu sistemin təkmilləşdirilməsi həm maliyyə sabitliyini qoruyacaq, həm də cəmiyyətin ən dəyərli kapitalı olan təhsilli gənclərin inkişafına daha geniş şərait formalaşdıracaq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 Oktyabr 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see334

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see328

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see327

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see325

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see322

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see319

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see308

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see259

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see258

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see243

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see234

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see229

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see213

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see209

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see205

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see203

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see203

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see203

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see202

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri