Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Röya tanınmaz obrazda (Foto/Video)

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Baş idarə rəisinə yeni rütbə verildi

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

Sağlam qidalanma bir həyat tərzinə çevrilməlidir! EKSPERT RƏYLƏRİ

Sağlam qidalanma bir həyat tərzinə çevrilməlidir! EKSPERT RƏYLƏRİ

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Yuxu və düzgün qidalanma sağlamlığın əsas təməllərindəndir. Sağlam qidalanma üçün insanlar həyat tərzlərini köklü şəkildə dəyərləndirməli və dəyişikliklər etməlidirlər. Bu, təkcə pəhriz saxlamaq deyil, bir ömür boyu davam edəcək qidalanma vərdişləri yaratmaq deməkdir". Bu sözləri SİA-ya açıqlamasında ailə həkimi Fidan Həsənli deyib.

Onun sözlərinə görə, ilk növbədə insanlar gündəlik rasionlarını balanslaşdırmalıdırlar. Qidalar zülal, karbohidrat, yağ, vitamin və minerallar baxımından zəngin olmalıdır. Hər gün təzə meyvə və tərəvəzlər, tam taxıllar, qoz-fındıq, zeytun yağı kimi faydalı yağlar, həmçinin kifayət qədər su qəbul etmək vacibdir. Balanslaşdırılmış qidalanma həm xroniki xəstəliklərin yaranmasının qarşısını alır, immun sistemi gücləndirir ( vitaminlərlə və minerallarla zəngin qidalanma). Sağlam qidalanma bir alışqanlıqdır: "Bu, birdən-birə əldə olunmur. Qısa müddətli pəhrizlərə deyil, uzunmüddətli davamlı qida rasionunuza diqqət yetirməlisiz.Əhali bilməlidir ki, bu vacib nüanslardan biridir sağlam həyat tərzi üçün. Təkcə individual yanaşma olmamalıdır, bu bir ailə üçün, məktəb, universitet, iş yerləri üçün də keçərlidir. Ayaqüstü qidalara üstünlük verilməməlidir. Fast food və hazır qidalar tərkibində yüksək səviyyədə duz, şəkər və trans yağlar olduğu üçün mütəmadi istifadəsi sağlamlığa ziyandır. Qazlı və şəkərli içkilər (cola, enerji içkiləri və s.) bədəndə şəkər balansını pozur və artıq çəkiyə səbəb olur.Gündə bol maye qəbul edilməlidir, yatmazdan 2 saat əvvəl yuxudan çəkinmək lazımdır. Hər porsiyanın ölçüsünə də diqqət edilməlidir. Çox yemək sağlamlığa ziyandır. İkiqay kitabında əks olunan yapon alimlərinin uzunömürlülük sirrlərindən biri də məhz az-az yeyib doymaqdır, yəni əslində porsiyanın azlığı insanı 70 faiz artıq tox tuta bilməsidir. Buna görə yaponlar süfrədən tam yeməmiş qalxırlar və uzunömürlülüyün sirrini bunda görürlər. Buna görə də sağlam və uzun ömürlü həyat sürmək üçün düzgün qidalanma çox vacib faktorlardan biridir.

Mövzu ilə bağlı qida eksperti Asim Vəliyev də SİA-ya bildirib ki, sağlam həyat tərzinin ən vacib sütunlarından biri sağlam və düzgün qidalanmadır. Sağlam qidalanma fiziki və zehni inkişaf, uzunömürlülük və xəstəliklərin qarşısının alınması baxımından vacib şərtdir: "Müasir dövrdə sürətli həyat tərzi, hazır qidaların çoxluğu, reklamların təsiri və məlumatlılığın aşağı olması insanların qidalanma vərdişlərini çox vaxt sağlamlıq üçün təhlükəli istiqamətə yönəldir. Bu baxımdan həm dövlət, həm də vətəndaş cəmiyyəti səviyyəsində sağlam qidalanma mədəniyyətini təşviq etmək lazımdır.

Bu istiqamətdə əsas maariflənmə valideynlərdən başlamalıdır. Çünki uşaq ana bətnindən etibarən valideynin qida seçimlərinin təsiri altında qalır. Daha sonra dünyaya gəldikdə onun ilk müəllimi, örnək aldığı insan valideynləri olur. Bu baxımdan valideynlər bilmədikləri davranışları davam etdirirlər. Məktəblərdə uşaqlara düzgün qidalanma qaydaları öyrədilməli, valideynlər üçün seminarlar və təlimlər təşkil olunmalıdır. Kütləvi informasiya vasitələri, sosial şəbəkələr və xüsusi kampaniyalar vasitəsilə cəmiyyətə balanslı qidalanmanın faydaları barədə sadə və anlaşılan formada məlumat verilməlidir.

Sağlam qidalanmanı təşviq etmək təkcə fərdlərin öhdəsinə buraxılmamalıdır. Dövlət orqanları bu sahədə mühüm rol oynayır. Məktəblərdə, bağçalarda və xəstəxanalarda təqdim olunan yeməklərin qida dəyərinə nəzarət edilməli, şəkərli içkilərin və zərərli fast-food məhsullarının satışına məhdudiyyətlər qoyulmalıdır. Eyni zamanda yerli və sağlam qida məhsullarının istehsalına və satışına dəstək verilməlidir. Biz çox vaxt sürətli və ucuz olduğu üçün zərərli qidalara üstünlük veririk. Əgər sağlam alternativlər həm ucuz, həm də rahat əlçatan olarsa, əksəriyyətimiz o qidaları seçərik. Bunun üçün marketlərdə, məktəb bufetlərində və iş yerlərində sağlam qəlyanaltıların satışı genişləndirilməlidir.

İnsan davranışları ətrafımızdakıların təsirindən asılı olaraq dəyişir. Əgər məşhur şəxslər, müəllimlər və ya ictimai nüfuz sahibləri sağlam qidalanma nümunəsi göstərsələr, digərləri də onlara qoşulmağa həvəsli olar. Sosial şəbəkələrdə sağlam yemək reseptlərinin, idmanla birlikdə düzgün qidalanma təcrübələrinin paylaşılması insanlar üçün motivasiya yarada bilər. Əgər biz uşaqlara az yaşdan etibarən sağlam qida mədəniyyətini formalaşdıra bilsək, bu onlarda ömür boyu davam edir. Ona görə də bağçalardan başlayaraq uşaqlara tərəvəzləri sevdirmək, şəkərli içkilər əvəzinə suya və təbii meyvə şirələrinə üstünlük verməyə öyrətmək çox vacibdir. Valideynlər də övladlarına nümunə olmalı, evdə sağlam yemək mədəniyyəti yaratmalıdırlar.
Həmçinin ictimai təşkilatlar tərəfindən sağlam qidalanma ilə bağlı yarmarkalar, “sağlam həftə” kampaniyaları, yarışmalar və pulsuz qidalanma müayinələri insanların diqqətini çəkə bilər. Bu cür tədbirləri həm maarifləndirici, həm də əyləncəli etsək, iştirakçılar üçün daha cəlbedici olar".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 Sentyabr 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see350

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see340

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see337

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see333

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see318

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see270

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see270

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see257

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see244

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see221

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see220

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see219

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see215

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see214

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see213

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see212

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see208

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see198

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see195

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

31 Oktyabr 2026 20:16see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri