Icma.az
close
up
RU
Kiçik ada dövlətlərinin dəstəklənməsi COP29da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil edir

Kiçik ada dövlətlərinin dəstəklənməsi COP29da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil edir

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rövşən Əhmədov,

YAP Ağcabədi rayon təşkilatının sədri

Millətlər Birliyinin 56 üzvündən 25-nin inkişaf etməkdə olan ada dövləti təşkil edir. Bu dövlətlər iqlim dəyişmələrinin intensivləşməsinə yüksək dərəcədə həssasdırlar. Fiziki baxımdan daha az ərazini əhatə etmələrinə baxmayaraq qlobal maliyyə qaydaları onların işini daha da çətinləşdirir. Bütün bunlar onların müqavimət gücünü zəiflədir. Bu səbəbdən kiçik ada dövlətlərinə verilən prioritet Millətlər Birliyinin proqramının əsasını və beynəlxalq sistemdə fəaliyyətinin əsasını təşkil edir.

Noyabrın 13-də Bakıda keçirilən COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitinin iqlim dəyişmələrinin mənfi təsirinə xüsusən məruz qalan inkişaf etməkdə olan kiçik ada dövlətlərinə həsr olunması xüsusi əhəmiyyətə malikdir.

 Sammitdə iştitirak edən Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev çıxışında kiçik ada dövlətlərinin üzləşdiyi çağırışların aradan qaldırılması COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil etdiyini vurğulayaraq əlavə etdi: “Bu ilin mayında COP-la bağlı planlarını müzakirə etmək üçün Baham adalarının, Tonqanın və Tuvalunun rəhbərləri Azərbaycana səfər etdilər. Qəbul olunmuş Bakı Kommünikesində COP29-da mənalı nəticələrin əldə olunmasına çağırış edilir və əlçatan iqlim maliyyəsinin vacibliyi qeyd olunur. Bu ilin sentyabrında İtki və Zərərə Cavab Fondunun fəaliyyətə başlaması ilə bağlı Bakıda ciddi irəliləyiş əldə olunmuşdur. Hazırda proses ehtiyac duyan ölkələrə, xüsusən də kiçik ada dövlətlərinə maliyyənin verilməsi üçün tamamlanmalıdır”. 

Kiçik ada dövlətləri coğrafi yerləşmələri və iqtisadi quruluşları səbəbindən iqlim dəyişikliklərinə ən həssas ölkələr arasında yer alır. Dəniz səviyyəsinin yüksəlməsi bu kiçik ada ölkələrində sahil eroziyası, şorlaşma, su basması və yaşayış məntəqələrinin itməsi ilə nəticələnir. Adaların sakinləri şirin su ehtiyatlarının azalması, şorlaşma və suyun keyfiyyətinin pisləşməsi kimi problemlər yaşayır.

Kiçik ada dövlətlərinin üzləşdiyi bu təbii fəlakətlərin həlli üçün qlobal səviyyədə karbon emissiyalarının azaldılması, təmiz enerji mənbələrinə keçid və davamlı inkişaf məqsədlərinə nail olunmalıdır. Bəzi fəlakətlərin təsirlərini azaltmaq üçün adaptasiya tədbirləri vacibdir. Dəniz səviyyəsinin yüksəlməsinə qarşı müdafiə bəndləri və digər mühəndislik qurğularının tikilməsi, su ehtiyatlarının idarə edilməsi, əkinçilik üsullarının dəyişdirilməsi və erkən xəbərdarlıq sistemlərinin qurulması kimi vacib tədbirlər görülməlidir.

Azərbaycan kiçik ada dövlətlərinə bir sıra humanitar və maliyyə dəstəkləri ilə fərqlənir. Fəlakət qarşısında zəif olan ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göndərmiş, su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası kimi sahələrdə də dəstəklərini əsirgəməmişdir.

Azərbaycanın ev sahibliyi etdiyi COP29 Konfransı inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə münasibətlərimizi daha yüksək səviyyəyə qaldırmaqla yanaşı, qlobal arenada yeni bir əməkdaşlıq mərhələsinin başlanğıcını qoydu.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 Noyabr 2024 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri