Icma.az
close
up
RU
“Kiçik akademiya”ların fəaliyyəti genişləndirilir

“Kiçik akademiya”ların fəaliyyəti genişləndirilir

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 23 may, AZƏRTAC

Paytaxtdakı ümumi təhsil müəssisələrində “Kiçik akademiya”ların fəaliyyətinin genişləndirilməsi ilə bağlı tədbirlərə start verilib. Bu məqsədlə “Kiçik akademiya”lar daxilində həyata keçirilən işlərlə bağlı konfrans, seminar, dəyirmi masa və sərgilər keçiriləcək.

Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. “Kiçik akademiya” daxilində “Uşaq və gənclərin milli-mənəvi dəyərlərə bağlılıq və azərbaycançılıq məfkurəsi ruhunda tərbiyəsi” mövzusunda tədbirlərin, “Kiçik akademiyaların böyük dahiləri” adlı robototexnika, proqramlaşdırma və texnologiya sahələrinə dair müxtəlif müsabiqələrin, şagirdlərdə liderlik, tənqidi düşüncə, problem həlletmə, kommunikasiya bacarıqlarını inkişaf etdirmək üçün təlim və simulyasiya proqramlarının təşkili nəzərdə tutulur.

Həmçinin “Gələcəyin startapçısı” adlı ideya müsabiqəsinin, “EkoDostlar” layihəsinin, “Gənc tədqiqatçılar forumu”nun, “Uşaq teatrı” proqramının, “Açıq elmi gün” - valideynlər və icma üçün təqdimat sessiyalarının, “Kiçik akademiyaların böyük dahiləri” adlı II ümumşəhər konfransının keçirilməsi planlaşdırılır.

Bundan əlavə, “Akademik mentorluq proqramı”nın, kibertəhlükəsizliklə bağlı praktiki sessiyaların təşkili, “Elm aylığı” adlı aylıq qəzetin hazırlanması da nəzərdə tutulur.

Qeyd edək ki, “Kiçik akademiya”ların təşkil olunmasında əsas məqsəd yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı uşaq və gənclərlə aparılan işlərin gücləndirilməsi, yeni fəaliyyət mexanizmlərinin yaradılmasına kömək göstərilməsi və şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsindən ibarətdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 May 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see367

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see366

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see357

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see355

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see350

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see335

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see334

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see318

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see316

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see314

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see303

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see300

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see294

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see284

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see281

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see269

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see265

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see252

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see215

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri