Icma.az
close
up
RU
Süni İntellekt və kiçik dövlətlərin seçimi Ədalət Muradov

Süni İntellekt və kiçik dövlətlərin seçimi Ədalət Muradov

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"“Süni İntellekt və kiçik dövlətlərin strateji seçimləri" mövzusunda 3 gün davam edən UNEC  VIII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı (İSCEMR) öz işini bitirib. İstər bütövlükdə, istərsə də konkret sahələrdə Süni İntellektin (Sİ) tətbiqi ilə bağlı kiçik dövlətlərin özəllikləri və fərqli yanaşmaları əsas müzakirə predmeti olub". 

"Unikal" xəbər verir ki, bunu UNEC-in rektoru, professor Ədalət Muradov deyib. 

Ə.Muradov bu istiqamətdə səsləndirilən iki ümumiləşdirilmiş fikri belə izah edib:  

"1. Sİ sahəsində böyük dövlətlərlə yeni texnologiyalar yaratmaq yarışına çıxmaq, yoxsa ən yeni texnologiyaların səmərəli tətbiqinin prioritetliyini təmin etmək arasında seçim etmək kiçik dövlətlər üçün xüsusi önəm kəsb edir. Kiçik dövlətlər üçün müasir xarici texnologiyaları “kopyalamaq” və ya öz modelini yaratmaq arasında  seçim əsas məsələ  deyil. Konfransda Sİ texnologiyalarını ciddi öyrənmək və onu yerli reallığa uyğunlaşdırmaqla yerli problemlərin həllinə yönəltmək ən doğru seçim kimi səsləndirildi. Həm də qeyd edildi ki, kiçik ölkələr üçün Sİ-lə bağlı texnologiyalardan daha vacibi bu sahədə dəyişikliklərin istiqamətinin və yeniliklərin məntiqinin öyrənilməsi daha əhəmiyyətlidir. Eləcə də, vacib məsələlərdən biri kimi, həm də kiçik dövlətlər üçün prioritetlərin çox deyil, məhdud sayda müəyyən edilməsinin önəmi vurğulandı. 

2. Təhsildə Sİ rolu haqqında çox geniş müzakirələr aparıldı.  Bununla bağlı əsas və ən vacib məsələ kimi bildirildi ki, Sİ təhsil prosesinə elə inteqrasiya edilmədir ki, o, koqnitiv inkişafı gücləndirsin. Təhsildə texnologiyalardan əvvəl müəllimlərə investisiya yatırılmasının daha doğru olduğu qeyd edildi. Kiçik ölkələrdə ana dilində məlumat bazalarının və təhsil kontentinin yaradılmasının əhəmiyyəti önə çəkildi . Başqa dövlətlərin təhsil sistemini "kopyalamağa" da ehtiyac olmadığı vurğulandı. Süni İntellekt dövründə daha vacibi  təhsilə yanaşmanı dəyişmək və Sİ-i təhsildə köməkçi alətə çevirmək məqsədinin doğru olduğu deyildi. Eləcə də, Süni İntellektin müəllimi əvəz etməsinə hədəflənməyən və müəllimin yeni rolunun gücləndirilməsini ehtiva edən,  milli insan potensialını gücləndirdiyi milli təhsil modelinin formalaşdırılması əsas vəzifə kimi vurğulandı. Sİ sahəsində  ən çox eşidilən  "mütəxəssis yoxdur, ya da çox azdır" fikrinə münasibət və  Sİ sahəsində mütəxəssis hazırlığına yanaşma yuxarıda qeyd edilən və bu kimi digər suallara aydınlıq gətirildikdən sonra formalaşa bilər.

Bir sözlə, Prezident İlham Əliyevin dediyi kimi, əsas resurs artıq neft deyil, insan kapitalının keyfiyyətidir. Süni İntellekt dövründə məhz burada kiçik dövlətlər üçün tarixi fürsət yaranır. Bu baxımdan Sİ sahəsində qlobal texnologiyaları ciddi öyrənmək və yerli həllərdə istifadə etməyə hədəflənmək faydalıdır. Beləliklə, ümumi fikir ondan  ibarət oldu ki, kiçik ölkələr də Sİ sahəsində böyük uğurlara imza ata bilərlər və onlar hətta bir sıra üstünlüklərə, o cümlədən çeviklik, sürətli qərarvermə və təhsil sistemində daha operativ  islahat aparmaq imkanına malikdirlər. Əsas məsələ  yanaşmanın doğru müəyyən edilməsindən asılıdır. Prezident İlham Əliyev tərəfindən 19 mart 2026-cı ildə təsdiq edilən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” Azərbaycanın mövcud üstünlükləri və özəlliklərini ehtiva edir və Sİ sahəsində Azərbaycanda uğura zəmanət verir".  

 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://unikal.az
archiveBu xəbər 25 May 2026 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see420

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see374

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see353

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see337

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see302

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see291

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see287

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see279

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see257

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see255

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see249

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see245

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see245

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see239

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see238

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see231

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see221

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see214

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see209

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri