Icma.az
close
up
RU
Kifayət qədər su içirsinizmi? Bədəndə suyun çatışmadığını göstərən 10 əlamət

Kifayət qədər su içirsinizmi? Bədəndə suyun çatışmadığını göstərən 10 əlamət

Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.

Normal fəaliyyət göstərən orqanizm suyun qəbulunu bir sadə yolla – susuzluq hissi ilə tənzimləyir.

Bəs suya olan bu qədər həssaslıq və diqqət hansı səbəbdəndir? Əslində hər şey göründüyü kimi sadə deyil. Bəzən problemlər ondan yaranır ki, bir çox insanlar adi suyun əvəzinə çay, kofe, smuzi, qazlı içkilər, kompotlar, kvas, şərab, pivə və s.içirlər. Bütün bu mayeləri isə orqanizmin suya olan təlabatını ödəmir, hətta onlardan bəziləri (spirtli içkilər, çay, qəhvə) əksinə orqanizmdən mayenin çıxamasını sürətləndirir.

Saglamolun.az bildirir ki, su çatışmazlığı səbəbindən orqanizmdə maddələr mübadiləsi pozulur, toksinlərin bədəndən xaric olunması prosesi ləngiyir, bir çox orqan və sistemlər (beyin, böyrəklər, ürək və s.) əziyyət çəkir.

Bədəndə suyun çatışmazlığ bəzən nəzərəçarpan dərəcədə olmur. İnsan bədəni bu hala öyrəşir. Ancaq çox miqdarda maye itkisinə səbəb olan amillər varsa (məsələn, isti yay günləri), o zaman huşun itirilməsi, şüurun qarışması və müalicə tələb edən başqa ağır halların baş verməsi mümkündür.

İçdiyiniz suyun yetərli olub-olmadığını bilmək istəyirsinizmi?

O zaman özünüzü yetərincə su içib-içmədiyinizi göstərən 10 əlamət üzrə yoxlayın.

Bədəndə suyun çatışmadığını göstərən əlamətlər:

1. Ağızda quruluq. Bu, bədəninizin suya ehtiyacı olduğunun birinci və aşkar əlamətidir. Bu anda orqanizm artıq susuzlaşmanı hiss edir. Təbii ki, ağızda quruluq hissini çay, qazlı içkilər və ya paket şirələri dəf etməyə çalışmaq doğru deyil. Bu an orqanizm məhz su tələb edir.

2. Quru dəri. Dərimiz orqanizm daxilində baş verən bütün prosesləri güzgü kimi əks etdirir. Əgər həddindən artıq dəri quruluğundan əziyyət çəkirsinizsə, bu, böyük ehtimalla, bədəndə su çatışmazlığı ilə əlaqədardır.

3. Bəzən güclü susuzluq. Bəzən elə olur ki, nə qədər su içsəniz də, heç cür susuzluğunuz yatmır. Bu, orqanizmin susuzlaşdığı deməkdir. Bu hal artıq sadəcə ağızda quruluq deyil, orqanizmin kifayət qədər ciddi şəkildə susuzlaşmasıdır ki, bu zaman beyin aktiv SOS siqnalları göndərməyə və su tələb etməyə başlayır. Spirtli içkilər orqanizmi çox güclü surətdə susuzlaşdırır, ona görə də içkili olan zaman durmadan su içmək ehtiyacı duyulur.

4. Gözlərdə quruluq. Əgər gözlərdə quruluq, hətta azacıq göynəmə hiss edirsinizsə, gözlərinizin ağı qanla dolubsa, o zaman təcili surətdə su içmək lazımdır. Orqanizmdə su kifayət qədər olmadıqda gözyaşı kanalları quruyur və bu da gözlərə xeyli zərər verə bilər. Bu əlamətə kontakt linzalardan istifadə edənlər daha həssas yanaşmalıdır.

5. Sidiyin miqdarının azalması və rənginin dəyişməsi (sidik tünd rəngdə olur).

6. Ürək ritminin artması, güclü ürək döyüntüsü. Qan dövranı sistemində su azaldıqda qan qatılaşır, həcmi azalır və yavaş dövran etməyə başlayır. Nəticədə ürəyə düşən yük artır, qan dövranı pozulur, orqanlar lazımi qədər oksigen qəbul edə bilmir.

7. Oynaqlarda ağrı hissi. Bir çox insanlar, hətta cavanlar belə, oynaqlarında ağrı hiss edirlər. Bəzilərində bu hal qaçışdan və tullanma hərəkətlərindən sonra meydana gəlir. Orqanizmimiz ən kiçik detallara qədər proqramlaşdırılıb. Qığırdaq disklərinin 80%-i sudan təşkil olunub və bu da oynaqların bir-birinə sürtülməməsi və xüsusilə də intensiv yüklənmə zamanı bir-birindən ayrılmamasını təmin edir. Bu səbəbdən də suyun çatışmazlığı ağrılı hisslər verir.

8. Əzələ kütləsinin azalması. Qığırdaqlar və oynaqlarda olduğu kimi, əzələlər də yarıya qədər sudan ibarətdir. Təbii ki, orqanizmdə su çatışmazlığı olduqda, susuzlaşma halında nəmlilik itir və əzələ kütləsinin həcmi azalır. Bütün təlimçilər və həkimlər o qənaətə gəliblər ki, hətta məşqlər zamanı belə periodik olaraq mütləq su içilməsi zəruridir.

9. Xroniki yorğunluq və yuxululuq. Əgər orqanizmdə su çatışmırsa, o, suyu axtarmağa başlayır və xaricdən tapmadıqda onu daxildən, həmçinin də qandan götürməyə başlayır. Bu da bütün orqanlara sirayət edən oksigen çatışmazlığına gətirib çıxarır ki, bu da öz növbəsində yuxululuq və yorğunluq hissi verir. Beləliklə də günü-gündən siz özünüzü daha çox yorğun hiss edirsiniz, hətta 8 saat möhkəm yatdıqda belə yuxudan doymursunuz, çay və kofe belə artıq sizə gümrahlıq verməyə kifayət etmir, az qala ayaqüstdə yatırsınız.

10. Həzm sistemi ilə bağlı problemlər. Ağzın selikli qişasını nəmləndirmək zəruridir. Ancaq bu, bütün həzm sisteminə aiddir. Lazımi nəm olmadan mədənin selikli qişasının keyfiyyəti və sıxlığı azalır ki, bu da mədə turşusunun daxili orqanlara ziyan vurmasına şərait yaradır. Bu adətən mədə yanğısı və mədə pozğunluğu deyilən hallara gətirib çıxarır.

Susuzlaşma qəbizliyin əsas səbəblərindən biridir. Bəzən adi su rejiminin tənzimlənməsi qəbizlikdən xilas olunmağa yardım edir.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see255

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see203

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see181

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see179

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see174

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see168

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see166

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see158

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see154

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see152

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see147

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see147

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see147

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see146

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see144

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri