Icma.az
close
up
RU
“Kılıçdaroğlunun açıqlaması partiyada ciddi narahatlıq yaradıb” CHP də qurultayqabağı gərginlik

“Kılıçdaroğlunun açıqlaması partiyada ciddi narahatlıq yaradıb” CHP də qurultayqabağı gərginlik

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyədə ana müxalifət Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel qurultayqabağı “Cumhuriyet” qəzetinə müsahibəsində gündəmə dair sualları cavablandıraraq, keçmiş sədr Kamal Kılıçdaroğlunun “siyasətən arınma” və “çözüm sürəcində cəsur olma” barədə açıqlamasına münasibət bildirib.

Özel söyləyib ki, CHP-də sədr kürsüsü Atatürkün mirası olduğuna görə həm hazırkı, həm də əvvəlki sədrlərə qarşı münasibət xüsusi həssaslıq tələb edir: “Əvvəlki sədrlərin tənqid etmə haqqı var, amma bizim onları tənqid etməyə haqqımız yoxdur. Biz vəfaya önəm veririk və iki ildir bu yanaşmadan kənara çıxmamışıq. İndi də çıxmaq niyyətində deyilik”.

Ö.Özel bildirib ki, Kılıçdaroğlunun son açıqlaması partiya üzvləri və CHP-yə ümid bağlayan geniş kütlə arasında ciddi narahatlıq yaradıb. “Bu reaksiyaların qarşısını almaqda çətinlik çəkirik”, - deyə vurğulayıb.

CHP sədrinin sözlərinə görə, partiya “çözüm sürəci” məsələsində əvvəldən prinsipial xəttinə sadiq qalıb, demokratikləşmə paketi təqdim edib və bütün təzyiqlərə baxmayaraq masadan qalxmamaq mövqeyini qoruyub: “İmralıya getmək məsələsində də öz mövqeyini öncədən ortaya qoymuş bir partiyanın bu mövzuda sərt tənqidlərə məruz qalması bizi çox üzdü”.

Özel 19 martla bağlı prosesi də xatırladıb və bu tarixin yaxınlaşmasından əvvəl “çevriliş mexanizminin” işə düşdüyünü söyləyib: “Keçmişdə dövlət vəzifəsi daşımış bir şəxs xüsusi tapşırıqla İstanbula göndərildi və o gündən bəri hazırlıq aparırdı. Siyasi mövqe nümayiş etdirən məhkəmə orqanlarının, heç bir konkret dəlilə əsaslanmayan iddianaməni önə çıxarması qəbulolunmazdır”.

CHP rəhbəri əlavə edib ki, partiya keçmişdə də bənzər hücumlarla qarşılaşıb: “Əgər bugünkü iddianaməni dəlil kimi qəbul ediriksə, keçmişdə də oxşar iddialar olub. O vaxt necə davranmışıqsa, indi də eyni mövqedəyik. 15,5 milyon insanın prezidentliyə namizəd göstərdiyi Ekrem İmamoğlunu tək buraxmaq və ya “üzərinə beton tökmək” kimi bir siyasi oyunun içində CHP olmayacaq”.

Özel ictimai rəyi də xatırladıb: “Xalqın 65 faizi, CHP seçicilərinin isə 95 faizi bu iddianaməni siyasi hesab edir”.

Sonda Özgür Özel yaranmış vəziyyətin onu çətin duruma qoyduğunu deyib: “Görülməmiş bir iş üzrə dostlarımızı ictimai müzakirəyə çıxarmağın mənası yoxdur. İqtidarın və ona bağlı məhkəmə strukturlarının bu məsələdə aciz qaldığı görünür”.

Bununla belə, sədr soyuqqanlılığını qorumaqda qərarlı olduğunu deyib. “Sakitliyimizi və sağlam düşüncəni qorumaq məcburiyyətindəyik. Kamal bəyi arayıb qurultaya dəvət edəcəyəm. Onun bu açıqlamasının CHP tarixində bir istisna olaraq qalmasını ümid edirəm. Üzərimə düşən hər nə varsa, edəcəyəm”, – deyə əlavə edib.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 27 Noyabr 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri