Icma.az
close
up
RU
Kılıçdaroğlunun namizədliyi üçün imza toplanılır ŞOK İDDİA

Kılıçdaroğlunun namizədliyi üçün imza toplanılır ŞOK İDDİA

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Türkiyənin ana müxalifət partiyası Cümhuriyyət Xalq Partiyası (CHP) 6 aprel tarixində növbədənkənar qurultay keçirməyə hazırlaşır. Partiya sədri Özgür Özəl sonuncu qurultayda saxtakarlıq iddiaları fonunda partiyaya xüsusi nümayəndə təyin edilməsinin qarşısını almaq məqsədilə qurultay qərarı verib.

Qurultay öncəsi CHP daxilində mühüm proseslər gedir. Xüsusilə partiyanın keçmiş sədri Kemal Kılıçdaroğlunun yenidən namizəd olub-olmayacağı böyük maraq doğurur.

Modern.az xəbər verir ki, Türkiyə mediasında yayılan məlumatlara görə, Kılıçdaroğlunun namizədliyini irəli sürməsi üçün partiya daxilində bəzi nümayəndələr tərəfindən imza toplanmağa başlanılıb.

Bununla bağlı rəsmi açıqlama verilməsə də, bu addım Kılıçdaroğlunun yenidən CHP sədrliyinə namizəd olacağı ehtimallarını gücləndirib.

CHP sədrinin müavini İlhan Üzgel məsələ ilə bağlı saytımıza ötən gün verdiyi açıqlamada bildirib ki, hər kəsin namizəd olmaq hüququ var və proses demokratik şəkildə həyata keçiriləcək. O, hazırkı sədr Özgür Özəlin asanlıqla yenidən seçilməsini gözlədiklərini vurğulayıb.

Kılıçdaroğlu isə "Sözcü" qəzetinə verdiyi açıqlamada birbaşa namizədliyini elan etməyib, “qurultayda kimi seçərlərsə, doğrusu o olacaq”, - deyə o bildirib. Sabiq partiya sədri indiyə qədər heç vaxt "mən namizədəm" demədiyini xatırladıb, prosesin demokratik keçməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, 2023-cü ildə keçirilən prezident seçkilərində məğlubiyyətə uğrayan Kemal Kılıçdaroğlu bundan sonra partiya rəhbərliyindən ayrılmışdı. Lakin son dövrlərdə partiya daxilində yaşanan proseslər onun yenidən siyasət səhnəsinə qayıdacağı ehtimallarını artırır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 Aprel 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see259

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see217

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see205

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see199

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see198

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see197

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see196

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see195

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see195

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see191

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see188

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see188

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see184

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see183

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see180

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see173

SOCAR TotalEnergies ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

26 Sentyabr 2026 14:45see173

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see173

Səssiz irəliləyən xərçəng növü İlk əlamətləri bunlardır

26 Sentyabr 2026 14:14see172

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri