Icma.az
close
up
RU
Kilsə cinayətləri: Cadugər ovu, cəza alətləri

Kilsə cinayətləri: Cadugər ovu, cəza alətləri

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məlum olduğu kimi orta əsrlərdə, həm Şərqdə, həm də Qərbdə dini cəhalət hökm sürürdü. Bu dövrdə minlərlə  insan, xüsusilə qadınlar, ən kiçik fərqliliklərinə görə cadugərlikdə ittiham olunaraq işgəncələrə məruz qalır,  ağır üsullarla edam edilirdilər. Bir vaxtlar katolik kilsəsi işgəncə evlərinə çevrilmişdi. Bu gün Avropa və Rusiya muzeylərində inkvizisiya dövrünün cəza alətləri nümayiş etdirilməkdədi.

Əgər siz orta əsrlərin xristian Avropasında yaşasaydınız, qeyri-adi göz rənginizə, bədəninizdəki xala, üz qırışlarının sayına və ya digər fərqli fizionomiyanıza görə cadugərlikdə şübhəli bilinərdiniz.
“Cadugərlik əlamətləri” insanları kilsə məhkəməsinin qorxunc cəzalarına, oradan da birbaşa edama aparırdı.  Üzləşdikləri problemlərin elmi izahını bilməyən kilsə yoluxucu xəstəliklərə, mal-qaranın tələf olmasına, zəlzələ, su daşqını kimi hadisələrə görə “şeytanla iş birliyi quran” ifritə axtarırdılar. Burada əsasən, bitkilərlə insanları müalicə edən təbiblər, alimlər, tənha qadınlar, hər hansı səbəbdən kilsə ayinlərinə qatıla bilməyənlər adamlar hədəfə alınırdı.


Bəs, təqsirləndirilən şəxsin cadugər olub-olmamasını necə ayırd edirdilər? Əsl dəhşət elə, inkvizisiya dövrünün əvvəlindən, “isbatlama” prosesinin icrası zamanı başlayırdı. Kilsə tərəfindən ittiham edilən bu şəxslər təbii ki, cadugər olduqlarını etiraf etmirdilər. Odur ki, “günahını” etiraf etməsi üçün kilsələrdə onlara ağlasığmaz işgəncələr verilirdi. Bu qeyri-insani üsullardan biri də su işgəncəsi idi.

Xristianlıqda su müqəddəs sayılır. Ona görə kilsə cəlladları düşünürdülər ki, su günahkar cadugəri, yəni “ruhunu şeytana satmış” şəxsi qəbul etməməlidir.
Kilsənin qərarı ilə “günahkarlar” boğulana qədər suda saxlanılırdı. Əgər insan suda boğulardısa, o zaman günahsız olduğu barədə bəraət alırdı. Əgər suda batmayıb üzə çıxardısa, bu o demək idi ki, həmin adamın  şeytanla əlaqəsi var. Bu cür qərarın absurd olması ondan ibarət idi ki, şübhəli bilinən şəxs hər iki halda öldürülürdü.
Sınağa çəkilən şəxs ya suda boğulur, ya da sudan salamat çıxarsa tonqalda yandırılırdı.


Tarix göstərir ki, katolik kilsəsi “su sınağını” cadugər ovundan əvvəl də tətbiq edirmiş. XI-XII əsrlərdə zina və qətl kimi cinayətləri etiraf etdirmək üçün suda boğma cəzası da geniş yayılıbmış.
Sonralar bəzi din xadimləri su ilə cəzalandırmanın Bibliya mətnlərində qeyd edilmədiyini əsas gətirərək bu işgəncə növünə qarşı çıxmışlar. Lakin katolik kilsələri XIII əsrdə su işgəncəsini dayandırsa da bir neçə əsrdən sonra yenidən tətbiq etməyə başladılar.

Su sınağının ilahi əmr olduğuna inanan ən məşhur sima isə İngiltərə kralı I Yakov idi. O, bütün uğursuzluqlarını kənardan təsir edən “cadugərlər”lə əlaqələndirməyə başladı.

Kralın cadugərlik barədə yazdığı kitab o dövrdə yayğın olan  mövhumatı daha da gücləndirdi.
Katolik kilsəsi 1612-ci ildə cadugər olduğuna inandığı Artur Bill adlı şəxsi gölə atmaqla cəzalandırır. Ancaq Artur üzərək sudan çıxır və onun şeytanla əlaqəsi olduğunu iddia edənlərə and içərək söyləyir ki, ona şeytan yox, tanrı kömək elədi. Onun sözləri müəyyən tərəddüdlər yaratsa da kilsə rəhbərliyi kralın kitabını əsas gətirərək Arturu edam etdirir. Lakin bu hadisədən sonra “su sınağı”na şübhələr yaranır və getdikcə qüvvədən düşməyə başlayır.

Zaman keçdikcə cadugərliyə inam azalır və cəza sınaqları  öz formasını dəyişir. Bəzi Avropa ölkələrində isə kilsə su işgəncəsini daha qəddar üsulla əvəz edir. Belə ki, kilsələr şübhəli bildiyi insanları odda yandırmağı, yaxud yağda qaynatmağı uzun müddət qüvvədə saxlamışlar.  


XVIII əsrin sonlarında kilsə məhkəmələri suda boğmağı təqsirləndirilən şəxsin qətlə yetirilməsi kimi qiymətləndirdilər. Lakin bu edamlara görə yüzillər boyu minlərlə günahsız insanı vəhşicəsinə qətlə yetirən kilsə xadimlərinə heç bir cəza verilməmişdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:275
embedMənbə:https://lent.az
archiveBu xəbər 16 Yanvar 2025 20:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see336

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see308

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see268

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see252

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see250

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see246

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see241

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see233

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see230

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see227

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see217

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see216

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see214

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see209

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see207

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see204

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see202

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see201

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see186

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri