ABŞ də cadugər ovu : Dövlət Departamentinin əməkdaşlara GİZLİ TELEQRAMI ortaya çıxdı
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ Dövlət Departamentinin divarları arasında əsl qalmaqal alovlanır. Belə ki, qurumda faktiki olaraq "cadugər ovu" elan edilib. İşçilər, əgər həmkarları "antixristian meyillər" göstərirlərsə, onlar haqqında anonim şəkildə məlumat verməyə çağırılırlar.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Politico" nəşri Dövlət Departamentinin əməkdaşlarına göndərilən teleqrama istinadən xəbər verib.
Teleqramın mətninə görə, Departament əməkdaşların anonim hesabatları vasitəsilə antixristian meyillərin nümunələrini toplayacaq.
Eyni zamanda, işçilərdən təfərrüat - "antixristian hadisəsinin" baş verdiyi dəqiq vaxtı, tarixi, yeri və bu işi görənin adını bildirmək xahiş olunur.
Qeyd olunur ki, bu təşəbbüs, ABŞ Prezidenti Donald Trampın ölkə hökumətində "qanunsuz antixristian təcrübələrinin" aradan qaldırılması haqqında fərmanının birbaşa nəticəsidir. Fərmanın tənqidçiləri iddia edirlər ki, bu cür tədbirlər faktiki olaraq dövlət strukturlarında dini ayrı-seçkilik yaradır ki, bu da ABŞ Konstitusiyasına birbaşa ziddir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 13 Aprel 2025 07:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















