Kim bir qol vursaydı, qələbə qazanacaqdı Qəzənfər Abbasov dramatik zəfəri şərh etdi
Icma.az bildirir, Fanat saytına əsaslanaraq.
2-ci Liqanın 6-cı turunda "Şəmkir"in qonağı olan "Qaradağ Lökbatan" 90+6-cı dəqiqədə penaltidən qol vuraraq qələbə qazandı və liderliyini möhkəmlətdi. Qarşısına çempion olaraq ötən mövsümün sonunda tərk etdiyi 1-ci Liqaya qayıtmaq məqsədi qoyan komandanın baş məşqçisi Qəzənfər Abbasovla əlaqə saxlayıb qələbəni dəyərləndirməsini istədik.
Onun Fanat.Az-a açıqlamasını təqdim edirik:
"Çox ağır oyun oldu. "Şəmkir"lə səfər oyunları bütün komandalar üçün çətin alınacaq. Öncə onu deyim ki, rəqib yaxşı, döyüşkən komandadı. Vüqar Nadirov yaxşı kollektiv formalaşdırıb. Bundan başqa, meydan bərbad vəziyyətdədir. Meydan qeyri-qənaətbəxşdirsə, oyuna hazırlaşmaq da çətinləşir. Çünki futbolçulardan taktiki planda nə tələb edəcəyini bilmirsən. Həqiqətən oynamaq olmur. Demək olar ki, dünən nə biz normal futbol oynadıq, nə də rəqib. Dünən ancaq döyüşdük. Top daha çox havada oldu. Kim bir qol vursaydı, qələbə qazanacaqdı. İş elə gətirdi ki, qolu biz vurduq və qələbə qazandıq. Digər tərəfdən, yerli azarkeşlər və əlverişsiz meydan amili fonunda gərgin mübarizə getdi. Bunun da öz marağı var. Neçə müddət idi ki, belə dramatik mübarizə izləmirdik. "Şəmkir"ə növbəti oyunlarda uğurlar arzulayıram".
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 21 Oktyabr 2025 13:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















