Kim Çen ABŞ ı hədələdi: Həyasız və quldur məntiqi…
Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.
KXDR Müdafiə Nazirliyi “Düşmənlərin strateji təhlükəsinə strateji vasitələrlə cavab verəcəyik” başlığı ilə bəyanat yayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
“Tramp administrasiyası hakimiyyətə gələndən bəri ABŞ və onun satellitləri tərəfindən KXDR-də təhlükəsizlik vəziyyətini təhdid edən hərbi təxribatlar güclənib.
ABŞ-ın tipik təkəbbürü, ikili standartlarının həyasız və quldur məntiqi heç bir halda bizim üçün məqbul deyil.
Nüvə silahlı qüvvələrimiz regionda dövlətin suverenliyini və təhlükəsizliyini qoruyan vasitədir və onların sürətlə gücləndirilməsi ABŞ və onun satellitlərindən gələn hərbi təhdidlərə cavab vermək üçün reallığın tələbidir.
KXDR ABŞ və digər düşmənlərdən gələn strateji təhdidlərə öz strateji vasitələri ilə cavab verəcək və güclü çəkindirici qüvvələrlə Koreya yarımadasındakı qeyri-sabit təhlükəsizlik vəziyyətinə nəzarət etməyə yönəlmiş məsuliyyətli hərbi əməliyyatları davam etdirəcək”, - deyə məlumatda bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 22 Fevral 2025 21:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















