Icma.az
close
up
RU
Kim Çen In böyük açılış etdi: Turistləri gözləyir, bloger heyrətə gəlib FOTOLAR

Kim Çen In böyük açılış etdi: Turistləri gözləyir, bloger heyrətə gəlib FOTOLAR

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Şimali Koreyada yeni turizm zonası – “Vonsan-Kalma” kurortu – rəsmi olaraq istifadəyə verilib.

Ölkə.Az xəbər verir ki, açılış mərasimi iyunun 24-də keçirilib və tədbirdə ölkə lideri Kim Çen In şəxsən iştirak edib. O, çıxışı zamanı bildirib ki, bu bölgə gələcəkdə “dünya səviyyəli turizm və mədəniyyət istirahət zonasına” çevriləcək.

Yeni kurort Şimali Koreyanın Şərq sahilində, Yapon (Şərq) dənizinin sahilində yerləşir və 20 minə qədər istirahətçini qəbul edə bilər. Turizm zonasında müxtəlif rahatlıq və əyləncə imkanları yaradılıb: müxtəlif kateqoriyalı otel və pansiyonlar, Aqua park, idman və əyləncə meydançaları, dəniz çimərlikləri, eləcə də mağazalar və restoranlar.

1 iyul tarixindən etibarən kurort şimali koreyalı turistlər üçün açıq olacaq. Xarici vətəndaşlar, xüsusilə Rusiya Federasiyasının Primorsk vilayətinin sakinləri isə 7 iyuldan etibarən bu zonaya səfər edə biləcəklər.

Təşkil olunan 8 günlük çimərlik turları iyul və avqust aylarında baş tutacaq və bir nəfər üçün təxminən 1800 ABŞ dollarına başa gələcək.

Qeyd edək ki, son zamanlar Şimali Koreya turizm sahəsində müəyyən açılımlar etməyə çalışır. Məşhur britaniyalı blogerin marafon iştirakçısı kimi ölkəyə səfəri və onun təəssüratları sosial mediada maraqla qarşılanmışdı. Bloger ölkədə “gözlədiyindən daha çox azadlıqla qarşılaşdığını” vurğulamışdı.

Yeni açılan “Vonsan-Kalma” kurortu isə Şimali Koreyanın turizm potensialını nümayiş etdirmək üçün atdığı növbəti addım kimi qiymətləndirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://olke.az
archiveBu xəbər 26 İyun 2025 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri