Icma.az
close
up
RU
Kim Çen In dünyaya belə mesaj ötürdü Mən də varam!

Kim Çen In dünyaya belə mesaj ötürdü Mən də varam!

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yaxın Şərqdə müharibə qızışdığı bir vaxtda Şimali Koreya lideri Kim Çen In yeni "Çoe Hyon" esminesi tərəfindən buraxılan strateji kruiz raketinin sınağını izləyib.

"Unikal" xəbər verir ki, Şimali Koreyanın dövlət mediasının məlumatına görə, sınaq zamanı atılan raketlər təyin olunmuş hədəflərə uğurla çatıb.

"Çoe Hyon" esminesi uzaqmənzilli qanadlı raketlər, hava hücumundan müdafiə sistemləri və qabaqcıl radar texnologiyaları ilə təchiz olunub.
Qeyd edək ki, Şimali Koreyanın donanmasını gücləndirmək üçün son səyləri diqqətəlayiqdir. Bu yaxınlarda təqdim edilən "Çoe Hyon" esminesi Pxenyanın dəniz gücünü modernləşdirmək proqramının əsas elementi kimi qəbul edilir. Gəmi uzaqmənzilli qanadlı raketlər, hava hücumundan müdafiə sistemləri və qabaqcıl radar texnologiyası ilə təchiz olunub.

Raket sınağını müşahidə edən Kim Çen In bildirib ki, donanmanın qarşısını alma qabiliyyətinin artırılması ölkənin müdafiə strategiyasında mühüm rol oynayır. O, xüsusilə də dənizdən uzaqmənzilli hücum imkanlarının inkişaf etdirilməsinin Şimali Koreyanın təhlükəsizliyi üçün çox vacib olduğunu qeyd edib.

Analitiklər Pxenyanın bu addımının təkcə regional deyil, həm də qlobal təhlükəsizlik balansları baxımından diqqətlə izlənildiyini bildirirlər. ABŞ və İran arasında davam edən müharibənin beynəlxalq gərginliyi artırdığı bir vaxtda keçirilən bu sınaq Şimali Koreyanın hərbi qabiliyyətlərini nümayiş etdirmək və "Mən də burdayam" mesajı göndərmək cəhdi kimi qiymətləndirilir.

Ekspertlərin fikrincə, Şimali Koreya son aylarda həm ballistik, həm də qanadlı raketlərin sınaqlarını artırmaqla hərbi qüdrətini nümayiş etdirir.

Gülayə Mecid


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://unikal.az
archiveBu xəbər 05 Mart 2026 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri