Icma.az
close
up
RU
Kimdənsə şikayət edəndə ehtiyatlı olun: özünüz də cəzalana bilərsiniz

Kimdənsə şikayət edəndə ehtiyatlı olun: özünüz də cəzalana bilərsiniz

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kiminsə haqqında hüquq-mühafizə orqanlarına qəsdən yalan məlumat verib, onu cinayət törətməkdə ittiham etmək həmin yalan xəbəri verən şəxsin cəzalandırılması ilə nəticələnə bilər. Çünki bu cür hərəkət qanunvericiliyə əsasən, cinayət məsuliyyəti yaradır.

Bizimyol.info xəbər verir ki, Cinayət Məcəlləsində bilə-bilə yalan məlumat verməyə görə məsuliyyət müəyyən edilib.

Ali Məhkəmədən bu məsələni “e-huquq.az”a şərh edərkən vurğulanıb ki, belə hallarda əsassız ittiham irəli sürülən şəxsin şərəf və ləyaqəti, işgüzar nüfuzu zədələnə bilər. Bu da mənəvi zərərin yaranmasına əsas verir. Nəticədə təqsirkar şəxs mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı da məsuliyyət daşıya bilər.

Qeyd olunub ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi və ya bərpası məqsədilə digər bir şəxsin cinayət törətməsi barədə hüquq-mühafizə orqanlarına müraciət etməsi, əgər həmin müraciət vicdanlı niyyətlə və qərəzsiz şəkildə edilibsə, bu halda, hüquqi məsuliyyət yaratmır:

“Məsələn, şəxs hüquq-mühafizə orqanına müraciət edərək evindən oğurluq edildiyini və müəyyən bir şəxsdən şübhələndiyini bildirə bilər. Əgər həmin şübhə real hallara əsaslanır və müraciət edən şəxs bunu qərəzli məqsədlə etmirsə, sonradan həmin şəxsin cinayət törətmədiyi müəyyən edilsə belə, müraciət edən şəxsin məsuliyyəti yaranmır. Çünki o, həqiqətən mövcud şübhələrinə əsaslanaraq səlahiyyətli orqana müraciət edib. Bu kimi halların qiymətləndirilməsi bütün sübutların məcmusu əsasında həyata keçirilir”.

Eyni zamanda, qeyd olunub ki, bu cür müraciətlər səlahiyyətli hüquq-mühafizə orqanlarına ünvanlanmalıdır:

“Əgər şəxs cinayət faktı ilə bağlı məlumatı belə məsələlərin araşdırılması səlahiyyətinə malik olmayan orqana və ya təşkilata təqdim edirsə, bu zaman həmin müraciət şikayət olunan şəxsin nüfuzuna xələl gətirə bilər. Buna görə də müraciətin məzmunu və ünvanlandığı orqanın səlahiyyətləri arasında uyğunluq olmalıdır”.

Həmçinin bildirib ki, vətəndaşın vəzifəli şəxsin xidməti fəaliyyətində yol verdiyi pozuntular və ya vəzifə səlahiyyətlərini lazımi qaydada icra etməməsi barədə şikayət verməsi onun qanuni hüququdur. Lakin belə müraciətlərdə vəzifəli şəxsin şəxsi həyatı ilə bağlı, araşdırılan məsələyə aidiyyəti olmayan ittiham və ya məlumatların qeyd edilməsi həmin şəxsin şərəf və ləyaqətinin pozulmasına səbəb ola bilər. Bu da hüquqi məsuliyyət yarada bilər. Eyni zamanda, vəzifəli şəxsi nüfuzdan salmaq məqsədi daşıyan, aşkar şəkildə qərəzli və əsassız şikayətlərin verilməsi də qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 05 İyun 2026 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri