Icma.az
close
up
RU
Kimin ağlına gələr ki, Qız qalasının yerini dəyişdirsin Səyyad Aran

Kimin ağlına gələr ki, Qız qalasının yerini dəyişdirsin Səyyad Aran

Icma.az xəbər verir, Pravda.az saytına əsaslanaraq.

Deputat Səyyad Aranın Milli Məclisdə tarixi abidələrlə bağlı çıxışı səs-küy yaradıb. Belə ki, o, abidələrin pasportlaşdırılmasının lazımsız olduğunu deyib və müəyyən iş adamlarına həvalə edilməsini təklif edib. Onun bu fikirlərinə  spiker Sahibə Qafarova sərt etiraz edib.

Baş verənlərlə bağlı millət vəkili Səyyad Aran “Yeni Müsavat”a danışıb. Deputat çıxışını olduğu kimi təkrar edib: “Əslində mənim çıxışım belə olub: "Bu abidələr pasportlaşdırılırsa, bunun sonrakı aqibəti nə olacaq? Onsuz da bunların bir çoxu uçulub dağılıb. Hamımız şimal zonasında görürük bunu. O abidələrin ömründən, sarayından gündə bir kərpic düşür. Yəni dağılıb gedir. Nəzarət olmur, ciddi nəzarət yoxdur bu abidələrə. Amma necə etmək olar? Bunları hansısa iş adamına vermək olar ki, “gəl bərpa elə, burada bir şey yarat”. Bunun başqa yolu yoxdur. Mən İsmayıllıdan başlayaraq Balakənə qədər nə qədər bu abidələrdən görmüşəm... Biz məsələ qaldırırıqsa, bunun sonrakı halını da düşünməliyik. Pasportlaşdırdıq, hə, nə olsun? Bəs sonra? Bax o sonranın cavabını tapmaq lazımdır. Bu abidələr milli mənsubiyyətimizin tarixidir. Orada bizim nələrimiz yatır, Allah bilir. Hələ birindən də istifadə edib bir dünyaya səs salan kino çəkdilər “Qorxma mən səninləyəm”. Polad Bülbüloğlunun başçılığı ilə. O abidənin vəziyyəti necədir?  Daşınmaz abidələrin pasportlaşdırılması sözünün əleyhinəyəm. Əcəba, bu nə ifadədir: daşınmaz abidələrin... Abidə elə abidədir də. Kimin ağlına gələr ki, Qız qalasının yerini dəyişdirsin. Əlaqədar orqanlar bu məsələ ilə bağlı sözlərini deməlidirlər. Həm Mədəniyyət Nazirliyi, həm Turizm Agentliyi və sair. Mən çıxış yolunu bunların iş adamlarına verilməsində görürəm. Onlar o yeri abadlaşdıra bilər, indi məsləhətləşmələr yolu ilə orada nə iş görmək istəyir, müzakirə edə bilər. Görünür, bunların obyektində belə çoxlu tarixi yerlər var. Hamısına pul çatdırmaq olmur. İş adamları buna pul qoya bilər".

Deputat deyib ki, çıxışı eynilə bu cür olub. S.Aran Sahibə Qafarovanın dediklərini də yada salıb: “Spiker bildirdi ki, bu abidələr hamısı Azərbaycan mədəniyyətinə aiddir. Azərbaycan hökumətinə nə olub ki, gərək elə mütləq hansısa biznesmenlərə verilə? Bu qanun layihəsinin əsası başa düşmədiz ki, nə ilə bağlıdır? Burada çıxış edənlər də oldu. Bütün bu qanun layihəsinin konsepsiyasını ortaya qoydular. Deyirsiniz ki, nəyə lazımdır pasportlaşdırma, bundan sonra nə olacaq. Siz nə danışırsınız?”

Gördüyünüz kimi, mən çıxışımda “biznesmen” sözünü işlətməmişəm. “Biznes” sözünü hörmətli Sahibə xanım mənim boynuma qoydu. Mən “iş adamları” demişəm. İş adamı ilə biznesmenin fərqi bundadır ki, iş adamı adətən xeyirxah əməlləri ilə - evi uçanın evini təmir etməklə, hasarı dağılanın hasarını düzəltməklə, Azərbaycanın istedadlı gənclərinin xaricdə təhsil alması üçün onlara yardım göstərməklə, hansısa bir Azərbaycan vətəndaşı bahalı müalicə xərclərini ödəyə bilmədiyi zaman ona kömək etməsi ilə fərqlənir.

Biznesmen isə pul qoyub, pul götürən adamdır. Onun məqsədi budur ki, filan işə nə qədər pul qoyub, oradan nə qədər qazanc əldə edə bilər. O, bütün fəaliyyəti dövründə xərclədiyi pulların son nəticəsini düşünür ki, “buradan mənə nə qalacaq?”

Mən deyirəm “iş adamları”. Mən Azərbaycan dili və ədəbiyyatı müəllimiyəm. İkinci ixtisasım isə hüquqşünaslıqdır. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişəm, ikinci ali təhsil almışam. Mən yəni sözümü bilən adamam, nə dediyimi də bilirəm. Təpədən-dırnağa söz adamıyam. Yəni mən hansı ifadəni işlətmək lazım olduğunu yaxşı bilirəm.

“Mən iş adamlarına verək” deyəndə dünya təcrübəsinə, Avropa təcrübəsinə arxalanmışam. Məsələn, Avropa ölkələrində bir fincan qəhvə içməyə gedəndə görürsən ki, içəridə kaskalar var, top, güllələr, tüfənglər, hərbi paltarlı adamların şəkilləri var - ayrı-ayrı hərbçilərin fotoları. Deyirik ki, görəsən, biz hara gəlmişik, silah muzeyinə? Yox! Ora bir vaxtlar faşistlər tərəfindən dağıdılmış tarixi məkandır. Zamanında iş adamlarına müraciət etmişdilər ki, bu tarixi yerləri sizə veririk, burada həm muzey yaradın, həm də kiçik bir kafe açın ki, oradan öz qazancınızı götürəsiniz.

Azərbaycan çox qüdrətli və varlı dövlətdir. Lazım gəlsə, onun hamısını Azərbaycan dövləti özü də həll edə bilər. Lakin mən nə deyirəm ki? Məgər mən deyirəm ki, bunlar boş şeylərdir? Mən elə bir söz deməmişəm ki, onun üstündən Sahibə xanım belə deyə. “Azərbaycan hökumətinə nə olub ki, gərək hansısa bizneslərə verilsin?” Mən elə söz deməmişəm və sözlərimdən də bu məna çıxmır.

“Bu qanun layihəsinin əsası başa düşülmədir ki, nə ilə bağlıdır”. Niyə başa düşmürəm ki? Harada demişəm ki, pasportlaşdırma lazım deyil?  Sonra da deyir ki, “siz nə danışırsınız?” Mən nə danışıram? Deyirəm ki, tutaq ki, Oğuzda yaddan çıxmış bir abidəni pasportlaşdırırlar - bu, aydındır. Bəs sonra nə olur? Bu sual açıq qalır. Mənim vurğum bunun üzərindədir. Sonra nə olur? Heç nə. Pasportlaşdırılır, bununla da işi bitmiş hesab edirlər. Amma axı sonra onun üçün bir gözətçi qoymaq lazımdır, uçub-sökülmüş yerlərini düzəltmək lazımdır. Həmin yerləri turist planlarına, qrafikinə uyğun şəkildə işə salmaq lazımdır ki, camaat gəlib görsün".

Deputat bir daha Polad Bülbüloğlunun iştirak etdiyi “Qorxma, mən səninləyəm” filmindəki qalanı yada salıb: “Görün oradan nə qədər pul yığmaq olar? Xüsusən də Rusiyadan gələnlər o qalaya baxmaq üçün növbəyə durarlar. Çünki o film Rusiyada və MDB ölkələrində çox məşhur idi. Filmdə Polad qaladan əsgərlərin başına torba atırdı - bax, həmin əşyaları ortalığa yığıb muzey kimi təqdim etmək olar. Polada atılan güllələri, onun maketini də orada yerləşdirmək mümkündür. Ora gələnlər həmin filmi xatırlayarlar. Gör, oradan nələr qazanmaq olar... Həm də yeni iş yerləri açılmış olar, insanlar işləyər, qazanarlar”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://pravda.az
archiveBu xəbər 25 Aprel 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün İspaniya Portuqaliya finalı var

08 İyun 2025 10:46see180

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see124

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see120

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see119

Kim deyər ki, 78 yaşı var? Video

08 İyun 2025 23:30see117

Astronomlar ilk dəfə unikal ulduzları kəşf edirlər..?

08 İyun 2025 00:17see116

Moskvada anbar kompleksində baş verən yanğın nəticəsində iki nəfər ölüb

08 İyun 2025 22:34see116

Levan Davitaşvili: Tbilisi Quru Limanı Orta Dəhlizin inkişafında mühüm rol oynayacaq

08 İyun 2025 20:50see116

Maskın təklifi

08 İyun 2025 04:23see115

Cəlilabadda minik avtomobilləri toqquşub

08 İyun 2025 18:47see115

Vens artıq Maskı tənqid etməyəcək Tramp YASAQLADI

08 İyun 2025 19:39see114

Bu vitamin xərçəngi 10 günə öldürür

09 İyun 2025 02:04see113

Qazaxıstan Prezidentindən yeni müdafiə nazirinə TAPŞIRIQ

08 İyun 2025 19:25see112

Almaniya Fransa matçının ən yaxşı oyunçusu bilindi

08 İyun 2025 20:25see112

Dünyanın ən uzun balığı hansıdır?

09 İyun 2025 02:33see111

Davit Volkovlu Gürcüstan millisi son 4 oyunda üç qələbə və bir heç heçə

08 İyun 2025 22:57see111

Bu nəhəng ölkə husilərə kömək edir: ABŞ yə hücum

09 İyun 2025 03:31see111

Ukrayna üçün şad xəbər Rəsmən elan edildi

09 İyun 2025 01:27see111

Qərbi Azərbaycan İcmasının Ankara tədbirində kimlər iştirak etdi...

08 İyun 2025 19:39see110

İsveçdə dişlərini düzgün fırçalamayan uşaqların valideynlərinə 8 aylıq həbs cəzası verildi

08 İyun 2025 04:31see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri