Səyyad Aran saxta plastik cərrahlarla bağlı məsələ qaldırdı
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Deputat Səyyad Aran Milli Məclisin bugünkü iclasında saxta plastik cərrahlarla bağlı işlərin tam olmaması ilə bağlı çıxış edib.
Modern.az xəbər verir ki, deputat sözügedən fikrini Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə layihənin müzakirəsi zamanı deyib.
S.Aran vurğulayıb ki, Səhiyyə Nazirliyinin apardığı işlər sonrasında saxta plastik cərrahiyyə həkimləri və həqiqətən bu ixtisası yaxşı bilənləri cəmiyyətə tanıtmaq lazımdır. Lakin bununla bağlı konkret addım atılmayıb.
"Prosesin yarımçıq qalması saxta həkimlərin fərqli soyadlarla fəaliyyətinə imkan yaradır", - deyə sonda o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:197
Bu xəbər 16 May 2025 13:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















