Icma.az
close
up
RU
Kimin dəyirmanına su tökdüyünüzün fərqindəmisiniz?

Kimin dəyirmanına su tökdüyünüzün fərqindəmisiniz?

Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Füzuli RZAQULİYEV
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi İdarə Heyətinin sədri
Son günlər ölkənin 1 internet və 2 ümumrespublika telekanalında yayımlanan müsahibə və reportajlarda Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMV İB) adı haqsız olaraq hallandırılmış, bununla da təşkilatımızın adına, işgüzar imicinə və nüfuzuna ciddi xələl gətirilmişdir. 11 sentyabr 2025-ci il tarixli bəyanatımızda məlum elektron media subyektlərində AVMVİB-nin ünvanına səsləndirilmiş əsassız tənqid və ittihamlara cavab vermişdik. Amma bu məsələ ilə bağlı bir daha mövqeyimizi bildirməyi, bizi ciddi narahat edən bəzi mətləblərə aydınlıq gətirməyi vacib saydıq. Bəri başdan onu diqqətinzə çatdıraq ki, biz Birliyimizə qarşı efirlərdə diletantcasına aparılan bu “informasiya hücumlarına” siyasi don geyindırmək fikrindən uzağıq.
İndi gələk mətləb üstünə. AVMVİB tərəfindən 7 il bundan əvvəl təşkilatın yaranmasının 25 illiyi münasibətilə təsis edilmiş xatirə və yubiley nişanları, eləcə də Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibətilə buraxdığı medal təltif olunanlara heç bir əlavə imtiyaz vermir. Bu xeyirxah aksiya xidmətləri olmuş təşkilat üzvləri və birliyimizlə yaxından əməkdaşlıq edən şəxslər üçün hazırlatdığımız rəmzi minnətdarlıq nümunəsidir. Təşkilatımız bu nişanları heç vaxt rəsmi təltif kimi təqdim etməmiş, onların yalnız ictimai status daşıdığını dəfələrlə bəyan etmişdir. Xoş niyyətli layihəyə görə bizi qınayanlara bir sual ünvanlamaq istərdik: Qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərən müxtəlif jurnalist qurumları “Media mükafatı”, “Qızıl qələm”, “Həsən bəy Zərdabi mükafatı”, “Dan ulduzu”, “Ustad jurnalist” və sairə adlarda mükafat və təltiflər təsis ediblər. Onların məntiqinə görə, əgər hökumətin “Əməkdar jurnalist” fəxri adı varsa, başqa ad, təltif və mükafatlar qeyri-qanunidir?
Məsələ ilə bağlı həmin telekanallardan birinim müxbirinə dediklərimizin kontekstdən çıxarılaraq, özlərinin düşündükləri qərəzli motivə uyğun gələn hissəsinin efirə verilməsi müəllif hüquqlarının pozulması presedentini yaratmaqla yanaşı, xatirə və yubiley medallarının yerlərdə pulla satılması barədə yalan və böhtan xaraterli məlumatların qəsdən geniş tamaşaçı kütləsinə “üfürülməsi” faktı məhkəmədə araşdırma predmetinə çevrilə bilər. Bizdə acı təəssüf hissi doğuran odur ki, kənar “rejissorun çubuğu” ilə başladılan bu ideoloji kampaniyaya Birinci Qarabağ müharibəsi qazisi, kəşfiyyatçı kimi tanıdığımız döyüşçünün cəlb edilməsidir. Bu feyk-xəbərlər prosesinə “ssenaridən” bixəbər başqa insanları da qoşmalarının məviyyatsızlıqdan başqa adı yoxdur. Yəqin bu çirkli texnologiyanın ölkə daxilində narazılıq dalğası təşkil etmək kimi təxribatlar törətməyi hədəfləyən anti–Azərbaycan qüvvələrin sınaqdan çıxardığı “ideoloji–psixoloji təsir metodları”ndan biri olduğunu deməyimizə ehtiyac yoxdur.
AVMVB təxminən 2 il bundan əvvəl fərqləndirmə nişan və medalların təqdimatı prosesini dayandırıb. Üstündən bu qədər müddət keçəndən sonra məsələnin “ictimailəşdirilməsi”, ötən 31 ildə şəffaf və təmənnasız fəaliyyət göstərmş Birliyimizin adının cəmiyyətə “qanun pozucusu”, “medalpaylayan”, “korrupsioner”, “veteranlar arasında ayrıseçkilik salan” kimi təqdim olunması həmin elekrton media subyektlərinin aşkar qərəzli yanaşmaları, bilərəkdən, ya bilməyərəkdən kənar qüvvələrin məkrli niyyətlərinə xidmət etmələri ilə bağlı bizdə ciddi şübhələr yaranıb. Bəlkə də həmin telekanalların rəhbərləri bu cür zərərli, təkcə ən həssas sosial təbəqə sayılan müharibə veteranları arasında deyil, bütövlükdə cəmiyyətdə ayrıseçkilik, hökumətdən narazılıq toxumları səpməyi hədəfləyən qüvvələrin dəyirmanına su tökdüklərinin fərqində deyillər. Şübhə etmirik ki, həmin qüvvələrin müstəqil Azərbaycanın xüsusilə son 5 ildə əldə etdiyi hərbi-siyasi uğurları heç cür həzm edə bilmədikləri, özlərinin məkrli niyyətlərini həyata keçirmək üçün ölkəmizdə qarışıqlıq, xaos yaratmaq planları barədə bizim kimi, dövlətin müvafiq strukturları da məlumatlıdırlar.
Efir məkanında təşkil olunan bu cür məqsədyönlü, “sensasiya doğuran” reportajların altqatında ölkənin ən monolit müharibə veteranları təşkilatının – AVMVB-nin gənclərdə vətənpərvərlik ruhunun formalaşdırılması kimi müqəddəs amalına kölgə salmaq məqsədinin güdüldüyü aşkar hiss olunur. Amma ilk baxışda identik xarakter daşıdığı təsəvvürü yaradan məlum “telereportajları”, “jurnalist araşdırmalarını”, əslində, Birliyimizə qarşı əvvəlcədən düşünülmüş ideoloji kampaniyanın tərkib hissəsi hesab edirik. Burada hədəf olaraq yalnız AVMVB-nin deyil, daha geniş auditoriyanın götürüldüyünün “əlamətləri” göz qabağındadır.
Amma “telekanalcıqların” hələ təsdiqlənməmiş bir faktı kütləvi hal kimi ümumiləşdirərək, AVMVB-nin adını qaralamağa çalışması cəhdlərini heç cür qəbul edə bilmərik. Bilməyənlərin nəzərinə çatdıraq ki, AVMVİB 26 avqust 1994-cü ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış İctimai Birlikdir. Hazırda 78 yerli filiala, 92 min üzvə malik təşkilatımız 31 illik fəaliyyəti dövründə yalnız vətənpərvərlik və dövlətçilik prinsiplərini əsas prioritet saymış nüfuzlu bir qurum kimi formalaşıb. Zəfərimizlə başa çatan 44 günlük müharibənin gedişində xüsusi qərargah yaratmış AVMVB üzvlərindən topladığı ianələrin hesabına ön cəbhədəki əsgər və zabitlərimizə dəfələrlə maddi və tibbi yardımlar aparıb, onlara mənəvi dəstək verib. Arxa cəbhədə isə döyüşlərdə yaralanmış neçə-neçə əsgərə hospitallarda baş çəkib, onların ehtiyaclarının müəyyən hissənini qarşılamağa çalışıb, ailələrinə köməklik göstərib. İndi bütün bunları dilə gətirməyi ona görə özümüzə rəva bilirik ki, bu sözü bədxahlarımızın üzünə çırpaq: Məgər o zaman biz kimdənsə hansısa təmənna umurduq?!
Təvazökarlıqdan kənar görünsə də, bunları bizi “medal paylamaqda” suçlamağa girişənlərə Birinci Qarabağ müharibəsi zamanı Şaumyankəndin ermənilərdən təmizlənməsi, eləcə də Daşaltı əməliyyatlarında, Kəlbəcər, Laçın və Ağdərənin xeyili kəndinin düşmındın azad olunması uğrunda gedən döyüşlərdə misilsiz qəhrəmanlıqlar göstərmiş könüllülərdən ibarət batalyonun komandiri kimi fəxarət hissi ilə deyirəm: Böyük qardaşım Nizami də mənim kimi müharibə veteranıdır. Kiçik qardaşım Xaqani Birinci Qarabağ müharibəsində döyüşlərdə yaralanmış Azərbaycanın ilk müharibə əlili olan jurnalist idi. Məhz müharibə dəhşətlərinin səhhətində buraxdığı pozuntular səbəbindən iki il bundan əvvəl dünyasını dəyişdi. Oğlum isə 44 günlük müharibədə taqım komandiri, baş leytenant kimi Füzuli–Cəbrayıl–Xocavənd istiqamətində gedən döyüşlərin iştirakçısıdır və buna görə 5 medalla təltif edilib. Həyatını Qarabağın azadlığı amalına həsr edən təkcə bu ailəyə deyil, bütövlükdə AVMVB-ə “medal oyunu” ləkəsi yapışmaz!
Məsələnin hüquqi tərəfinə gəldikdə isə qeyd etməyi özümüzə borc bilirik ki, AVMVB “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikası Qanunu”nda göstərilən hüquq və öhdəliklərinə daim riayət edib. Qanunun 28-ci Maddəsində göstərilir: “Qeyri-hökumət təşkilatının hüquqları bütün dövlət orqanları tərəfindən qorunur. Qeyri-hökumət təşkilatları qanunvericilik çərçivəsində öz fəaliyyətini müstəqil olaraq həyata keçirmək hüququna malikdir”. Yəni, Birliyimizin torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə iştirak etmiş veteranlarımızı təltif etməkdən ötrü xatirə nişanları və medal təsis etməsində qanundan kənar hərəkət görmürük. Biz qanunun yol vermədiyi heç bir addım atmamışıq. Bu addımımızı isə sadəcə, haqqı və xidmətləri olan veteran qardaşlarımızı sevindirmək, hökumətimizin qayğı ilə tam əhatə edə bilmədiyi, əli çatmayan qazilərimizə mənəvi təsəlli, qürur hissi bəxş etmək kimi səmimi və tənənnasız niyyətimizin əyani təzahürü kimi qəbul etmək lazımdır.
Bu məqamda Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu gün hökumətin müxtəlif sahələrdə həyata keçirdiyi islahatlarda, eləcə də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, onların maarifləndirilməsində, yerlərdə əhalinin müxtəlif kateqoriyalardan olan kəsimlərinin üzləşdiyi çətinliklərin aradan qaldırılmasında vətəndaş cəmiyyəti institutlarının yaxından iştirakını təşviq etməsini unutmamalıyıq. AVMVB olaraq fəaliyyətimizdə Ali Baş Komandanımızın məhz bu tezisini daim rəhbər tuturuq.
Bir daha təkrar edirik ki, Birliyimiz köhnə döyüççülər olan üzvlərinə fərqləndirmə nişanlarını dövlətimizin rəsmi təltifləri kimi deyil, öz adından təqdim edib. Burada təmənna umulduğunu iddia edənlərə, altniyyət axtaranlara üzümüzü tutub deyirik ki, sensasiya axtarışına çıxmazdan öncə kimin, yaxud kimlərin dəyirmanına su tökdüklərinin fərqinə varsaydılar, daha doğru olardı.
AVMVB yarandığı gündən daim dövlətimizin yanında duran, onun siyasi xəttinə sadiq, şəffaf və qanunvericiliyin tələblərinə uyğun şəkildə fəaliyyət göstərən təşkilat olub. Birinci və İkinci Qarabağ müharibəsində Vətənin azadlığı və ərazi bütövlüyü naminə canlarından keçmiş qəhrəmanların ailələrinə, qazilərə, veteranlara qayğı və diqqət Birliyin əsas fəaliyyət istiqamətidir. AVMVİB bu işlərində həmişə müvafiq dövlət qurumalrı ilə yaxından əməkdaşlıq edib, ortaya çıxan suallara bu kateqoriyadan olan insanlara qanunun verdiyi hüquq və imtiyazlar, eləcə də qarşılıqlı hörmət əsasında aydınlıq gətirməyə çalışıb. Birilimizin bundan sonrakı fəaliyyətində də bu prinsipləri rəhbər tutacağına heç kəsin şübhəsi olmasın.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://reyting.az
archiveBu xəbər 21 Sentyabr 2025 22:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see737

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see281

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see276

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see269

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see257

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see248

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see243

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see241

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see237

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see222

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see214

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see207

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see202

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see201

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see201

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see195

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see193

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see190

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see188

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri