Icma.az
close
up
RU
Yalan dəyirmanına su tökənlər...

Yalan dəyirmanına su tökənlər...

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Öz siyasətində ardıcıl olaraq müstəqillik, suverenlik prinsiplərindən çıxış edən Azərbaycan erməni lobbisinin təsiri atında olan bir sıra dairələrin ölkəmizlə bağı irəli sürdükləri əsassız ittihamları heç vaxt cavabsız qoymur və ikili standartlara qarşı qətiyyətli mövqe sərgiləyir. Elə bu günlərdə Azərbaycan-Birləşmiş Krallıq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fariz İsmayılzadə Birləşmiş Krallıq parlamentinin Ermənistan üzrə parlament qrupuna etiraz məktubu ünvanlayıb. Məktubda deyilir ki, Birləşmiş Krallıq hökumətinə bu yaxınlarda etdiyiniz müraciətlə əlaqədar biz 30 illik erməni işğalı dövründə törədilmiş müharibə cinayətləri, etnik təmizləmələr və hərbi təcavüz üçün məsuliyyət daşıyan şəxslərin mühakiməsi prosesini nüfuzdan salmağa yönələn əsassız ittihamları qətiyyətlə rədd edirik. Bu insanların “hərbi əsir” adlandırılması, azadlığa buraxılmasına çağırışlar edilməsi onların törətdikləri və əsaslı sübutlarla təsdiqlənən cinayətlərinə göz yumulması deməkdir.

Dəhşət saçan müharibə cinayətləri

Ermənistanın ötən əsrin doxsanıncı illərinin əvvəllərindən başladığı təcvüzkarlıq siyasəti nəticəsində Azərbaycan sözün əsl mənasında humanitar fəlakətlə üzləşib. Üç onillik ərzində ərazilərimizdə ermənilərin törətdikləri çoxsayı müharibə cinayətləri dəhşət saçır. İşğal zamanı Ermənistan bir milyona yaxın azərbaycanlını zorla yurd-yuvasından didərgin salıb, Xocalı soyqırımı, urbisid, kultursid və ekosid aktları törədib. Azərbaycan şəhərləri və kəndləri yerlə-yeksan edilib, onun mədəni və dini mirası dağıdılıb, ətraf mühitə ciddi ziyan vurulub. Bundan əlavə, Ermənistan işğal olunmuş ərazilərdə minalar basdıraraq Azərbaycanı dünyanın minalarla ən çox çirklənmiş ölkələrindən birinə çevirib. Bu minalar mülki insanları öldürməyə və yaralamağa davam edir, keçmiş köçkünlərin geri dönməsini və bərpa səylərini ləngidir. Postmünaqişə dövründə 380-dən çox vətəndaşımız  mina partlayışında həyat və sağlamlıqlarını itirib. Ümumilikdə isə Azərbaycanda 4 minə yaxın mina qurbanı qeydə alınıb.

Məktubda göstərilir ki, bütün bu hadisələrin daha bir dəhşətli nəticəsi isə itkin düşmüş 4 minə yaxın azərbaycanlının, o cümlədən qadınların və uşaqların aqibətidir. Ermənistan kütləvi məzarlıqlar barədə məlumat verməkdən imtina edir. Bununla yanaşı, erməni liderləri uzun müddətdir ki, azərbaycanlılara qarşı etnik nifrəti qızışdırırlar. Bütün bu cinayətlərə baxmayaraq, Ermənistanda heç kəs məsuliyyətə cəlb edilməyib, hərbi cinayətkarlar isə hələ də hörmət sahibidirlər. Birləşmiş Krallıq parlamentinin Ermənistan üzrə parlament qrupu öz ölkəsinin hökumətinə müraciət ünvanlayanda ilk növbədə bu kimi faktlara istinad etməli və həqiqətin izinə düşməli idi. Belə görünür ki, Birləşmiş Krallıq parlamentinin bəzi üzvlərinə həqiqət axtarışı ümumiyyətlə lazım deyil. Onlar öz məsuliyyətlərini, eləcə də Azərbaycanın Avropa üçün önəmini unudaraq yalan dəyirmanına su tökməklə məşğuldurlar. Onların bu mövqeyi hazırda iki ölkə arasında cərəyan edən sülh prosesinə mənfi təsir göstərir. Məktubda bildirildiyi kimi, bu prosesin tənqid edilməsi haqq-ədalətə etinasızlıq göstərilməsi, etnik təmizləmənin və təcavüzün dolayısı ilə dəstəklənməsi deməkdir.

 Azərbaycanın suveren hüququ

Qalib Azərbaycan ərazi bütövlüyünün və suverenliyinin bərpasına öz gücünə nail olduqdan  sonra ədalət mühakiməsini təmin edir. 200-dən çox erməni Azərbaycan tərəfindən humanitar akt qaydasında azad edilsə də, separatçı rejimin 30 illik işğal dövründə bir sıra dəhşətli müharibə cinayətlərində təqsirli bilinən üzvləri hazırda Bakıda məhkəmə qarşısına çıxarılırlar. Azərbaycan qanunvericiliyinə uyğun olaraq, onlar hərbi təcavüz, müharibə cinayətləri, zorakılıqla yoxa çıxarma, qəsdən adam öldürmə, qanunsuz sahibkarlıq, işgəncə vermə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və s. kimi cinayətlərdə ittiham edilirlər. Məktubda vurğulandığı kimi, məhkəmə prosesi şəffafdır, hüquqi təmsilçilik təmin edilir və amansız rəftarla bağlı heç bir şikayət daxil olmayıb. Yeri gəlmişkən, ədalət mühakiməsinə cəlb olunan şəxslərin özləri də istintaq prosesində onlara hər hansı bir təzyiq göstərilmədiyini dəfələrlə dilə gətiriblər.

Ərazilərimizdə müharibə cinayətləri törətmiş şəxsləri mühakimə etmək və ədaətin bərpasına nail olmaq Azərbaycanın suveren hüququdur və heç bir xarici dövlət, beynəlxalq təsisat buna müdahilə edə bilməz. Müharibə cinayətlərinə yol vermiş şəxslər layiq olduqları cəzalarını almalıdırlar və bu, mütləq qaydada təmin ediləcək. Erməni lobbisinin təsir altına düşən bəzi beynəlxalq təsisatların diqqətinə onu da çatdırmaq yerinə düşər ki, yuxarıda adları çəkilən şəxsərin özləri də zamanında yol verdikləri cinayətərin bir çoxunu etiraf ediblər. O da etiraf olunur ki, ərazilərimizdə törədilmiş müharibə cinayətlərinin böyük əksəriyyətinin sifarişləri məhz Ermənistan rəhbərliyindən, o cümlədən də hazırda özünü beynəlxalq auditoriyaya “sülh göyərçini” kimi təqdim etməyə çalışan baş nazir Nikol Paşinyandan gəlib.

Dünya üçün nümunə

Məktubda çox vacib məqamlara diqqət çəkilib. Bildirilir ki, davam edən məhkəmə prosesi Ermənistan tərəfindən törədilmiş hərbi təcavüzə və işğala, eləcə də onun siyasi və hərbi xadimlərinin daşıdıqları məsuliyyətə işıq salır. Bu proseslə bağlı “narahatlıq” mühakimənin gedişini pozmaq və məhkəmənin işinə müdaxilə etmək cəhdləri anlamına gəlir. Lakin bu cür əsassız mövqe tutmaq əvəzinə, hüquqi prosesə kömək göstərilməsi ədalət mühakiməsinə və bölgədə möhkəm sabitlik yaradılmasına töhfə verə bilərdi. “Bu cür məhkəmə yanaşması beynəlxalq birlik üçün gələcək münaqişələrin və beynəlxalq hüquq pozuntularının qarşısının alınmasında önəmli nümunədir. Cinayətlərə göz yumulması ədalətin bərqərar edilməsinə mane ola bilməz. Həqiqi və ədalətli məsuliyyət boş ritorika deyil, anlayışlı hərəkətlər tələb edir”, - deyə Azərbaycan parlamentinin təmsilçisi vurğulayıb.

Mübariz ABDULLAYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Aprel 2025 08:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see422

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see365

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see261

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see249

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see228

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see224

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see217

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see214

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see212

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see210

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see190

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see187

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see180

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see176

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see175

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see173

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see172

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see170

Ən çox istifadə edilən emoji açıqlandı

25 Avqust 2026 07:15see163

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri