“Kiminsə uşağı buradan keçsə, ölümlə belə nəticələnər” Video
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İntensiv yağışlardan sonra Xırdalan şəhəri Mehdi Hüseynzadə küçəsi 26 ünvanında kanalizasiya xəttinin daşması nəticəsində binanın zirzəmisi və ətraf ərazi çirkab sularının içində qalıb.
“Qafqazinfo” xəbər verir ki, mövcud vəziyyətlə əlaqədar binanın liftləri də işləmir.
Sakinlər bildirirlər ki, aidiyyəti qurumlar problemin həlli üçün tədbir görmür.
“Həm yayda, həm də qışda kanalizasiya sistemində problem olur. Nə uşaqları məktəbə apara bilirik, nə işə getmək olur, nə də maşınlar hərəkət edə bilir. Həyat iflic vəziyyətdədir. Təsadüfən kiminsə uşağı nəzarətsiz qalıb burdan keçəsi olsa, ölümlə belə nəticələnə biləcək”, – deyə şikayətçi qeyd edib.
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, bir neçə gün əvvəl hava şəraitinin aramsız yağışlı keçməsi nəticəsində Abşeron rayonunun Xırdalan şəhərinin, o cümlədən kənd və qəsəbələrinin bəzi ərazilərində subasma halları müşahidə edilib. Ötən müddət ərzində bir çox yerlərdə yığılan su kütləsi təmizlənsə də, bəzi ərazilərdə yağışın fəsadlarının aradan qaldırılması işləri davam etdirilməkdədir.
Daha ətraflı “Baku TV”nin süjetində:
Baxış sayı:138
Bu xəbər 03 Aprel 2026 19:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















