Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Kimlər meşə resurslarından istifadə edə bilər?

Kimlər meşə resurslarından istifadə edə bilər?

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

"Təbii sərvətlərdən biri olan meşələr ekosistemlərin mühüm tərkib hissəsidir və həmçinin, insanların həyatında mühüm rol oynayır. Meşələr təkcə oksigen istehsal etməklə qalmır, eyni zamanda su dövranının tənzimlənməsində, torpağın qorunmasında və iqlim dəyişikliklərinə qarşı mübarizədə vacib funksiyalar yerinə yetirir. Bu təbii sərvətlərdən istifadə etmək, cəmiyyətin iqtisadi və sosial inkişafı üçün əhəmiyyətlidir. Lakin, meşələrdən faydalanma hüququ yalnız müəyyən qaydalar və normativlər çərçivəsində mümkündür. Fiziki şəxslərin meşələrdən istifadəsi də bu qaydalara tabe olaraq həyata keçirilir"

 Bu sözləri Moderator.az-a açıqlamasında hüquqşünas Yunis Xəlilov bildirib. 

"Azərbaycan Respublikası Meşə Məcəlləsinin 1-ci maddəsinə əsasən meşə dedikdə, bioloji cəhətdən qarşılıqlı əlaqəli və öz inkişafında bir-birinə təsir göstərən, torpağın, suyun, ağac, kol və ot bitkilərinin, heyvanların, mikroorqanizmlərin və ətraf mühitin digər tərkib hissələrinin vəhdəti başa düşülür. “Meşə fondu sahələri” isə meşə sahələri, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaq sahələrini ehtiva edir.

Həmin məcəllənin 53-cü maddəsimə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hallar nəzərdə tutulmadıqda, fiziki şəxslər haqqı ödənilmədən meşələrdə olmaq, şəxsi istifadələri üçün yabanı meyvə, giləmeyvə, göbələk, gərzəklilər və digər meşə sərvətləri, dərman bitkiləri, texniki xammal yığmaq, mədəni-sağlamlaşdırma, turizm və idman tədbirlərində iştirak etmək hüququna malikdirlər.

Azərbaycan Respublikasının Qırmızı kitabına düşmüş bitki və göbələk növlərinin, habelə təbii narkotik tərkibli bitki və digər xammalın yığılması, tədarükü qadağandır.

Fiziki şəxslər meşədə yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə, ağacların və kolların zədələnməsinə, sındırılmasına, kəsilməsinə, meşə əkinlərinin korlanmasına, meşələrin zibillənməsinə, qarışqa və quş yuvalarının dağılmasına yol verməməyə, habelə Azərbaycan Respublikası qanunvericiliyinin digər tələblərinə riayət etməyə borcludurlar.

Fiziki şəxslərin ov etmək məqsədilə meşələrdə olması bu Məcəllə və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.

Fiziki şəxslərin meşədə olması və meşə sərvətləri yığması Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yanğın təhlükəsizliyi, meşə toxumçuluğu, yabanı meyvə və digər meşə sərvətləri tədarükü ilə əlaqədar olaraq qoruq meşələrində milli parklarda və xüsusi mühafizə edilən ərazilərdə isə onlar üçün müəyyən edilmiş xüsusi qaydaya müvafiq olaraq məhdudlaşdırıla və qadağan edilə bilər.

Sözügedən məcəllənin 78-ci maddəsində təsbit olunur ki, meşələrin istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində mübahisələr məhkəmə qaydasında həll edilir.

Meşələrdən istifadə qaydalarının pozulması ciddi hüquqi və ekoloji nəticələrə səbəb ola bilər. Belə pozuntular, yalnız təbiətə zərər verməklə qalmır, həm də qanunvericiliyə uyğun olaraq müvafiq məsuliyyətə səbəb olur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsinə görə meşə fondu sahələrində özbaşına ot biçilməsinə və ya mal-qara otarılmasına və ya yabanı meyvə, qoz-fındıq, göbələk, giləmeyvə və sair yığılması qadağan edilən və ya buna ancaq meşə biletləri üzrə yol verilən sahələrdə onların özbaşına yığılmasına görə fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min beş yüz manatadək məbləğdə cərimə edilir.

Məcəllənimn 261-ci maddəsində isə deyilir ki, meşə üçün faydalı faunanın məhv edilməsinə görə fiziki şəxslər iki yüz əlli manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan yeddi min beş yüz manatadək məbləğdə cərimə edilir.

Dünya təcrübəsinə nəzər salsaq, görərik ki, bir sıra ölkələrdə meşə resurslarının idarə edilməsi və qorunması ilə bağlı ciddi tədbirlər həyata keçirir. Məsələn, Finlandiyameşəçilik sahəsində qabaqcıl ölkələrdən biridir. Maraqlıdır ki, bu ölkədə meşə mülkiyyətinin əksəriyyəti özəl şəxslərə məxsusdur, amma dövlətin sərt qaydaları və meşəçiliklə bağlı qanunvericiliyi sayəsində meşələr səmərəli şəkildə idarə edilir və qorunur. Kosta-Rika ölkəsinin də təcrübəsi maraqlıdır. Ölkədə 1980-ci illərdən etibarən meşə mühafizəsi üçün qeyri-adi təşəbbüslər həyata keçirmişdir. O cümlədən, meşələrin qorunması və bərpası üçün maliyyə stimullarını tətbiq etmişdir. Hökumət yerli fermerlərə və əhali qruplarına meşə ərazilərinin qorunması və bərpası üçün maliyyə dəstəyi verməklə yanaşı, bu fəaliyyətlərin ekosistemin və cəmiyyətin rifahına necə töhfə verdiyini nümayiş etdirmişdir. Nəticədə, Kosta-Rika meşələrin qorunması sahəsində dünyada müsbət nümunə halına gəlmişdir.

Bu cür təcrübələr həm hüquqi tənzimləmə, həm də yerli icmaların fəal iştirakı ilə meşə resurslarının davamlı istifadəsinin mümkün olduğunu göstərir. Bu növ nümunələrdigər ölkələrə də meşə resurslarının qorunması və düzgün istifadə edilməsinin əhəmiyyətini nümayiş etdirir.

Beləliklə, meşələrin qorunması və resurslardan düzgün istifadə edilməsi üçün cəmiyyətin hər bir üzvü məsuliyyət daşır. Qanunvericiliyə uyğun hərəkət edilməsi, ekosistemlərin dayanıqlı inkişafını təmin edəcək və gələcək nəsillərə təbii sərvətləri miras qoymağın yolunu açacaqdır. Yalnız bu yolla meşələrin uzunmüddətli qorunmasını və təbii balansın bərpasını təmin edə bilərik".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:341
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Mart 2025 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see456

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see425

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see302

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see299

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see293

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see250

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see235

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see233

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see226

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see226

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see213

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see212

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see210

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see208

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see207

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see206

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see192

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see184

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see179

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri