Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Kimlər ölkəni tərk etməzdən əvvəl hüquqi məsləhət almalıdır?

Kimlər ölkəni tərk etməzdən əvvəl hüquqi məsləhət almalıdır?

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Sosial şəbəkələr vasitəsilə yüksək məbləğ təklif edərək 18 yaşdan 38 yaşa qədər olan qadınları surroqat analığa cəlb edirlər. TikTok sosial platformasında canlı yayımlar açılaraq qadınlar bu prosesə dəvət edilir. Onlara yüksək məbləğdə ödəniş, bilet xərci, aylıq təminat kimi vədlər verilir. Həmçinin bu prosesin qanuni şəkildə aparıldığını və notariusda müqavilə bağlandığını bildirirlər. Bu kimi təkliflərlə razılaşmayanlar da, bunun təhlükəli və qorxulu olduğunu bildirənlər də var. Qarşı tərəf isə buna adi yanaşmağı və prosesin qanuni şəkildə həyata keçirildiyini vurğulayır.Surroqat analıq təklifi alan şəxslər bu prosesdə nələrə diqqət etməlidirlər, nədən ehtiyat etməlidirlər?

Bu barədə Bizimyol.info xəbər portalına danışan hüquqşünas Elnur Məmmədov bildirib ki, belə təklifin etibarlılığı araşdırılmalıdır: “Surroqat analıq tibbi prosedur olmaqla yanaşı, ailə, mülki və beynəlxalq xüsusi hüquq normalarını əhatə edən mürəkkəb hüquqi münasibətdir. Sosial şəbəkələr vasitəsilə xarici ölkələrdə, xüsusilə Gürcüstanda surroqat ana olmaq üçün yüksək məbləğlər vəd edilərək qadınların cəlb edilməsi hallarında hüquqi təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilməlidir.

İlk növbədə, belə təklif edən şirkətin və ya vasitəçinin rəsmi qeydiyyatı, fəaliyyət göstərmək səlahiyyəti və etibarlılığı araşdırılmalıdır. Sosial şəbəkələrdə verilən elanlar və şifahi vədlər hüquqi təminat yaratmır. Bütün öhdəliklər yazılı müqavilədə aydın şəkildə əks olunmalı, müqavilə imzalanmazdan əvvəl hüquqşünas tərəfindən təhlil edilməlidir”.

Hüquqşünas deyib: “Müqavilədə ödənişin məbləği və qaydası, tibbi xidmətlərin və dərman xərclərinin kim tərəfindən qarşılanacağı, hamiləlik dövründə yaşayış və sığorta təminatı, gözlənilməz tibbi ağırlaşmalar zamanı məsuliyyət, habelə doğuşdan sonra tərəflərin hüquq və vəzifələri dəqiq göstərilməlidir. Xüsusilə, ödənişlərin hansı hallarda dayandırıla biləcəyi və ya müqavilənin ləğvi zamanı tərəflərin məsuliyyəti diqqətlə öyrənilməlidir”.

Elnur Məmmədov vurğulayıb ki, surroqat analıq münasibətləri müxtəlif ölkələrdə fərqli hüquqi qaydalarla tənzimlənir: “Buna görə də prosesin həm xidmətin göstərildiyi ölkənin, həm də zərurət yarandıqda uşağın və valideynlərin hüquqi statusuna təsir edə biləcək digər ölkələrin qanunvericiliyinə uyğunluğu əvvəlcədən qiymətləndirilməlidir. Əks halda, valideynlik hüququnun rəsmiləşdirilməsi, uşağın qeydiyyatı, vətəndaşlıq və ölkədən çıxışı ilə bağlı hüquqi problemlər yarana bilər”.

Elnur Məmmədov əlavə edib: “Surroqat analıqla bağlı yüksək məbləğ vədləri hüquqi təhlükəsizliyin təmin olunduğu anlamına gəlmir. Belə təklif alan şəxslər hər hansı sənəd imzalamazdan və ya ölkəni tərk etməzdən əvvəl müstəqil hüquqi məsləhət almalı, müqavilənin bütün şərtlərini diqqətlə qiymətləndirməli və yalnız qanuni, şəffaf prosedurlar çərçivəsində qərar verməlidirlər”.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 15 İyul 2026 21:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see623

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see291

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see284

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see273

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see266

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see246

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see243

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see239

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see234

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see225

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see224

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see212

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see201

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see200

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see200

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see199

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see191

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see181

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see180

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri