Kimlər qan üçün donor ola bilməz? Həkimdən açıqlama
Icma.az, Lent az portalına istinadən məlumat yayır.
"Astma və ya hipertoniyadan əziyyət çəkən şəxslərin donor kimi qan verməsinə icazə verilməməlidir".
Lent.az-ın xəbərinə görə, bu barədə rusiyalı terapevt Anastasiya Timoşenko NEWS.ru-ya müsahibəsində danışıb.
Onun sözlərinə görə, həmçinin infeksion (yoluxucu) xəstəliklər, qaraciyər sirrozu və ürək qüsurları da əks-göstəriş hesab olunur.
"İnfeksion xəstəlikləri (insanın immunçatışmazlığı virusu (HIV), sifilis, virus hepatitləri, vərəm, bruselyoz, tif - qarın yatalağı və tulyaremiya) olan insanların qan verməsi qəti qadağandır. Bu qrupa, həmçinin bədxassəli şişlər, qan xəstəlikləri, psixi pozuntular, alkoqolizm və narkomaniya kimi somatik xəstəlikləri olan şəxslər də daxildir. Ürək və damar xəstəlikləri də qan vermək imkanını istisna edir. II-III mərhələli hipertoniya, ürəyin işemik xəstəliyi və ürək qüsurları açıq əks göstərişlərdir".
Timoşenko xəbərdarlıq edib ki, bronxial astma, qaraciyər sirrozu, eləcə də sidik yolları sistemi xəstəlikləri də mümkün donorları bu qrupdan kənarlaşdırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:184
Bu xəbər 20 İyun 2026 06:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















