Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Kimlər qrip peyvəndi vurdurmalıdır? İnfeksionistlə MÜSAHİBƏ

Kimlər qrip peyvəndi vurdurmalıdır? İnfeksionistlə MÜSAHİBƏ

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Payız-qış mövsümü tənəffüs yoluxucu xəstəliklərin artdığı dövrdür. Bu müddət ərzində qrip və kəskin respirator virus infeksiyalarına (KRVİ) yoluxmaq daha asandır, çünki insanlar daha çox qapalı yerlərdə vaxt keçirirlər.

Bu mövsümdə ən çox yayılan fəsil virusları hansılardır? Qrip peyvəndi ilə digər peyvəndlər eyni anda oluna bilərmi? Qrip peyvəndinin başqa respirator viruslara qarşı təsiri varmı?

Lent.az bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-infeksionist Təyyar Eyvazovun müsahibəsini təqdim edir.

- Təyyar müəllim, ilk öncə bilmək istərdik ki, payız-qış aylarında ən çox yayılan mövsümi viruslar hansılardır?

- Payız–qış aylarında ən çox yayılan fəsli viruslar kəskin respirator virus infeksiyaları (KRVİ) qrupuna aiddir. Bu virusların 200-dən çox tipləri və yarımtipləri mövcuddur. Bunlar arasında daha çox qrip virusudur (A və B tipləri) ki, onun yayılması fəsli epidemiyaların əsas səbəbləriidir.
Qrip adətən adi "soyuqdəymə" ilə müqayisədə daha təsiredici gedişi ilə fərqlənir. Rinoviruslar adi "soyuqdəymə"nin ən çox rast gələn səbəbidir. Adenoviruslar nəinki tənəffüs yollarını, həmçinin gözlərin konyunktivasını və limfoid toxumanı zədələyə bilir.
Paraqrip virusu çox vaxt qırtlağı zədələyir və kiçik yaşlı uşaqlar üçün həyati təhlükə törədə bilər. Respirator-sinsitial virus (RS-virus) həm yuxarı, həm də aşağı tənəffüs yollarını zədələyə bilər ki, kiçik yaşlı uşaqlar və yaşlı (ahıl) şəxslər üçün təhlükəlidir.
Bu virusların əksəriyyəti soyuq aylarda aktivliyinin pikini nümayiş etdirir. Lakin bunlardan bəziləri (məsələn, adenoviruslar, rinoviruslar) bütün il ərzində mühitdə dövr edə bilərlər. Onların aktivliyi payız və qış aylarında artır.

- Mövsümi viruslara yoluxmuş bir insan nə qədər müddət yoluxucu sayılır?

- Qrip daxil olmaqla KRVİ zamanı yoluxuculuq dövrünün uzunluğu virusun növündən və insanın immun sisteminin vəziyyətindən çox asılıdır. Lakin ümumi qanunauyğunluqlar da var. Belə ki, yoluxuculuq dövrü əksər viruslarda ilk simptomlar meydana çıxmamışdan 1-2 gün əvvəl başlayır. Yəni, insan hələ özünü pis hiss etməmişdən əvvəl virusu ətraf mühitə ifraz edir. Yoluxuculuğun piki xəstəliyin ilk 3-5-ci günləri olur. Bu dövrdə tənəffüs yollarında virusun konsentrasiyası və bununla bağlı ətrafdakıların yoluxma riski ən yüksək olur. Xəstəliyin 5-7-ci günündə adətən yoluxuculuq dövrü bitir.
Bununla yanaşı, qeyd etmək olar ki, qrip zamanı ilk əlamətlər meydana gəldikdən sonra 7 günədək yoluxdurucudur. Bu müddət uşaqlarda və immuniteti zəif olan şəxslərdə daha uzundur.
Rinovirus infeksiyası zamanı (adi "soyuqdəymə") yoluxuculuq ilk simptomlar meydana çıxmazdan 2-3 gün əvvəl başlayır və adətən 10 günədək və ya xəstəliyin bütün əlamətləri keçib gedənədək davam edir. Adenovirus infeksiyası zamanı insan daha uzun müddətdə-bəzən 2-4 həftə müddətində yoluxdurucu ola bilər, nadir hallarda, immundefisit zamanı hətta bir neçə ayadək yoluxduruculuq davam edə bilər. Belə ki, virus ətraf mühitdə daha davamlıdır və əsas simptomlar keçib getdikdən sonra da ətraf mühitə ifraz oluna bilər.
Əsas qanunauyğunluq ondan ibarətdir ki, xəstə insan xəstəliyin ilk günlərində ətrafdakılar üçün daha çox təhlükəlidir və kəskin simptomlar keçib gedənədək özünü digər şəxslərdən izolyasiya etməlidir.

- Təyyar müəllim, Səhiyyə Nazirliyi tərəfindən gətirilən peyvəndləri hər kəs vurdura bilərmi?

- Səhiyyə Nazirliyi tərəfindən ölkəyə gətirilmiş qrip əleyhinə peyvəndi hər bir şəxs vurdura bilər (əks göstəriş - yalnız peyvənd inqridiyentlərinə qarşı ağır, həyatı təhlükəli allergik reaksiya olduqda). Qripə qarşı vaksinasiya birinci növbədə yüksək risk qrupuna daxil olan (o şəxslərdə ki, qrip zamanı ağır fəsadlar inkişaf edə bilər) və həmçinin kütləvi yoluxma mənbəyi ola biləcək şəxslərə olunmalıdırlar.
Vaksinasiyanın prioritet qruplarına ağır gedişin və fəsadlaşmanın yüksək riski olanlar, 6 aylıq yaş dövründən başlayan uşaqlar, yaşlı (60-65 yaşdan yuxarı) insanlar, yaşdan asılı olmayaraq ağır xroniki xəstəliyi olan şəxslər, ağciyər xəstəlikləri (ağciyərlərin xronik obstruktiv xəstəliyi); ürək-damar sistemi xəstəlikləri, endokrin xəstəliklər (məsələn, şəkərli diabet), metabolik pozuntular və piylənmə, böyrək xəstəlikləri, immunodefisit vəziyyətlər, həmçinin hamilə qadınlar (vaksinasiya 2-ci və 3-cü trimestrdə tövsiyə olunur) aiddirlər.
Eyni zamanda, yüksək yoluxma və infeksiyanı yaymaq riski olan qruplar tibb, təhsil müəssisələri (müəllimlər və tərbiyəçilər), nəqliyyat, ticarət, kommunal, sosial sahələrinin işçiləri, məktəblilər və tələbələrdir.

- Kimlər ilk növbədə qrip peyvəndi olunmalıdır?

- Ümumilikdə, qrip peyvəndi 6 aylıq yaşdan başlayaraq əks göstərişi olmayan bütün şəxslərə tövsiyədir, lakin vaksin sayı məhdud olduqda və ya təcili müdafiə zərurəti zamanı birinci növbədə risk qrupuna daxil olan şəxslər peyvənd olunmalıdır. Əgər artıq özünüzdə qripin əlamətlərini hiss etmisinizsə, məsələn, burun axması, boğaz ağrısı, yüksək hərarət və ya əzələ ağrıları varsa, bu halda peyvənd vurdurmaq məsləhət görülmür. Çünki peyvənd xəstəliyin qarşısını almaq üçündür, artıq yoluxma baş verdikdə peyvənd xəstəliyi sağaltmır və bədən lazımi immun cavabı verməyə bilər. Yaşlı şəxslər, xroniki xəstəliyi olanlar (astma, şəkərli diabet, ürək-damar, böyrək və ağciyər xəstəlikləri kimi), hamilə qadınlar, səhiyyə işçiləri, uşaqlarla və immun sistemi zəif olanlarla sıx təmasda olan insanlar peyvənddən daha çox fayda görür.

Bəzi hallarda peyvəndə müvəqqəti və ya daimi əks göstərişlər ola bilər. Belə ki, orta və ya ağır dərəcədə xəstəlik olduğu təqdirdə, məsələn, yüksək hərarət və ya kəskin respirator infeksiya müşahidə edilirsə, peyvənd xəstəlik tam sağalandan sonra vurulmalıdır. Əvvəlki peyvəndə qarşı ciddi allergik reaksiya (anafilaksiya) olmuş şəxslərə də peyvənd vurulmur. Yumurta allergiyası olanlarda bəzi vaksin növlərinə xüsusi diqqət lazımdır, amma bir çox yeni vaksinlər yumurtasız hazırlanır və bu halda həkimlə məsləhətləşmək vacibdir. Altı aydan kiçik körpələrə qrip peyvəndi vurulmur. İmmunitet sistemi zəif olan şəxslərə isə bəzi canlı vaksin növləri uyğun olmaya bilər.

Qrip mövsümündən əvvəl, payız aylarında peyvənd olunmaq məqsədəuyğundur. Peyvənddən sonra immunitetin yaranması təxminən iki həftə çəkir. Buna görə də, xəstəliyə yoluxmadan öncə vaxtında peyvənd olunmaq vacibdir.

- Peyvənddən sonra immunitet nə qədər müddət qalır?

- Qrip peyvəndindən sonra immunitet 6-12 ay saxlanılır. Yadda saxlamaq lazımdır ki, qrip virusu çox dəyişkəndir, mutasiya edir. Buna görə də, vaksinlər növbəti epidemik fəsildə yayıla biləcək ştamlar proqnozlaşdırılaraq hazırlanır.
Vaksinasiyadan sonra qripdən müdafiə dərhal yaranmır. Belə ki, qoruyucu anticisimlərin immun sistem tərəfindən hazırlanması üçün müəyyən vaxt tələb olunur. Adətən qoruyucu anticisimlər 8-12-ci gündən sonra formalaşmağa və peyvənd olunduqdan sonra 2-3 həftə müddətində onların səviyyəsi tam qoruyucu həddə olur.

Virusun dəyişkən olması və qoruyucu əks cisimciklərin səviyyəsinin vaxt keçdikcə tədricən azalması səbəbindən hər il peyvəndlənmə zəruridir və hər yeni epidemik fəsildə qripin aktual olan ştamlarından qoruya bilər. Buna görə də qripə qarşı peyvəndi payızda (sentyabr-noyabrda) etmək tövsiyə olunur ki, xəstəliyin piki (adətən qışda) baş verənədək qoruyucu immunitet formalaşa bilsin.

- Qrip peyvəndi ilə digər peyvəndlər eyni anda oluna bilərmi?

- Bəli, mümkündür. Qrip vaksinini əksər digər peyvəndlərlə həm uşaqlar, həm də böyüklər üçün eyni vaxtda etməyə icazə verilib. Yadda saxlamaq lazımdır ki, hər iki vaksin müxtəlif fərqli nahiyələrə (məsələn, müxtəlif qollara) ayrı-ayrı şprislərdə yeridilməlidir.

Peyvəndlərin eyni vaxtda yeridilməsi bir qayda olaraq hər bir vaksinin effektivliyini aşağı salmır və yan təsirlərin peyvəndin ayrı-ayrılıqda vurulması ilə müqayisədə inkişaf riskini artırmır. Vərəmə qarşı olan BSJ vaksini yeganə vaksindir ki, ənənəvi olaraq onu qripə qarşı vaksinlə eyni vaxtda etmək tövsiyə olunmur. Eyni vaxtda aparılan peyvəndləmə çox əlverişlidir, belə ki, bir neçə infeksiyadan qorunmanı tez bir zamanda yaratmağa imkan verir və bu risk qrupundan olan insanlar üçün çox vacibdir.

- Qripi peyvəndi başqa respirator viruslara qarşı təsiri varmı?

- Yox, birbaşa qorumur. Qripə qarşı vaksin məxsusən qrip infeksiyasına (qrip A və qrip B) qarşı spesifik immunitetin formalaşması üçün hazırlanır, hər növbəti epidemik fəsildə mühitdə dövr edəcək ştamlar proqnozlaşdırılaraq vaksinin tərkibi müəyyən edilir. Qrip peyvəndi digər KRVİ-dan (rinovirus, adenovirus, respirator-sinsitial virus, paraqrip və s.) qorumur. Buna baxmayaraq, dolayı effekt də mövcuddur. Bəzi tədqiqatlar göstərir ki, qripə qarşı vaksinasiya immun sistemi aktivləşdirərək, ümumilikdə immuniteti gücləndirir. Bu effektin hesabına peyvənd olunmuş şəxslər ümumilikdə daha az xəstələnirlər və ya digər KRVİ-nı yüngül keçirirlər.

Vaksinasiyanın əsas məqsədi qripin qarşısının alınmasıdır. Belə ki, məhz qrip ən çox təhlükəli respirator xəstəlikdir, daha çox halda ağır fəsadlara, bəzən isə hospitalizasiyaya gətirib çıxarır. Əgər insan peyvəndin hesabına qripdən qorunubsa, onun orqanizmi digər, daha az təhlükəli KRVİ ilə daha yaxşı mübarizə etməyə hazır olur

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:346
embedMənbə:https://lent.az
archiveBu xəbər 24 Oktyabr 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see603

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see341

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see286

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see275

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see273

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see266

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see258

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see250

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see243

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see239

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see224

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see220

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see219

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see215

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see212

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see210

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see197

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see193

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see187

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri