Icma.az
close
up
RU
Kimlər qrip peyvəndi vurdurmamalıdır? Mütəxəsisdən AÇIQLAMA

Kimlər qrip peyvəndi vurdurmamalıdır? Mütəxəsisdən AÇIQLAMA

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Əgər artıq özünüzdə qrip əlamətlərini hiss etmisinizsə (məsələn, burun axması, boğaz ağrısı, temperatur və ya əzələ ağrıları), bu halda peyvənd vurdurmaq məsləhət görülmür. Çünki peyvənd xəstəliyin qarşısını almaq üçündür, artıq yoluxma baş verdikdə peyvənd xəstəliyi sağaltmır və bədən lazımi immun cavabı verməyə bilər”.

Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev açıqladı.

Onun sözlərinə görə, qrip peyvəndi 6 aydan yuxarı olan sağlam insanlar üçün ümumiyyətlə tövsiyə olunur:

“Xüsusilə yaşlı şəxslər, xroniki xəstəliyi olanlar (astma, şəkərli diabet, ürək-damar, böyrək və ağciyər xəstəlikləri kimi), hamilə qadınlar, səhiyyə işçiləri, uşaqlarla və immun sistemi zəif olanlarla sıx təmasda olan insanlar peyvənddən daha çox fayda görür. Bəzi hallarda peyvəndə müvəqqəti və ya daimi əks göstərişlər ola bilər. Əgər hal-hazırda orta və ya ağır dərəcədə xəstəlik varsa, məsələn, yüksək hərarət və ya kəskin respirator infeksiya müşahidə edilirsə, peyvənd xəstəlik tam sağalandan sonra vurulmalıdır. Əvvəlki peyvəndə qarşı ciddi allergik reaksiya (anafilaksiya) olmuş şəxslərə də peyvənd vurulmur. Yumurta allergiyası olanlarda bəzi vaksin növlərinə xüsusi diqqət lazımdır, amma bir çox yeni vaksinlər yumurtasız hazırlanır və bu halda həkimlə məsləhətləşmək vacibdir. Altı aydan kiçik körpələrə qrip peyvəndi vurulmur. İmmunitet sistemi zəif olan şəxslərə isə bəzi canlı vaksin növləri uyğun olmaya bilər”.

Həkim qeyd etdi ki, qrip mövsümündən əvvəl, payız aylarında peyvənd olunmaq ən məqsədəuyğundur:

“Peyvənddən sonra immunitetin yaranması təxminən iki həftə çəkir. Buna görə də xəstəliyə yoluxmadan öncə vaxtında peyvənd olunmaq vacibdir”.

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 Oktyabr 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see506

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see357

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see297

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see293

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see281

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see263

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see240

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see234

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see229

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see222

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see219

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see217

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see213

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see212

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see208

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see197

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see188

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see180

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri