Icma.az
close
up
RU
Kimsə düymələrə basıb ki, “vurun”: Pərdəşünas

Kimsə düymələrə basıb ki, “vurun”: Pərdəşünas

Icma.az, Gununsesi saytına istinadən bildirir.

COP29-a sayılı günlər qalıb. COP29 öncəsi bir neçə Qərb mediasında Azərbaycana qarşı inanılmaz basqı var. Hətta, deyərdim ki, Azərbaycan heç vaxt bu qədər ağır informasiya müharibəsinin içində olmayıb (ən son müharibə dövründə idi).

Gununsesi.info Bakupost.az-a istinadən xəbər verir ki, bunu texnobloger Fərid Pərdəşünas bildirib.

O, qeyd edib ki, Bakıda keçiriləcək tədbir bəlkə də yeganə COP-dur ki, bəzi medialar mövzudan çox keçirən ölkəni danışır:

“Sanki Azərbaycan böyük bir daş olub, düşüb başlarına. Nüfuzlu mediaları oxuyursan, görürsən ki, iqlimdən yazır, Azərbaycanda neftdən yazır, sonunu da gətirir bağlayır Qarabağa ki, guya Azərbaycan etnik təmizləmə edib, insanları didərgin salıb.

Elə bil, kimsə bütün düymələrə basıb ki, “vurun”. Təkcə Amerikadakı erməni təşkilatı ANCA-nın X hesabında Azərbaycana qarşı yazılan onlarla məqalənin “reshare” olunduğu görünür. Əslində açıq-aydın bəllidir ki, sifariş və dəstək haradan gəlir.

Bunun qarşılığında Azərbaycanla bağlı pozitiv notlarda paylaşım edən medialara qarşı linçləmə var. Ən son Azərbaycanda günəş panelləri haqqında paylaşım edən “Nas Daily” çox ağır şəkildə hücuma məruz qaldı.

Biz qələbə qazanmışıq və cəmiyyətdə hiss edilir ki, qalib tərəf olaraq artıq heç nə vecimizə deyil, bizi maraqlandırmır. Amma informasiya müharibəsi çox böyük arealda davam edir və dayanmır. COP29 bir bəhanədir. Bu diqqətdən istifadə edib, hər tərəf öz marağını güdür.

Bildiyim bir şey var ki, bizim böyük düşmən qonşumuz ermənilər yox, məhz Amerikada, Avropada məskunlaşmış ermənilər olub. Onlar daha güclü, geniş əlaqəli və dəqiq olublar. Ola bilər, biz qonşumuzdakı ermənilərlə sülhə nail olaq, amma təşkilatlanmış, Ermənistan vətəndaşı olmayan xaricdəki ermənilər hər fürsətdə bax bu formada bizi vurmağa çalışacaqlar.

Ümid edirəm, Azərbaycan bu ağır tədbiri uğurla təşkil edib, üzüağ çıxacaq. Buna qətiyyən şübhəm yoxdur. Ən yaxşı cavabı da vermiş olacaq”.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 09 Noyabr 2024 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see295

Türk məşhurlara qarşı əməliyyat: Onlar həbs edildi

19 Sentyabr 2026 17:26see286

Antiterror əməliyyatının ən mühüm cəhətlərindən biri mülki əhaliyə və sosial infrastruktura zərər verilməməsi oldu RƏY

19 Sentyabr 2026 17:12see269

Əbədi yaşamaq mümkündürmü? Fizikdən inanılmaz

19 Sentyabr 2026 22:17see263

Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək

19 Sentyabr 2026 17:07see255

Əsrin müqaviləsi nin 32 yaşı oldu

20 Sentyabr 2026 01:07see248

ABŞ da dizel yanacağının orta qiyməti rekord həddə çatıb

20 Sentyabr 2026 05:19see242

Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz

20 Sentyabr 2026 01:01see239

Ararat Mirzoyan “Biz hələ indi dövlət olmağa başlayırıq”

20 Sentyabr 2026 03:31see232

Azərbaycan xristianlığının qədim mərkəzi Gəncəsər monastırı

20 Sentyabr 2026 04:50see231

Rusiya qaçılmaz çöküşə doğru gedir...

19 Sentyabr 2026 18:06see226

Hülya Avşar “Kanlı Nigar”la səhnəyə qayıdır

20 Sentyabr 2026 01:14see225

Husilər dən Səudiyyə Ərəbistanına dron yağışı ..

20 Sentyabr 2026 05:15see220

Bir həftədə Moskvaya 2 mindən çox PUA ilə hücum cəhdi edilib

20 Sentyabr 2026 06:17see218

Özümü dəfn edib, yaşamağı bacaran adamam

20 Sentyabr 2026 12:26see218

Məşhur reper Bakıya gəlir

20 Sentyabr 2026 01:55see214

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

20 Sentyabr 2026 16:21see214

Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı Video

20 Sentyabr 2026 14:09see212

24 saatda “müalicə olunan” 35 illik xəstəlik 20 sentyabr ZƏFƏRİNİN ANATOMİYASI

19 Sentyabr 2026 17:03see203

Olqa Buzova əməliyyatdan qalan izlərini gizlətdiyini açıqladı

20 Sentyabr 2026 05:14see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri