Icma.az
close
up
RU
Kimyəvi maddələrə uzunmüddətli məruz qalma böyrək xəstəliklərinə yol aça bilər TƏDQİQAT AZƏRTAC

Kimyəvi maddələrə uzunmüddətli məruz qalma böyrək xəstəliklərinə yol aça bilər TƏDQİQAT AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 19 noyabr, AZƏRTAC

Yeni bir araşdırma göstərib ki, müəyyən kimyəvi maddələrə - perfluoroalkil və polifluoroalkil maddələrə (PFAS) davamlı məruz qalma yetkin insanlarda bağırsaq mikrobiomunun balansını pozaraq böyrək funksiyasının zəifləməsinə səbəb ola bilər. PFAS tez-tez gündəlik istifadə olunan məhsullarda — mebel, qida qablaşdırması və qab-qacaqda rast gəlinən, “əbədi kimyəvi maddələr” adlandırılan böyük bir sintetik kimyəvi maddələr qrupudur. Onlar həm ətraf mühitdə, həm də insan orqanizmində uzun müddət qaldıqları üçün bu cür adlandırılır.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, tədqiqatın aparıcı müəlliflərindən biri, Keck Tibb Məktəbinin tədqiqatçısı Dr. Hailey Hampson bu barədə məlumat verib: “Demək olar ki, hər kəsin qanında PFAS var və bu maddələr müxtəlif sağlamlıq problemləri ilə əlaqələndirilir. Lakin bədəndə PFAS səviyyəsini azaltmaq üçün effektiv üsullarımız yoxdur”.

Araşdırmada 17-22 yaşarası, xroniki böyrək xəstəliyinə tutulma riski yüksək olan 78 nəfər iştirak edib. İştirakçılardan qan və müəyyən nümunələr toplanaraq PFAS səviyyələri, bağırsaq mikrobiomunun vəziyyəti və metabolitlərin dəyişiklikləri təhlil olunub. Dörd il sonra iştirakçıların böyrək funksiyası qiymətləndirilib. Nəticələr göstərib ki, PFAS-a yüksək səviyyədə məruz qalan şəxslərdə böyrək funksiyası müəyyən dərəcədə zəifləyib. Bu təsir antiinflamatuar metabolitlərin azalması və iltihablı metabolitlərin artması ilə izah edilir. PFAS-a məruz qalma artıq qaraciyər zədələnməsi, tiroid xəstəlikləri, piylənmə və xərçəng kimi sağlamlıq riskləri ilə əlaqələndirilib. Lakin bu yeni araşdırma bağırsaq mikrobiomu, PFAS və böyrək xəstəlikləri arasındakı əlaqəni ilk dəfə birlikdə nəzərdən keçirib.

Araşdırmanın nəticələri “Science of the Total Environment” jurnalında dərc edilib. Tədqiqatın baş müəllifi Dr. Jesse Goodrich bu tapıntıların siyasətçilər üçün ictimaiyyəti PFAS-a məruz qalmaqdan qorumağa yönəlmiş tədbirlər hazırlamağa kömək edəcəyini vurğulayıb. Nəticədə, PFAS-in sağlamlığa mənfi təsirlərini azaltmaq və məruz qalmanın qarşısını almaq üçün qlobal səviyyədə tədqiqatlar və siyasətlər vacibdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2024 08:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see631

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see266

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see240

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see218

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see215

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see213

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see202

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see193

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see189

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see178

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see171

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see170

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see170

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see158

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see156

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see153

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see152

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see147

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri