Icma.az
close
up
RU
Plastik məhsulların tərkibindəki kimyəvi maddələr ürək xəstəlikləri zamanı ölüm riskini artırır TƏDQİQAT

Plastik məhsulların tərkibindəki kimyəvi maddələr ürək xəstəlikləri zamanı ölüm riskini artırır TƏDQİQAT

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 2 may, AZƏRTAC

Plastik məhsulların tərkibində geniş şəkildə istifadə edilən kimyəvi maddələrdən biri olan ftalatların ürək xəstəliklərindən ölüm riskini artırdığı müəyyən edilib.

AZƏRTAC “Science Daily” saytına istinadla xəbər verir ki “NYU Langone Health”in rəhbərlik etdiyi yeni beynəlxalq tədqiqatın nəticələrinə görə, dietilheksil ftalat (DEHP) adlanan maddəyə məruz qalma yalnız 2018-ci ildə dünyada 356 mindən çox ölüm halı ilə əlaqələndirilə bilər. Bu ölümlər əsasən 55–64 yaş arası kişi və qadınlar arasında qeydə alınıb.

Araşdırmanın nəticələri aprelin 29-da “The Lancet eBiomedicine” jurnalında dərc olunub. Tədqiqatçılar DEHP-yə məruz qalmanın ürək-damar sistemində xroniki iltihaba səbəb ola biləcəyini və bu prosesin infarkt və insult riskini artırdığını bildirirlər. Ən çox ölüm Hindistan, Çin və İndoneziya kimi ölkələrdə qeydə alınıb. Təkcə Hindistanda 103 587 ölümün bu kimyəvi maddə ilə əlaqəli olduğu ehtimal edilir.

Ftalatlar – xüsusilə də DEHP – plastik məhsulları elastik və davamlı etmək üçün istifadə olunur. Bu maddələr qida qablaşdırmalarında, tibbi avadanlıqlarda, kosmetik vasitələrdə və digər gündəlik tələbat mallarında mövcuddur. Ftalatlar orqanizmdə mikroskopik hissəciklər formasında yığılaraq metabolik və hormonal pozuntulara, eləcə də ürək-damar xəstəliklərinə yol aça bilər. Əvvəlki tədqiqatlar bu maddələri piylənmə, diabet, sonsuzluq və hətta bəzi xərçəng növləri ilə əlaqələndirib. Tədqiqatçılar ftalatlarla əlaqəli ölüm hallarının qlobal ürək-damar ölüm hallarının təqribən 13 faizini təşkil etdiyini qeyd ediblər. Bu hallar təkcə sağlamlıq üçün deyil, həm də iqtisadi baxımdan ciddi nəticələr doğurur: tədqiqatda ftalatlarla əlaqəli ölümlərin qlobal iqtisadi yükünün 510 milyard ABŞ dollarından 3,74 trilyon dollara qədər ola biləcəyi təxmin edilib.

“NYU Grossman” Tibb Məktəbinin professoru Leonardo Trasande bildirib ki, sənayeləşmənin sürətlə artdığı və plastik istifadəsinin geniş yayıldığı bölgələrdə ftalatlara qarşı daha sərt qlobal tənzimləmələrə ehtiyac var: “Dünyanın bəzi bölgələri ftalatlardan yaranan ürək-damar riskinin yükünü digər bölgələrdən daha çox daşıyır. Bu, qlobal miqyasda toksik kimyəvi maddələrin istifadəsinin tənzimlənməsinə dair təcili tədbirləri zəruri edir”.

Tədqiqat qrupu 200 ölkə və ərazidə aparılmış əhali sorğularının məlumatlarını analiz edib. DEHP təsirini qiymətləndirmək üçün sidik nümunələri vasitəsilə bu maddənin parçalanma məhsullarına baxılıb. Ölüm məlumatları isə Sağlamlıq Metrikləri və Qiymətləndirmə İnstitutunun qlobal bazasından götürülüb. Növbəti mərhələdə tədqiqatçılar ftalatlara məruz qalmanın azaldılmasının ölüm göstəricilərinə uzunmüddətli təsirlərini izləməyi və erkən doğuş kimi digər sağlamlıq nəticələrini də öyrənməyi planlaşdırırlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 May 2025 04:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see189

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see183

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see147

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see146

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see144

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see130

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see125

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri