Icma.az
close
up
RU
Kino sahəsində lider olmağa iddialıyıq

Kino sahəsində lider olmağa iddialıyıq

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Müsahibimiz ssenarist, prodüser, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarovdur.

- Əli İsa bəy, hazırda İttifaq nə kimi işlər görür və bu işlərin cəmiyyətə hansı təsirləri ola bilər?

- Azərbaycan Kinematoqrafçılar İttifaqının ənənəvi fəaliyyət sahələri var. Birincisi, kinolarımızın təbliği və nümayişidir. Bu məqsədlə bölgələrdə və Bakıda filmlərin nümayişlərini keçiririk. Baxışımız belədir ki, zövqlü tamaşaçıların sayının çoxalması kinomuza dəstəkdir. Bununla yanaşı, təhsil layihələrimiz olur, dərsliklər nəşr edirik, intensiv ssenari kurslarımız olur, demək olar ki, bunlar daimi xarakter daşıyır. Əsas fəaliyyətlərimizdən biri də ssenari müsabiqəsi təşkil etməyimizdir. Hazırda "Mən qadınam" ssenari müsabiqəsi keçirilir, qaliblər Kino Günündə elan olunacaq. Niyə görə məhz "Mən qadınam"? Çünki müstəqillik illərində baş rolda qadın personaj olan ssenarilər son dərəcə az olub. İttifaq çalışır ki, Azərbaycan kinosuna kadr, ssenari hazırlığında köməklik göstərsin, bir də əldə olan uğurları təbliğ eləsin.

- Qalib ssenariləri ekranlaşdırdığınız olurmu?

-Yox, ekranlaşdırmaq məsuliyyətini öz üzərimizə götürə bilmərik. Buna vəsaitimiz yoxdur. Biz ssenari işinə baxırıq. Müsabiqənin qalibləri deyirlər ki, bu mövzu məndə ideya kimi var idi, amma müsabiqə sayəsində onu yazıb ssenari halına gətirə bildim. Bizim müsabiqələrdə iştirak edənlər artıq Mədəniyyət Nazirliyinin keçirdiyi müsabiqələrdə qalib olurdu. Çünki artıq bizdə ssenarisini inkişaf etdirmişdi. Olub ki, bizdə üçüncü yerə çıxan gedib başqa müsabiqələrdə birinci yerə çıxıb. Həmçinin, bizim təhsil layihələrində iştirak edən gənc kinematoqrafçılar sonradan istehsalata buraxılırlar. Məsələn, Hacı Səfərov Kino Agentliyinin post-prodakşn müsabiqəsində qalib oldu. Filminin istehsalına da biz dəstək olduq, onu kinotənqidçi kimi də dəstəkləyirik, təlimlərimizdə də iştirak edir, müqaviləli münasibətlə video məhsullarını sifariş veririk. Bundan əlavə, Nazirlər Kabinetinin 38 nömrəli qərarı var - qonorarların miqdarını tənzimləməklə bağlı. 1997-ci ildə qəbul olunub. O qaydalara görə, rejissor tammetrajlı film üçün indiki pulla 2500 manat qonorar almalı idi. O da real deyildi. Ona görə də istehsalatçılar 10-15 min manat məbləğində real qiymətlər verirdi. Yoxlama gələndə isə ittiham kimi səslənirdi ki, niyə çox verirsiniz, axı qərarda məbləğ bu qədər deyil. Amma bu bazarın tələbi idi. İttifaqın təşəbbüsü ilə sədrimiz Xalq artisti Rasim Balayev Baş nazir Əli Əsədovla görüşdü, Əli Əsədov da həmin problemlə maraqlanıb qərarı dəyişdirdi. Artıq istehsalatçılar yaradıcı heyətə - bəstəkara, ssenaristə, rejissora bazar qiymətinə uyğun qonorarlar verə biləcəklər. Bu, Rasim Balayevin nüfuzunun, əzminin nəticəsidir.

- "Azərbaycanfilm", ARKA, AKİ-bu qurumların fəaliyyətini bir-birindən nə ayırır? Ümumiyyətlə, Azərbaycanda kino ilə məşğul olan bir neçə qurum var, onların birgə fəaliyyətinə nə mane olur?

- Azərbaycan Kinematoqrafçılar İttifaqı azad ictimai təşkilatdır. 1963-cü ildən fəaliyyət göstərir. Azərbaycan Kino Agentliyi isə dövlət qurumudur, bunlar hüquqi cəhətdən birləşə bilməzlər. Əməkdaşlıq edirik, bir-birimizə dəstək oluruq. Amma rəsmi, ictimai, özəl qurumlar birləşə bilməzlər. Əməkdaşlıq etməlidirlər, bir-birlərinə dəstək olmalıdırlar. Xüsusilə, kino sahəsində fəaliyyət göstərən ictimai təşkilatlara. Mədəniyyət Nazirliyinə müraciətlərimiz olur, hamısına çatdırmasalar da, bir çox məsələdə dəstək verirlər. Hacı Səfərovun Kann festivalında iştirakı üçün maliyyə dəstəyinə görə müraciət etmişik, ümid edirik ki, müsbət cavab alacağıq. Hətta bayaq dediyim 38-ci maddənin ləğvi Mədəniyyət Nazirliyi və Kinematoqrafçılar İttifaqının birgə əzminin nəticəsi idi. Heç kim bunu təkbaşına edə bilməzdi, amma biz birləşəndə nəticə alırıq. Yəni müəyyən məsələlər var ki, onu ancaq ictimai təşkilatlar həll edir. Həmin təşkilatlar rəsmi qurumlarla Kinematoqrafçılar İttifaqı arasında əməkdaşlıq platformasıdır. Məmur kabinetdə oturur, rejissorların, aktyorların dərd-sərini eşitmir, İttifaq kimi ictimai təşkilatlar ona görə fəaliyyət göstərir ki, məmurla sənətkar arasında bağ yaratsınlar, əlaqə qursunlar. Məmurların sözlərini, arzularını yaradıcı insanlara, yaradıcı insanların da sözlərini məmurlara çatdırıb iş birliyi qursunlar.

- Kino cameəsində bir qrup insan kinomuzun böhran dövründə olduğunu, digər qrup isə inkişaf etdiyini söyləyir. Nə əsas verir ki, bu iki qrup ayrı düşüncələrə qapılırlar?

- Kinomuzun vəziyyətindən narazı olan insanlar yüksək sənət dəyərinə malik filmləri görmək istəyirlər. Sovet dövründə öyrəşdiyimiz güclü təsiri olan, emosional filmlər yoxdur. Amma bununla yanaşı, müstəqillik dövründə ciddi sənət əsərlərimiz olub. Məsələn, "Nabat" filmi emosional təsir gücü olan filmlərdəndir. 2024-cü ildə daha çox gəlir götürmək məqsədilə 20 tammetrajlı bədii film çəkildi. Vəziyyəti obyektiv göstərsək, Azərbaycanda film istehsalı var, düzdür, pandemiyaya qədərki həcmə gəlməyib, onda filmlərin sayı 30-a çatırdı. Amma sevindirici haldır ki, indi kommersiya filmlərinə aludəçilik azalıb. Məsələn, Valeh Əhmədov az büdcə ilə bir neçə romantik komediya filmi istehsal elədi və tamaşaçı uğuru da qazandı. Həmçinin, ənənəvi komediyalar çəkən Orxan Mərdan "Səma ilə görüş" adlı melodrama janrında, sosial mövzuda əsər yaratdı. İttifaqın "Ən yaxşı prodüser" nominasiyasının da qalibi oldu. Yəni kəmiyyət göstəriciləri var və artmalıdır. Təbii ki, sənət göstəriciləri də çoxalmalıdır. Mütəmadi festivallarda iştirak edən, maraq doğuran rejissorlarımız var: Elvin Adıgözəl, İlqar Nəcəf, Asif Rüstəmov, Teymur Hacıyev...

Tamaşaçılarımız rejissorlarımızın filmlərini görmürlər deyə biz həmin filmləri bir neçə dəfə nümayiş etdiririk. Onlar televziyaya gec yol tapır, televiziyalar film nümayişinə görə az qonorar verirlər deyə prodüserlər istəmirlər ki, filmləri orada göstərilsin. Ciddi filmlər isə prokatda az qalır. Bir-iki həftədən sonra gəlir gətirmədiklərinə görə yayımdan çıxardırlar. Ona görə bu filmləri tamaşaçılara göstəririk ki, məlumatlansınlar, kinomuzu tanısınlar. Kinomuz var, qaynayır, kəmiyyət artır, keyfiyyət isə kəmiyyətə nisbətən az artır. Bilirsiniz, gələcəkdə Ermənistanla sülh müqaviləsi bağlasaq da, aramızda hər zaman rəqabətli bir münasibət olacaq. Onlar müharibə mövzusunda uğurlu bir film çəkə bilərlər. Hərbidə məğlub oldular, amma kinoda qalib ola bilərlər. Ona görə biz bu işdə tələsirik, aidiyyəti strukturların daha keyfiyyətli iş görməsini istəyirik. Tənqidi yanaşan insanların tələbi də budur. Azərbaycan xalqı iddialı xalqdır. Öz Qafqaz regionunda iqtisadiyyat və siyasətdə lider olduğumuz kimi, kino sahəsində də lider olmağa iddialıyıq.

- "Salnamə" film studiyasının bağlanması barədə kəskin tənqidi fikir səsləndirildi. Bu barədə siz düşünürsünüz?

- Nəinki "Salnamə",  "Azərbaycanfilm" studiyası da öz ənənələrini saxlamalıdır və studiya maliyyələşməlidir. Oranın maliyyələşməməyinə Mədəniyyət Nazirliyinin aidiyyəti şöbələri belə aydınlıq gətirirlər ki, dövlət qurumu özünün təsis etdiyi strukturu birbaşa maliyyələşdirə bilməz. Birbaşa etmək olmursa, dolayısı yolla həll eləmək olar. İttifaqın mövqeyi belədir ki, "Azərbaycanfilm" studiyası mütləq maliyyələşməlidir. Çünki orda elə ənənələr var, onları başqa yerdə təsəvvür etmək olmur. Babək ordan çıxa bilər, Nəsimi ordan çıxa bilər. Eləcə də "Salnamə" studiyası. Əliyar Əliyevin geniş bioqrafiyasını orada baxdığım, Nizami Abbasın çəkdiyi filmdə gördüm. Onu daha yaxından hiss elədim. Eləcə də həmin studiyada digər milli qəhrəmanlarımıza həsr olunmuş işlər var. Gənc rejissorlardan Emin Əfəndiyevin, Kəmalə Musazadənin, Tahir Əliyevin yaxşı filmləri var. Yəni necə ola bilər ki, milli qəhrəmanlara həsr olunmuş sənədli seriallar dayandırılsın? Biz necə oldu müharibədə qalib gəldik? İnsan şəxsi faciəsini də unudar. Qarabağın üzünü 30 il görməyə-görməyə necə oldu ki, onu unutmadıq? Çünki hər il bu filmlər çəkilirdi, televiziyada göstərilirdi. İndi qalib gəlmişik, neçə-neçə Milli qəhrəmanımız var, qazilər var. İndi biz necə çatdırıb onlardan bəhs edən filmlər çəkəcəyik? Bunu "Salnamə" etməlidir də. Özəl prodüserlərin heç biri onlara pul buraxmayacaq. Bunlar təkcə dövlət vəsaiti ilə olmalıdır.

- Vaxtilə rejissor kimi fəaliyyət göstərmisiniz. Nə üçün artıq film çəkməyi düşünmürsünüz?

- Əvvəl bunun subyektiv səbəbləri var idi. Mən Rüstəm İbrahimbəyovla yaxın işlədiyimə görə bəzi məmurlar fəaliyyətimi o vaxtkı şəraitə görə qadağan etmişdilər. Hətta elə olurdu ki, filmdə işləyirdim, amma adımı qeyd etmirdim, işlərimi başqa adla görürdüm. Bir dəfə qardaşımın adını, bir dəfə də özümdən uydurduğum bir ləqəb yazdım. Mənə təzyiq edirdilər, layihələrimi geri qaytarmalı olurdum. Son dövrlərdə isə Kinematoqrafçılar İttifaqı mənim evimə çevrilib, burada həyata keçirdiyim layihələr vaxtımı çox alır və rejissorluğa köklənə bilmirəm. Mənim indiki işim də yaradıcı işdir. Kitabların nəşri, təlimlərin təşkili və sairə. İşlədiyim insanlar - Sevda Sultanova, Aygün Aslanlı, Hacı Səfərov - hamısı yaradıcı şəxslərdir. Dua edirəm ki, bir gün rejissorluğa da qayıdaram. Bu, mənim ağrılı yerimdir. Əvvəl qadağa var idi deyə qoymurdular, indi isə fokuslana bilmirəm. Rüstəm İbrahimbəyovla yaxın əməkdaşlıqdan o qənaətə gəlmişəm ki, yaradıcı insan üçün müvafiq təşkilatlar, uyğun kömək çox lazımdır.

Ləman İLKİN

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://525.az
archiveBu xəbər 01 May 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Aşqabad xəttinin güclənməsi regional əməkdaşlığın dərinləşməsinə xidmət edir

23 İyun 2026 11:01see410

Mbappe dünya çempionatları tarixində Ronaldoya çatdı

23 İyun 2026 02:41see244

Messidən 1 gündə 2 rekord

23 İyun 2026 00:28see220

Türkiyədə azərbaycanlıya yüksək vəzifə verildi

23 İyun 2026 03:08see218

İsrail bu ölkə ilə bağlı sərt qərar verdi

23 İyun 2026 04:56see209

Məktəbəqədər təhsilin əhatə dairəsi 50 faizə çatdırılacaq

23 İyun 2026 00:22see202

Fransa İraq matçında fırtına xəbərdarlığı Tribunalar boşaldıldı

23 İyun 2026 02:10see191

Qaraciyər transplantasiyası keçirən Ufuk Özkanın son görüntüsü yayıldı FOTO

22 İyun 2026 23:28see191

Neft emalı zavoduna endirilən zərbədən sonra Moskvaya Pantsir raket sistemləri yerləşdirilməyə başlayıb

23 İyun 2026 07:49see181

Moskva Zelenskinin təhdidlərinə cavab hazırlayır

23 İyun 2026 00:44see181

Tramp İranla sazişi tənqid edənlərə “maariflənməyi” tövsiyə edib

24 İyun 2026 00:19see178

Tiaqo Silva “Fluminense”yə qayıdıb

23 İyun 2026 02:12see176

Lavanda yağı: Təbiətin sakitləşdirici və çoxşaxəli gücü

23 İyun 2026 00:37see170

Tərəvəz sevənlər üçün kabaklı plov resepti

23 İyun 2026 02:02see165

Prezident ona yüksək vəzifə verdi

23 İyun 2026 12:38see160

ABŞ dan İran millisinə xoş xəbər

24 İyun 2026 01:30see157

Klozedən Messiyə təbrik “Tarixin ən yaxşısıdır”

23 İyun 2026 02:01see153

Əvvəl penaltini qaçırdı, sonra dubl etdi Video

23 İyun 2026 02:23see153

Yelo Bank dan mikro bizneslərə yay dəstəyi!

24 İyun 2026 14:50see148

İngiltərə Qana: Heyətlər

23 İyun 2026 22:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri