Icma.az
close
up
RU
Mərakeş Azərbaycanla kino sahəsində əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlıdır AZƏRTAC

Mərakeş Azərbaycanla kino sahəsində əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlıdır AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Rabat, 22 noyabr, AZƏRTAC

Noyabr ayının 21-də Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov Rabat şəhərində Ali Audiovizual və Kino Peşələri İnstitutunda işgüzar səfəri çərçivəsində institutun direktoru Hakim Belabbes ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, H. Belabbes rəhbərlik etdiyi qurumun fəaliyyətinə dair geniş məlumat verib və Azərbaycanla kino sahəsində əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını qeyd edib. Bu xüsusda, birgə layihələrin və kino həftələrinin təşkil edilməsinin mümkünlüyünü vurğulayan direktor, eyni zamanda, iki ölkə arasında kino sahəsində təhsil alan tələbələrin təcrübə mübadiləsinin də keçirilməsini təklif edib.

Azərbaycanla Mərakeş arasında ikitərəfli münasibətlərin bir çox sahələrdə yüksələn xətlə inkişaf etməsinə dair məlumat verən səfir N. Səmədov bu istiqamətdə iki ölkə arasında vizaların ləğv edilməsinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Eyni zamanda, iki dost ölkə arasında mədəniyyət sahəsində də əlaqələrin inkişaf səviyyəsindən razılığını bildirən diplomat kino sahəsinin də incəsənətin mühüm istiqamətlərindən biri kimi bu işə töhfə verə biləcəyini qeyd edib. Bu məqsədlə o, ölkəmizin müvafiq ixtisaslı ali təhsil ocaqları ilə Mərakeş Ali Audiovizual və Kino Peşələri İnstitutu arasında səmərəli tərəfdaşlığın yaradılmasının vacib olduğunu söyləyib.

Sonra səfir və direktor mərakeşli fotoqraf Məhəmməd Tazinin Azərbaycana dair əsərlərindən ibarət sərginin İnstitutda təşkil edilməsinə dair razılığa gəliblər.

Sonda səfir N. Səmədov institutun yayım zalları, fotostudiya, montaj və texniki avadanlıq zalları ilə tanış olub, tələbələrlə görüşüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Noyabr 2024 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see230

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see214

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri