Icma.az
close
up
RU
Kino xadimləri bəyanat yaydı Etiraz edirlər

Kino xadimləri bəyanat yaydı Etiraz edirlər

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, sabah Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) yeni sədr seçiləcək. Bununla bağlı artıq bir müddətdir ki, kino ictimaiyyətində müzakirələr gedir. 

Bakıvaxtı.az xəbər verir ki, bu gün “Azərbaycan Kinematoqrafçılar İttifaqı” İctimai Birliyinin üzvləri və digər görkəmli kino xadimləri birgə bəyanat yayıb. 

Bəyanatda bildirilib ki, “Azərbaycan Kinematoqrafçılar İttifaqı” İctimai Birliyinin sədri, Xalq artisti Rasim Balayevin qəfil vəfatından sonra İttifaqın yeni sədrinin seçilməsi zərurəti yaranıb.

“İttifaqın İdarə Heyətinin 8 may 2026-cı il tarixli iclası keçirilərək yeni sədrin seçilməsi üçün 26 may 2026-cı ildə növbədənkənar Ümumi Yığıncağın keçirilməsi və sədr vəzifəsinə iki namizədin irəli sürülməsi qərara alınıb. İdarə Heyətinin katibliyinə tapşırılıb ki, hazırlıqla bağlı təşkilati məsələləri həll etsinlər.  

Lakin iclasdan sonra keçən müddət ərzində lazımi hüquqi prosedurlara və qanunvericiliyə dəqiq və şəffaf şəkildə əməl edilməyib, bu səbəbdən qeyri-müəyyənlik, məlumat çatışmazlığı və qeyri-şəffaf mühit yaranıb. İttifaqın bütün üzvlərinə Ümumi Yığıncağın gündəliyi və gündəliklə bərabər İttifaqın sədri vəzifəsinə namizədlər barədə öncədən məlumat göndərilməyib. Habelə, İdarə Heyətinin, yəni icra orqanının üzvü olan və özünü “İcraçı katib” kimi təqdim edən namizədlərdən biri Rasim Balayevin vəfatından sonra İdarə Heyətinin səlahiyyətlərini mənimsəyərək İttifaqa faktiki rəhbərliyi həyata keçirib, buna baxmayaraq, Ümumi Yığıncağın gündəliyinə İttifaqın fəaliyyəti barədə hesabat məsələsini daxil etməyib, üstəlik sədr vəzifəsinə namizəd kimi çıxış etməyə hazırlaşır.

Beləliklə, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun və İttifaqın nizamnaməsinin tələblərinə zidd olaraq, Ümumi Yığıncağın gündəliyi barədə İttifaqın üzvlərinə tam məlumat verilməyib, gündəlik şəffaf şəkildə açıqlanmayıb, Yığıncağa hazırlıqla bağlı prosedur qaydalarına əməl edilməyib.

Həmçinin qeyd edirik ki, İttifaqın üzvlərinin ümumi sayı ilə bağlı qeyri-dəqiq və ziddiyyətli məlumatlar mövcuddur.  Üzvlərin rəsmi ümumi reyestri yoxdur. Buna baxmayaraq və üzvlərin ümumi siyahısı və sayı dəqiqləşdirilmədən, sabah Ümumi Yığıncağın keçirilməsi planlaşdırılır. Bu halı İttifaqın üzvlərinin təşkilatın idarəetməsində iştirak kimi təməl hüquqlarının kobud şəkildə pozulması, qeyri-legitim Yığıncaqda iştirak edəcək üzvlərin süni üstünlüyünün yaradılması və idarəetmənin öz təsiri altına alınması cəhdi kimi qiymətləndiririk”.

Qeyd edilib ki, sabahkı Yığıncaqda müəyyən şəxslərin İttifaqın nizamnaməsinə dəyişiklik etməklə əlavə səlahiyyətlər əldə etməyə çalışacağı barədə ciddi narahatlıqlar mövcuddur:

“Habelə, hazırda İttifaqın fəaliyyətinin hərtərəfli təftişinə ciddi zərurət yaranıb. Belə olan şəraitdə tələsik, ciddi hazırlıq aparılmadan, qanunvericiliyin və İttifaqın nizamnaməsinin tələbləri pozulmaqla seçkilərin keçirilməsi onların şəffaflığı ilə bağlı ciddi şübhələr doğurur, bu isə İttifaqın fəaliyyətinə və bütövlükdə kino sənətimizə və ümumilikdə mədəniyyətimizə ciddi zərər vura bilər. 

İttifaqın üzvləri və digər görkəmli kino xadimləri olaraq bəyan edirik ki, 26 may 2026-cı ildə Bakı şəhərində keçirilməsi nəzərdə tutulan İttifaqın növbədənkənar Ümumi Yığıncağının çağırılması Azərbaycan Respublikasının qanunvericiliyinə və İttifaqın nizamnaməsinə uyğun həyata keçirilməyib, Ümumi Yığıncaq qeyri-legitimdir və orada qəbul ediləcək qərarların hüquqi qüvvəsi yoxdur.

Biz Azərbaycan kino mühitinə və milli mədəniyyətimizə zərər verə biləcək bu cür addımlara etiraz edirik. “Azərbaycan Kinematoqrafçılar İttifaqı” İctimai Birliyinin üzvləri və digər görkəmli kino xadimləri olaraq bəyan edirik ki, sabah keçirilməsi nəzərdə tutulan növbədənkənar Ümumi Yığıncaq qeyri-legitim və qeyri-qanuni olduğu üçün  təxirə salınmalı, qanunvericliyə və İttifaqın nizamnaməsinə uyğun olaraq yenidən çağırılmalıdır.

Bununla bağlı aidiyyəti dövlət qurumlarından məsələyə hüquqi qiymət verilməsini və qanunvericiliyə uyğun tədbirlər görülməsini xahiş edirik”, - bəyanatda vurğulanıb.

Bəyanatı yayan “Azərbaycan Kinematoqrafçılar İttifaqı” İctimai Birliyinin üzvləri və digər görkəmli kino xadimlərinin adlarını təqdim edirik:

1. Vaqif Mustafayev;

2. Cəmil Quliyev;

3. Oktay Mirqasım;

4. Akif Əli;

5. Adil Abbasov;

6. Şamil Əliyev;

7. Əmir Hacılı;

8. Mahirə İskəndərova;

9. Kamran Qasımov;

10. Firəngiz Qurbanova;

11. Rəfail Qəmbərov;

12. Cahangir Mehdiyev;

13. Rövşən Məmmədov;

14. Baba Məsimov;

15. Mirbala Səlimli;

16. Əbdül Mahmudov;

17. Hacı İsmayılov;

18. İlham Namiq Kamal;

19. Tariyel Qasımov;

20. Rafiq Əzimov;

21. Zəfər Murtuzov;

22. Fəxrəddin Manafov;

23. Ayaz Salayev;

24. Mehriban Zəki;

25. Cahangir Novruzov;

26. Gülzar Qurbanova;

27. Elbrus Vahidov.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 25 May 2026 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see368

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see343

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see338

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see329

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see300

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see296

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see275

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see257

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see244

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see236

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see229

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see219

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see205

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see200

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see199

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see187

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see185

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see183

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri