Icma.az
close
up
RU
Menu

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

“Həkim məsləhəti” rubrikamızda

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

Qızılın SON qiyməti

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

Kinonu kim icad edib?

Kinonu kim icad edib?

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

1894-1926 Fotoqrafiya aləmində baş verən inqilabi ixtiraların sayəsində, XIX sərin sonlarında çoxları üçün yuxu kimi görünən – hərəkətdə olan şəkillərin çəkilməsi və nümayişi – reallığa çevrildi. Kino əvvəlcə yarmarkalarda və səyyar teatrlarda olduğu kimi insanları cəzb etmə məqsədilə yarandı. Hətta bu ixtiranın uzağa getməyəcəyini düşünənlər də oldu, amma yanıldılar. Ajiotaj bitəndən sonra filmlər kütlə üçün yeni bir əyləncə növünə çevrildi. Maraq bu sahədə böyük pullar qazanmağın mümkünlüyünü düşünməyə imkan verdi. Buna görə də sərmayəçilər həvəslə kino biznesinə qoşuldular. Bir tərəfdən sözügedən sahənin yaradıcıları kinematoqrafiya dili üzərində çalışır, digər tərəfdən istehsal kompaniyaları göbələk kimi çoxalırdı, ekranlarda ilk kino ulduzları parlamağa başlayırdı. Amerika Birləşmiş Ştatları səssiz kinonun bütün dövrlərində dominantlıq statusunu qorumağa çalışırdı. Düşünürdülər ki, kino onlara məxsusdur, çünki Amerikada yaranıb. Bu səbəbdən də müxtəlif üstünlüklərdən yararlanırdılar. Necə ki, öz ulduzlarını, öz janrlarını, hətta prodakşn metodlarını özlərinə uyğun şəkildə yeritməyə çalışırdılar. Ancaq Avropa təslim olmadı: Şimali ölkələrdə güclü kino sənayesi yarandı və qədim qitənin digər ərazilərində cücərən avanqard cərəyanlar yeni ixtiranın üstünlüklərindən bəhrələnməyə başladılar, hətta onun gələcək inkişafına da təsir etdilər.

Təsviri hərəkətdə göstərməyin mümkünlüyü hər zaman insanı valeh edib. Hələ XVI və XVII əsrlərdə, fotoqrafiyanın kəşfindən çox-çox əvvəl linzalı kameralarla təsvirin proyeksiyasına nail olunmuşdu. Amma kinonun yaranmasına təkan verən səbəblərdən biri yeni texnologiyaların tətbiqi olub ki, bu tarix də məhz XVIII əsrdən başlayır. 1839-cu ildə fransalı Lui J.M.Dageğ elə bir qurğu düzəltməyə nail olmuşdu ki, sayəsində gümüş lövhə üzərinə şəkillər həkk olunurdu. O, bu kəşfini “dagerrotip” adlandırmışdı. Paralel olaraq Con Vilyam Herşel sabit təsvirləri xüsusi materialın üzərinə köçürməyə nail olmuşdu. O, buna “fotoqrafiya” deyirdi. Bununla yanaşı, tamamilə fərqli bir mühitdə həvəskarlardan ibarət bir qrup optik illüziya yaradan qurğular istehsal edirdi. Maykl Faraday, Cozef Antuan Platu, Simo Stampfer və Vilyam Corc Horner içərisində şəkil olan təkərli silindrlər, disklər kəşf etmişdilər ki, onları fırlatmaqla həmin şəkillər canlanırdı.

Amma kino anlayışının formalaşmasına təkan verənlər XVIII əsrin son onilliyində Edvard Muybridc və Emil Reyno oldu. 1730-cu ildə İngiltərədə doğulan E.Muybridc qeyri-adi işlərlə məşğul olduğuna və əsasən də xarici görkəminə görə insanlar arasında xüsusi hörmət qazanmışdı. 20 yaşında ABŞ-da yaşadığı müddətdə o, kitab satır, hətta paltaryuyan maşın kəşf etsə də, sonradan fotoqrafiya sahəsində çalışmağa başlamışdı. Onun həyatı “Central Pacific” dəmiryol şirkətinin rəhbəri və böyük at yarışmaları həvəskarı Lelan Standforla tanışlıqdan sonra dəyişir. Standford üçün çox maraqlı idi ki, at var gücü ilə çapanda ayaqlarının dördü də yerdən üzülür ya yox? Bunu dəqiqləşdirməkdən ötrü Edvard atın çapan yerdə bir neçə şəklini çəkir. Təcrübə o qədər uğurlu alınır ki, ixtiraçı bu metodla digər heyvanları, hətta bir qrup atletləri belə çəkməyə nail olur. 1879-cu ildə onun ağlına metal lövhə üzərində çəkdiyi şəkillərin rənglənməsi ideyası gəlir. Sonra o təsvirləri “zoopraksiskopio” adını verdiyi qurğunun içərisinə yerləşdirərək onları fırlatmağa başlayır. Bu ixtiranın sayəsində ilk dəfə olaraq sabit təsvirlərin canlanması mümkün olur.

1844-cü ildə Fransada doğulan Emil Reyno da qaçan təsvirləri olan oyuncaqlarla maraqlanırdı, amma Muybridcdən fərqli olaraq o, bu işə yaradıcı yanaşırdı. Reyno öz ixtirasını “praksinoskopio” adlandırmışdı. İllər sonra onu təkmilləşdirərək “praksinoskopio-teatro” adı ilə əvəzləmişdi. Dövrünə görə yenilikçi bir ixtira sayılan bu qurğu imkan verirdi ki, kiçik səhnədə üst-üstə qoyulmuş təsvirləri izləmək mümkün olsun. Bu metod sonradan kinoda ikiqat ekspozisiya kimi istifadə olunacaqdı. Alınan nəticə insanları o qədər təəccübləndirmişdi ki, müəllifini canlı teatr göstərməyə həvəsləndirmişdi. O, buna optik teatr deyirdi. Amma əvvəlcə qəhrəmanların təsvirlərini və səhnəni yaratmalı idin. Hər süjet 700 kadr tələb edirdi.

Sonra o şəkilləri lentə yerləşdirib, bobinaları dəyişə-dəyişə ekranda proyeksiya edirdi. Bu müddətdə o biri texnik proyektorla səhnənin təsvirini verirdi. 1892-ci ildə o, böyük coşqu ilə “Pantomimes Lumineuses” əsərinin premeyrasını etdi. Əsər zaman keçdikcə müəllifinə animasiya filmin atası adını qazandıracaqdı.

Yeni, məftunedici texnologiyaların yaranması Tomas Alva Edisonu kinonu fəth etməyə ruhlandırdı. Baxmayaraq ki, şimali amerikalılar Edisonu kino ixtiraçısı kimi qəbul edirlər, həqiqətdə bu məsələ bir qədər bulanıq görünür. O zamanlar Edisonun laboratoriyalarında Uilyam Kennedi Lori Dikson adlı bir şotlandiyalı işləyirdi. Tarix bu gənci bizə unutdursa da məhz o, film istehsalı prosesində yeniliklər etmişdi. Dünyada ilk kino studiyasını yaradan, adını da “Qara Mariya” qoyan Dikson, Edisona “Kinetoqraf” kamerasını patentləməyə icazə vermişdi. Sözügedən cihaz tikiş maşınlarında olduğu kimi dartma prinsipi ilə işləyirdi və perforasiya olunmuş sellüloid lent hərəkət etdikcə üzərinə təsvirləri həkk etdirirdi. Kodak şirkətin təsisçisi Corc A.İstman həmin sellüloidləri xüsusi olaraq Edisona göndərirdi. Amma kino çəkmək olduqca vacib məsələ idi, çəkilən filmi isə tamaşaçıya göstərmək daha vacib. Diksonun sayəsində “kinetoskop” yarandı, gözlüklə təchiz olunmuş uzunsov taxta qutu bir qəpiyin müqabilində 14 metrlik lentlə saniyədə 40 kadr nümayiş etdirirdi. “Kinetoskop” individual bir aparat sayılırdı, onun proyeksiyaları təxminən 20 saniyə çəkirdi.

Tomas Alva Edison mülayim qoca təəssüratı yaratsa da biznes işində çox qəddar idi. O, öz təcrübəsindən bilirdi ki, ixtiraları patentləşdirmək lazımdır. O, bunu digər şəxslərin onun ixtirasından istifadə edəcəyinə görə deyil, həm də sənayedə monopoliya yaratmaq üçün edirdi. Burada Diksonun yolu Edisondan ayrılır və o, təkbaşına fəaliyyət göstərməyə başlayır. Bu müddət ərzində Edison yeni ixtiraları öz adına keçirməyin yollarını axtarırdı.

Beləliklə 1894-cü il aprelin 14-də Nyu-Yorkda “kinetoskop”un ilk salonu açılır. Orada hərəsi bir film göstərən on qurğu vardı. Filmlər boks döyüşü, rəqs edənlərin səhnəsi və bir pəhləvanın məşq edən zaman çəkildiyi görüntüləri əks etdirirdi. Uğur çox vacib idi. Bir neçə ayda bütün Şimali Amerika və Avropanın müəyyən hissəsinə minə yaxın kino aparatı satılmışdı. Ancaq daha maraqlısı tamaşaçılar önündə filmin ekrandakı proyeksiyası idi. Bu sahədə isə avropalılar üstünlüyü ələ keçirirdilər. Edison Amerikada heç kimin onun ixtirasının surətini çıxara bilməyəcəyinə əmin olsa da, xaricdə öz mallarını patentləşdirməyi unudur. Bu da fotoların satışı ilə məşğul olan iki fransız qardaşları Ogüst və Lui Lümierə imkan verir ki, “kinetoskop”u təkmilləşdirsinlər. Onlar 1895-ci il fevralın 13-də böyük ekranda film nümayiş etdirmək imkanına malik olan inqilabi kamerasını – “kinematoqraf”ı patentləşdirirlər. Həmin ilin martın 22-sində Milli Sənayenin Təşviqi Cəmiyyətində onlar öz qısametrajlı filmini – “Lümiyer fabrikasından çıxış”ı ekranlarda canlandırırlar. Bir neçə ay sonra Lümier qardaşları Fransanın Fotoqrafiya Cəmiyyətləri Konqresində kino tarixində böyük hərflərlə yadda qalan ilk filmini, “SULANAN BAĞBAN”ı təqdim edirlər.

Məmməd Məmmədli
El Cine (Kino) kitabından İspan dilindən tərcümə etdi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://525.az
archiveBu xəbər 01 Avqust 2026 21:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

15 Sentyabr 2026 11:23see425

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

15 Sentyabr 2026 12:22see246

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

15 Sentyabr 2026 13:01see226

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see218

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see217

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see217

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see213

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see205

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see195

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see195

Qızılın SON qiyməti

15 Sentyabr 2026 09:23see191

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

15 Sentyabr 2026 19:29see191

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

15 Sentyabr 2026 21:01see191

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

15 Sentyabr 2026 18:10see189

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

15 Sentyabr 2026 21:41see189

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

15 Sentyabr 2026 18:33see180

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

15 Sentyabr 2026 21:30see171

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see166

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see164

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri