Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Kinoteatrımızın 18+ “divar qəzeti”

Kinoteatrımızın 18+ “divar qəzeti”

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Kinosu ilə gündəm olmayan kino mərkəzimiz başqa səbəblə dilə-dişə düşdü. Bir neçə gənc və yeniyetmə Nizami Kino Mərkəzinin divarını yazdı...  

Məktəbin divar qəzetini rişxənd obyektinə çevirənlər məğlubiyyətlərini anlayanda gec olur. Sonradan yazılan divarlar mədəniyyət yox, cahilliyin kobud manifestini yaradır. Zamanında dərsini yazmayanlar heç vaxt yazmağa düzgün ünvan tapmırlar... Özlərini hər şeyin tərs üzündə realizə etməyə çalışırlar. Məsələn, yazdığını, çəkdiyini nümayiş etmək üçün yaradılmış bir ocağın - kinoteatrın içini yox, çölünü seçirlər - divarına yazırlar. Çünki o enerji öyüd almış bir güc deyil ki, yaratdığı məhsul, yazdığı yazı kinoteatrın içinə daxil ola bilsin. Tərbiyəsiz məhsullar naxış məqsədilə yaradıldıqda da ləkə kimi görünür. Ləkə də daim üzdə olur, daxildə yox. 

Həmin yeniyetmələrin Nizami Kino Mərkəzinin divarına yazdığı sözlər, rəqəmlər, çəkmək istədiyi “şəkillər” heç qraffiti cəhdləri də deyil, sadəcə tərbiyəsizlikdir. Qraffiti olsa belə... Qraffiti, bəlkə də, hansısa andeqraund, modern mədəniyyətlərdə bəzək kimi görünə bilər. Ancaq Şirvanşahların şəhər mədəniyyətini, xəlvətilərin nəfəsini özündə saxlayan, onlarla mədəniyyətə beşik olmuş Bakının mərmər sinəsinə belə eksperimental cızma-qara döymələr yaraşmır. 

Bu sadəcə bir neçə başıpozuq yeniyetmənin əməli olsa, üzərindən səssiz də keçmək olardı, təəssüf ki, bu bir generasiyanın problemidir. Bilmirəm, bu iddia elmi müstəvidə sübut olunub, ya yox, ancaq bir neçə mötəbər mənbədə qeyd olunur ki, “Z” nəsli yeganə generasiyadır ki, özündən əvvəlki nəsildən daha az intellektualdır. 

Qınanılası da deyil, yeniyetməliyi, gəncliyi “reels” videolar dönəminə düşən bir nəslin düşüncəsi tam fərqli formalaşır. Bu nəslin əksər nümayəndələrinin şüuraltında texnoloji partlayışın qəlpələri yer alıb. Əksər hadisələrə, bəzən həyatın ən ciddi mətləblərinə belə bir qısa video baxırmış kimi baxır, sonra barmağı ilə özündən uzaqlaşdırmaq istəyir. Bu yeniyetmələr əksər məsuliyyətlərdən kənar gəzmək istəyərək sonda özlərini ən arzuolunmaz sərhədlərdə, sıldırımlarda tapırlar. Məsələn, bizim mövzumuz müstəvisində baxsaq, Nizami kinotetrının içində olmaqdansa, çölündə qalırlar. Ssenari yazıb kinotetrlar fəth etməkdənsə, kinoterın divarını yazıb özlərini məhv edirlər. 

Təbii, bu generasiya ilə bağlı kobud ümumiləşdirmə də düzgün deyil, çünki məhz Z nəslinin yüzlərlə nümayəndəsi bu gün dünyaca məşhur şəxslərdir və öz həmkarlarını bütün müstəvilərdə qabaqlamağı bacarırlar. Az əvvəl qeyd olunanlara, yeni nəslin ümumi bəlası kimi baxsaq, daha düzgün olar. 

Nizami Kino Mərkəzinin divarlarında tərbiyyəsizlik nümayiş edənlərin əməlini ümumi bir generasiyanın tipik xarakteristikası kimi göstərib bu vandallığıa obyektivlik qazandırmaq istəmirəm. Çünki heç kəsin haqqı yoxdur ki, durna lələyi ilə qalın-qalın kitablar yazan nəcib bir şəxsiyyətin - Nizaminin adını daşıyan ocağın divarına anlaşmaz, ədəbsiz, tərbiyyəsiz sözləri əks etdirən his-pas sürtsün. Qanunsuzluq varsa, onun qarşısında qanun durur və duracaq. Divarı yazan yeniyetmələr, gənclər kimlərdirsə yaşlarına uyğun cəzalanıdırlmalıdır. Çünki bu, bilməyərəkdən, təsadüfən edilən bir səhv deyil, bu bir neçə şəxsin bikarçılıqdan törətdikləri düşünülmüş gecə tərbiyyəsizliyidir.

Həmin şəxslərin valideynləri xüsusilə bu məsələdə mənəvi məsuliyyət daşıyır, yeniyetməlik yaşına çatmayan uşaqların gecə saatlarında şəhərin küçələrində avaralıq etməsi, planlı şəkildə şəhərin simasını korlaması zamanında susdurulmalı bir həyəcan siqnalıdır. Bu gün yazılarını Nizami Kino Mərkəzinin divarına yazan uşaqlar və onların həmyaşıdları şəhərimizin sabahının ssenarisini yazmalı şəxslərdir. Onlar qraffiti qablarını tullayandan sonra əllərinə nə alacaqlar? Mənəviyyatın uduzduğu yerdə vandalizm qalib gəlir, bu isə şəhərin də, gələcəyin də ən təhlükəli ssenarisidir.

Sərdar Amin

Xüsusi olaraq “Qafqazinfo” üçün

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 03 Aprel 2026 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see645

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see346

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see327

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see239

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see237

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see235

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see234

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see227

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see223

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see219

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see219

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see219

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see218

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see217

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see215

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see213

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see213

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see212

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see210

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri