Kiprdə iki tanınmış rusiyalı barədə müəmmalı hadisələr: Səfirliyinin əməkdaşı ölü tapılıb, iş adamı itkin düşüb
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Kipr hakimiyyəti və hüquq-mühafizə orqanları iki səs-küylü hadisəni araşdırır: Nikosiyada Rusiya səfirliyində yüksəkvəzifəli məmurun ölümü və Limasolda tanınmış rusiyalı iş adamının itkin düşməsi.
Moderator.az bu barədə "Green City Times" nəşri məlumat yayıb.
Məlumata görə, Nikosiyadakı Rusiya səfirliyinin yüksəkvəzifəli məmuru yanvarın 8-də günorta saatlarında ofisində ölü tapılıb. Hadisədən bir neçə saat sonra hakimiyyət orqanlarına məlumat verilib.
Polis əməkdaşları səfirliyə çatanda binaya girməyə icazə verilməyib. Rusiyalı diplomatın cəsədi daha sonra səfirliyin həyətində polisə təhvil verilib.
Nəşrin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına yerində araşdırma aparmaq üçün icazə verilməyib.
Qəzetin məlumatına görə, Rusiya səfirliyi Kipr hakimiyyətinə ölümün intihar olduğunu bildirib. Həmçinin bildirilib ki, rusiyalı diplomat ölümündən öncə məktub yazıb və həmin məktub birbaşa Moskvaya göndəriləcək, Kipr hakimiyyətinə təqdim edilməyəcək.
Diplomatın cəsədinin tapılmasından bir gün əvvəl isə Limasolda rusiyalı iş adamı Vladislav Baumqertner itkin düşüb.
Aktiv axtarışlara baxmayaraq 56 yaşlı sahibkar tapılmayıb. Onun son mobil telefon siqnalı ucqar sahil ərazisində qəbul edilib. Hazırda əlverişsiz hava şəraiti axtarışı çətinləşdirir.
Məlumata görə, bu iki hadisə Kipr və Rusiya arasında gərgin münasibətlər fonunda baş verib. Avropa İttifaqı üzvü olaraq Nikosiya Moskvaya qarşı bütün sanksiya paketlərinə qoşulub və 2022-ci ildə ölkə hava məkanını Rusiya təyyarələri üçün bağlayıb.
Kipr polisi iki hadisənin təsadüf, yoxsa siyasi təsirlərlə əlaqəli olub-olmadığını müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizasının nəticələrini gözləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 12 Yanvar 2026 18:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















