Icma.az
close
up
RU
Menu

Çindən böyük kosmos hərəkəti

Bu məktəbdə Son zəng çalınmayacaq

Qusarda II sinif şagirdinin cinsi zorakılığa məruz qaldığı iddia olunur Araşdırma aparılır

İsveçrə Rusiyanın hava və dəniz limanları ilə ticarət əlaqələrini qadağan etdi

Lələtəpəni geri almaq ohanyanların “yem”i deyildi...

BDU nun Qazax filialında “Azərbaycan Konstitusiyası və dövlətçilik tariximiz Suverenliyimiz tələbələrin gözü ilə” adlı konfrans keçirilib

Rusiya və Ukrayna bu məsələdə razılığa gəliblər Rustem Umerov açıqladı

“Past”ın “sensasiyası”, yoxsa acı reallıq?

Bu ərazilərdə istiliyin verilmə müddətləri tənzimlənəcək “Azəristiliktəchizat”ın sədri

“Bütün oyunları Ərdoğan oynayır” Yunan mətbuatı təriflər yağdırdı

Ən yaxşı kabab hansıdır?

Sabiq FTB rəhbəri Trampı təhdid etdiyi iddia edilən paylaşıma görə dindirilməyə çağırılıb

Azərbaycanda əmək haqqının ən yüksək olduğu sahələr

® Mərkəzi Gömrük Hospitalında “Korrupsiyaya qarşı mübarizə” mövzusunda növbəti tədbir keçirilib

Bakıda söküntü dalğası başlayır Bu binalar da plana salına bilər

Yuxudan oyandı və bütün internetin onun tətil fotosuna güldüyünü gördü

Azərbaycanı təmsil edən atçı: Britaniyada Azərbaycan bayrağını dalğalandırmaq böyük qürurdur

Türkiyə İstanbul danışıqlarının əsas məqsədini açıqlayıb

Rusiya nümayəndə heyətinin rəhbəri: Danışıqların məqsədi uzunmüddətli sülhün bərqərar olmasıdır

Tramp Ərdoğanla danışığa önəm verir Çelik

Kirayə mənzillər layihəsi problemi: Krediti kim götürür, niyə onu seçiblər, evlər sonradan nə üçün əmlak saytlarında yüksək qiymətə satışa çıxarılır? ARAŞDIRMA

Kirayə mənzillər layihəsi problemi: Krediti kim götürür, niyə onu seçiblər, evlər sonradan nə üçün əmlak saytlarında yüksək qiymətə satışa çıxarılır? ARAŞDIRMA

Pravda.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində satışa çıxarılan evlərlə bağlı bir sıra sui-istifadə halları barədə iddiaların sayı artmaqdadır. Əmlak satışı ilə məşğul olan müxtəlif saytlarda Fondun kirayə mənzillərinin yüksək qiymətə satışa çıxarılması diqqətdən yayınmır. Sosial şəbəkələrdəki məlumatları və şikayətləri araşdırdıqda belə bir mənzərə ortaya çıxır ki, saniyələr içində satılan mənzillərin çoxu naməlum şəxslər tərəfindən alınır, sonradan qat-qat yüksək qiymətə satılır.

Pravda.az xəbər verir ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 6978 kirayə müqaviləsi bağlanıb. Son olaraq mayın 7-də İpoteka və Kredit Zəmanət Fondu (İKZF) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən yaşayış kompleksində daha 150 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edib.

Müraciətlərin qəbulu və mənzil seçimi Elektron hökumət portalına (e-gov.az) inteqrasiya edilmiş Elektron ipoteka və kredit zəmanət sistemi üzərindən həyata keçirilir. Lakin diqqət çəkən məqam budur ki, satış bitdikdən sonrakı mərhələ hər kəsə qaranlıqdır. Krediti kimlər əldə edir, həmin şəxslərin evə ehtiyacları varmı və s. kimi suallar havada qalır. Bu isə ən çox elə işbazların “işinə” yarayır. Təəssüf ki, dövlət layihəsindən sui-istifadə nəticəsində “kəsə” yolla pul qazanmağa çalışanların sayı artıqca ehtiyaclı vətəndaşların bu mənzillərdən yararlanmaq imkanları əldən çıxır. Problemin həlli yollarını mütəxəssislərlə araşdırmağa çalışdıq.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərov təsdiqləyib ki, Fondun satışa çıxardığı mənzillər işbazlar tərəfindən alınır:

“Həmin mənzillər İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təyin olunan dəyərdən baha satışa çıxarılır. Mənzillərin belə satışı qadağandır, lakin yenə də aparılan mübarizə kifayət etmir. Düşünürəm, bu sahədə təyin olunan cəza və cərimələr artırılmalıdır ki, işbazlar vətəndaşların almaq üçün sıraya dayandıqları mənzillərdən gəlir mənbəyi olaraq istifadə etməsinlər. İpoteka və Kredit Zəmanət Fondunun 2020-ci ildən bəri “kirayə mənzillər layihəsi” var. “Kirayə mənzillər layihəsi” ilə minlərlə vətəndaş ev sahibi olub. Binalar fondun sifarişi ilə tikilir və yaxud tikinti şirkətlərindən alınır. Bu evlərə sahib olmaq vətəndaşlar üçün asandır. Çünki adi ipoteka kreditində tələb olunan sənədlər toplusu çoxdur, Fondun təklif etdiyi evlərdə isə tam fərqli qaydada vətəndaşın təkcə öz aylıq gəliri deyil, ailə üzvlərinin aylıq gəlirləri, hətta pensiya təqaüdləri də nəzərə alınır. Buna görə də satış şərtləri sadələşir. Digər tərəfdən, ilkin ödənişlər minimaldır. Yəni mənzilin aylıq kirayə qiyməti nə qədərdirsə, ilkin ödəniş onun 12 mislidir. Aylıq tələb edilən ödənişlər həmin ərazilərdə olan mənzillərin kirayə qiymətlərinə uyğun tələb edilməsi də bu sistemi daha da cəlbedici edir. Lakin vətəndaşlar bu mənzillərə elə də asanlıqla sahib olmur, hətta satış 3 dəqiqə ərzində belə reallaşa bilir”.

Problemin həlli yolu nədir?

Sabiq deputat, Vəhdət Partiyasının sədri Tahir Kərimli də bildirib ki, ipoteka sahəsində anormallıq, “alver” barədə çox məlumatlar alır:

“Tamah məqsədilə insanlar aldadılırlar. Fond layihəsi çərçivəsində daha ucuz qiymətə, məsələn, 15 min manata alına bilən mənzillər işbazlar tərəfindən ələ keçirilir, daha baha qiymətə satılır. Ümumiyyətlə, sistemə girib, ipoteka krediti ilə mənzil almağın çətinliyi barədə də tez-tez eşidirik. Çünki satışa məhdud sayda mənzil çıxarılır. Başqasının adına keçirmə, özününküləşdirmə ilə bağlı da 1 il müddət müəyyən olunur. Belə hallar çoxdur. İki ildən artıq müddətə kreditlə satışa çıxarılan evlərin 40-50 min manata satışa çıxarılması haqqında da olduqca çox məlumatlar var. Bunu həqiqət, yaxud şayiə hesab etməliyəm? Məlumatların kifayət qədər çox olması əsas verir ki, deyim “həqiqətdir”. Çünki öz yaxınlarım arasında da hazırda ipoteka krediti almağa çətinlik çəkirlər, eyni hallarla qarşılaşırlar. Çətin məsələdir və qarşısını almaq lazımdır. Lazım gəlsə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, hüquq-mühafizə orqanları, ümumilikdə, hökumət məsələ ilə məşğul olmalıdır. Hər kəs öz vəzifəsinə vicdanla yanaşmalıdır, əks halda, vəzifədən kənarlaşdırılmalıdır. Bu sahəyə nəzarət olunmalıdır. Onda sual olunur ki, ipoteka krediti verən Fondun işinə kim nəzarət edir? Nə üçün bu məsələlərə göz yumur? Əgər öz şəxsi və ya maddi marağı yoxdursa! Hökumət ciddi şəkildə məsələni ortaya qoymalıdır. Belə halların qarşısını ala bilmirsə, hüquq-mühafizə orqanlarına müraciət etməlidir. Əks halda vətəndaşlarımız əziyyət çəkəcəklər. Ehtiyacı olanlar ipoteka krediti almağa müvəffəq ola bilməyəcəklər. Əvəzində isə işbazlar dəfələrlə öz adlarına keçirdikləri, yaxud müxtəlif adlarda qeydiyyatda olan xeyli mənzili başqalarına daha yüksək qiymətə satacaqlar. Bu isə həm korrupsiyaya yol açır, həm də vətəndaşlarımızın mənzil təminatını çətinləşdirir”.

Bankla Fond əlbir olar bilər?

Hüquqşünas Əkrəm Həsənov məsələyə fərqli kontekstdən yanaşıb:

“Burada iki məqam ola bilər. Satışa çıxarılan mənzilləri vətəndaş alıb, sonra özü satmaq qərarına gəlib. Bəlkə, də əvvəldən bu fikirdə olub - alım, sonra yüksək qiymətə satım. Yaxud mənzilləri satışa çıxaranlar, həqiqətən, elə işbazlardır. Əvvəldən bilə-bilə bankla, Fondla əlbir olublar və mənzilləri əldə ediblər. Bu mövzunu dəfələrlə qaldırmışam. Təkcə kirayə evlər yox, ümumilikdə, ipoteka kreditlərinə, digər güzəştli kreditlərə dair məsələlər... Məsələn, kənd təsərrüfatı sahəsində, eyni zamanda Sahibkarlığın İnkişafı Fondunun kreditləri var. Bu kreditlər güzəştli faizlərlə verilir. Hətta Mərkəzi Bankın uçot dərəcəsindən də aşağıdır. Mərkəzi Bankın uçot dərəcəsi əslində Azərbaycanda pulun qiymətidir. Çünki banklar həmin faizlə Mərkəzi Bankdan kredit götürə bilirlər. Güzəştli kreditlərin faiz dərəcəsi bundan da aşağıdır. Əlbəttə, bu da belə bir stimul yaradır ki, kimlərsə sui-istifadə etsinlər. Əslində, həmin krediti ipoteka evi almaq üçün yox, sadəcə pulu çıxarmaq, hansısa biznes sahəsinə yerləşdirmək üçün götürürlər. Ucuz kreditdir. Ola bilər, bu məsələdə bank və Fond əlbirdirlər. Şərtlər özü işbazlara şərait yaradır, amma bunu ifşa etmək çətin məsələdir. Yəqin ki, həmin vətəndaşlardan soruşsaq, deyəcəklər ki, yox, mən mənzili aldım, indi isə pul lazımdır, buna görə də mənzili satışa çıxarmışam. Məhz bu səbəbdən məhdudiyyətlər olmalıdır. Birincisi, şəffaflıq mütləqdir. Hər zaman təklif etmişəm ki, güzəştli şərtlərlə verilən kreditlərdə bank sirri ola bilməz. Bank sirrinə riayət olunmasını istəyirsənsə, get, banklardan konvensiya şərtlərinə uyğun kredit götür. Yox, əgər dövlətdən bizim hamımızın pulu hesabına güzəştli şərtlərlə kredit götürürsənsə, burada sirr ola bilməz. Fondun saytında açıqlanmalıdır - krediti kim götürür, niyə götürür, niyə onu seçiblər, digər şəxsi yox... Doğrudan da, evə ehtiyacı varmı? Bütün bunları artıq mətbuatın və ictimaiyyətin araşdırmaq imkanı olacaq. Mən demirəm ki, hamı araşdıracaq. Amma ən azından qorxacaqlar ki, birdən kimsə məsələni qurcalamağa başlayar, görərlər, axı evim var. Yəni ictimai nəzarət üçün şəffaflıq olmalıdır. Şəffaflıq olmadığı üçün heç nəyi sübut edə bilməyəcəyik”.

Aytəkin Qardaşova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://pravda.az
archiveBu xəbər 16 May 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çindən böyük kosmos hərəkəti

16 May 2025 03:02see153

Bu məktəbdə Son zəng çalınmayacaq

16 May 2025 13:26see131

Qusarda II sinif şagirdinin cinsi zorakılığa məruz qaldığı iddia olunur Araşdırma aparılır

16 May 2025 16:22see127

İsveçrə Rusiyanın hava və dəniz limanları ilə ticarət əlaqələrini qadağan etdi

16 May 2025 05:18see126

Lələtəpəni geri almaq ohanyanların “yem”i deyildi...

17 May 2025 02:56see122

BDU nun Qazax filialında “Azərbaycan Konstitusiyası və dövlətçilik tariximiz Suverenliyimiz tələbələrin gözü ilə” adlı konfrans keçirilib

16 May 2025 03:08see120

Rusiya və Ukrayna bu məsələdə razılığa gəliblər Rustem Umerov açıqladı

16 May 2025 18:17see119

“Past”ın “sensasiyası”, yoxsa acı reallıq?

17 May 2025 02:56see119

Bu ərazilərdə istiliyin verilmə müddətləri tənzimlənəcək “Azəristiliktəchizat”ın sədri

16 May 2025 13:12see119

“Bütün oyunları Ərdoğan oynayır” Yunan mətbuatı təriflər yağdırdı

15 May 2025 22:54see118

Ən yaxşı kabab hansıdır?

16 May 2025 02:01see117

Sabiq FTB rəhbəri Trampı təhdid etdiyi iddia edilən paylaşıma görə dindirilməyə çağırılıb

17 May 2025 04:42see116

Azərbaycanda əmək haqqının ən yüksək olduğu sahələr

16 May 2025 11:41see116

® Mərkəzi Gömrük Hospitalında “Korrupsiyaya qarşı mübarizə” mövzusunda növbəti tədbir keçirilib

16 May 2025 18:51see114

Bakıda söküntü dalğası başlayır Bu binalar da plana salına bilər

16 May 2025 08:04see114

Yuxudan oyandı və bütün internetin onun tətil fotosuna güldüyünü gördü

17 May 2025 07:02see113

Azərbaycanı təmsil edən atçı: Britaniyada Azərbaycan bayrağını dalğalandırmaq böyük qürurdur

16 May 2025 08:30see113

Türkiyə İstanbul danışıqlarının əsas məqsədini açıqlayıb

16 May 2025 15:22see113

Rusiya nümayəndə heyətinin rəhbəri: Danışıqların məqsədi uzunmüddətli sülhün bərqərar olmasıdır

16 May 2025 03:36see112

Tramp Ərdoğanla danışığa önəm verir Çelik

17 May 2025 01:22see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri