Icma.az
close
up
RU
Kirayə qaldığı evin sahibi ilə sevgili oldu, ayrılanda qadını bıçaqlayıb küçəyə atdı Goranboydakı cinayətin TƏFƏRRÜATI

Kirayə qaldığı evin sahibi ilə sevgili oldu, ayrılanda qadını bıçaqlayıb küçəyə atdı Goranboydakı cinayətin TƏFƏRRÜATI

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Goranboyda kirayə qaldığı ev sahibi ilə sevgili olan oğlan qadını öldürməyə cəhd edib.

Oxu.Az-ın məlumatına görə, hadisə Goranboy rayonunun Goran qəsəbəsində baş verib. Lerik rayon sakini, 1997-ci il təvəllüdlü Samir Məmmədov (soyad şərtidir) Goranboy rayonunda 1990-cı il təvəllüdlü Gözəl Qarayevanın (soyad şərtidir) evində kirayə qalır. Bir müddətdən sonra Samirlə Gözəl arasında sevgi münasibətləri yaranır və bu minvalla onlar 6-7 ay sevgili olurlar.

Bir gün Samir Gözələ evlənmək təklif etsə də, Gözəl onun bu təklifini rədd edir və onunla dost qalmaq istədiyini bildirir. Samir isə onun bu fikri ilə razılaşmır və aralarında mübahisə yaranır. Samir polisə zəng vuraraq, guya Gözəlin evindən çıxdığını, lakin onun əşyalarını vermədiyini bildirir.

Polis onu və Gözəli izahat almaq üçün bölməyə dəvət edir. Lakin Samir şikayətini geri götürür. O, Gözələ zəng edərək, üzr istəyir və polisdə izahat verməyə dəvət edir. Gözəl də onunla birlikdə polisə gedib izahat verir. Daha sonra onlar polis bölməsindən çıxaraq Samirin maşını ilə çay evinə tərəf gedirlər. Samir yolda avtomobilini saxlayıb Gözəldən "hə" cavabı almaq istəyir. Gözəl isə onunla münasibəti kəsdiyini bildirir. Bu vaxt Samir qəflətən avtomobilində gizlətdiyi bıçağı çıxararaq, Gözələ "sənə demişdim axı məndən ayrılsan, səni öldürəcəyəm" deyir, bıçaqla onun baş və boğaz nahiyəsinə 6 zərbə endirir. Gözəl maşından düşərək qaçdığı vaxt isə Samir avtomobillə onu vurub küçənin kənarına atır və polisə zəng vuraraq Gözəli öldürdüyünü bildirib.

Polis əməkdaşları hadisə yerində qadını yaralı vəziyyətdə aşkar edərək xəstəxanaya çatdırıblar. Həkimlərin səyi ilə qadının həyatını xilas etmək mümkün olub.

Polisin keçirdiyi tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən S.Məmmədov saxlanılıb və faktla bağlı cinayət işi başlanaraq iş məhkəməyə göndərilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə S.Məmmədovun anlaqsız olduğu müəyyən edilib.

Məhkəmənin hökmü ilə S.Məmmədov anlaqsız olduğu üçün cəzadan azad edilib və o, məcburi müalicəyə göndərilib.

Samir Əli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://oxu.az
archiveBu xəbər 13 Sentyabr 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see194

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see182

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see157

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see152

OKX də Avtomatlaşdırılmış P2P Sifariş İcrası işə düşdü

11 Dekabr 2025 12:12see152

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see146

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see143

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see141

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see141

Zelenski yeni sülh planı vəd edir: Müharibə bu həftə dayanacaq? ŞƏRH

11 Dekabr 2025 17:36see139

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see137

İlham Rəhimovun gömrükdə işləyən qohumu həbs edildi

11 Dekabr 2025 16:56see136

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see136

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see135

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see133

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see131

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see129

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see128

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see125

Ukrayna və ABŞ nümayəndə heyətləri görüşdü

11 Dekabr 2025 23:50see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri