Icma.az
close
up
RU
Kirayədə qalanların bilmədiyi qayda Bu pulu kim ödəməlidir?

Kirayədə qalanların bilmədiyi qayda Bu pulu kim ödəməlidir?

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Kirayədə yaşayanların üzləşdiyi problemlərdən biri də mənzildə hər hansı əşyanın və ya avadanlığın sıradan çıxması zamanı təmir xərcinin kimin tərəfindən ödənilməli olmasıdır. Bəzi hallarda ev sahibləri məsuliyyəti kirayəçinin üzərinə qoyur,  kirayəçilər öz hesablarına təmir aparmağa məcbur qalırlar.

Bəs qanunvericiliyə görə, hansı təmir işlərini kirayəçi, hansıları ev sahibi görməlidir?

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, bu məsələlər əsasən tərəflərin qarşılıqlı razılaşması əsasında tənzimlənir: Bakıda online alış-veriş

“Toxunduğunuz məsələ kifayət qədər geniş yayılmış problemdir. Lakin bu məsələ ilə bağlı qanunvericilikdə bütün halları əhatə edən konkret tənzimləmə yoxdur. Əsasən, tərəflərin qarşılıqlı razılaşması əsasında həll olunur. Bu razılaşmaların isə geniş və ətraflı şəkildə icarə müqaviləsində əks olunması mümkündür. İcarəyə verən şəxslər uzun müddət ərzində müxtəlif kirayəçilərlə və fərqli vəziyyətlərlə qarşılaşırlar. Mənzillərdə məişət avadanlıqlarının sıradan çıxması, xüsusilə də təmiri böyük xərc tələb edən və ya ümumiyyətlə, təmir edilməsi mümkün olmayan cihazlarla bağlı mübahisələr yaranır. Nəticədə icarəyə verənlə icarəyə götürən arasında narazılıq meydana çıxır. Hətta elə hallar olur ki, kirayəçi bu səbəbdən mənzildən çıxır. Ev sahibi isə yeni kirayəçi tapmaq üçün həmin avadanlığı yenisi ilə əvəz etməyə məcbur qalır. Bu baxımdan, mənzildə sıradan çıxan avadanlığın təmir və ya dəyişdirilmə xərcini kimin ödəməli olduğu məsələsi kifayət qədər aktualdır”.

O qeyd edib ki, müqaviləsiz kirayədə qalmaq hər iki tərəf üçün gələcəkdə ciddi problemlər yarada bilər:

“İlk növbədə, icarə müqaviləsinin bağlanmasının hər iki tərəfi hansı risklərdən qoruduğunu anlamaq lazımdır. Mən özüm də müxtəlif vaxtlarda həm icarəyə verən, həm də icarəyə götürən tərəf kimi bu proseslərdə iştirak etmişəm. Şəxsi təcrübəmə əsaslanaraq deyə bilərəm ki, icarə müqaviləsinin olması hər iki tərəf üçün vacibdir. Bəzən icarəyə götürənlər düşünürlər ki, müqavilə bağlanarsa, üzərlərinə əlavə öhdəliklər və xərclər qoyulacaq. Müqaviləsiz yaşadıqları halda isə özlərini daha sərbəst hiss edəcəklərini düşünürlər. Lakin bu yanaşma düzgün deyil. Əksinə, yazılı müqavilənin olmaması gələcəkdə daha böyük problemlərə səbəb ola bilər. İlk növbədə, icarəyə götürən tərəfin hüquq və maraqları nəzərə alınmalıdır. O, istehlakçı və xidmətin istifadəçisi kimi öz şərtlərini irəli sürməli, müqavilədə hər iki tərəfin razılaşdığı bütün məsələlərin əks olunmasını tələb etməlidir. Hər hansı məqam müqavilədə qeyd edilməzsə, sonradan yaranan mübahisələrdə hər iki tərəf çətinliklə üzləşə bilər”.

Onun sözlərinə görə, müqavilədə kirayə müddəti, aylıq ödəniş, qiymət dəyişikliyi və müqavilənin uzadılması şərtləri dəqiq göstərilməlidir:

“İcarə müqaviləsində ilk növbədə iki əsas məsələ – icarə müddəti və aylıq ödənişin məbləği dəqiq göstərilməlidir. Ən azı 1 il ərzində icarə haqqının dəyişməməsi şərtinin nəzərdə tutulması məqsədəuyğundur. Eyni zamanda, müqavilənin müddət bitdikdən sonra avtomatik uzadılıb-uzadılmayacağı da qeyd edilməlidir. Əgər tərəflərdən biri müqaviləni uzatmaq istəmirsə, digər tərəfə bu barədə əvvəlcədən məlumat verməsi şərti müəyyənləşdirilə bilər.

İcarəyə götürən üçün digər vacib məqam yaşayış yeri üzrə qeydiyyat məsələsidir. Qanunvericiliyin tələblərinə uyğun olaraq, yaşayış yerini dəyişən və yeni ünvanda müəyyən edilmiş müddətdən artıq yaşayan şəxsin qeydiyyat məsələsini həll etməsi vacibdir. Bu baxımdan, icarə müqaviləsinin olması və qeydiyyatla bağlı şərtlərin əvvəlcədən razılaşdırılması kirayəçi üçün əhəmiyyətlidir.

Təcrübədə ən çox rast gəlinən xoşagəlməz hallardan ikisi kirayəçinin müqavilə müddəti başa çatmadan mənzildən çıxarılması və ya icarə haqqının birtərəfli qaydada artırılmasıdır. Məhz bu kimi halların qarşısını almaq üçün müqavilədə müddət və ödəniş şərtləri aydın göstərilməlidir”.

Ekspert qeyd edib ki, mənzildəki məişət avadanlıqlarının vəziyyəti və onların təmir xərclərinin bölüşdürülməsi də müqavilədə ayrıca əksini tapmalıdır:

“Növbəti vacib məsələ mənzildəki məişət avadanlıqlarının vəziyyəti və onların təmiri ilə bağlı xərclərin kim tərəfindən qarşılanmasıdır. Məsələn, mənzildə kombi və ya digər istilik sistemi varsa, bu avadanlıqların mütəmadi yoxlanılması, təmizlənməsi və təmirə ehtiyac yarandıqda xərclərin kimin tərəfindən ödənilməsi əvvəlcədən razılaşdırılmalıdır.

Əgər mənzildəki avadanlıqlar yenidirsə, onların zəmanət müddəti də nəzərə alınmalıdır. Hər bir avadanlığın zəmanət müddəti və zəmanət şərtləri fərqli ola bilər. Buna görə də müqavilə bağlanarkən həmin cihazların hansı müddətə zəmanətli olduğu dəqiqləşdirilməlidir.

Zəmanət müddəti başa çatdıqdan sonra avadanlıq nisbətən yenidirsə və təmirə ehtiyac yaranırsa, tərəflər xərclərin 50/50 prinsipi ilə bölüşdürülməsini razılaşdıra bilərlər. Yəni təmirə çəkilən xərc hər iki tərəf arasında bərabər bölünə bilər. Digər tərəfdən, mənzildə uzun müddət istifadə edilmiş, köhnə məişət avadanlıqları da ola bilər. Məsələn, soyuducunun və ya kondisionerin modelindən və istifadə müddətindən onun nə dərəcədə köhnəldiyini müəyyən etmək mümkündür. İcarəyə götürən belə avadanlıqların istənilən vaxt sıradan çıxma ehtimalının yüksək olduğunu nəzərə alaraq, müqavilə bağlanmazdan əvvəl bu barədə öz şərtlərini irəli sürə bilər.

Əgər avadanlıq kifayət qədər köhnədirsə və kirayəçi mənzildə uzun müddət qalmağı planlaşdırırsa, onun təmir xərclərinin hamısını öz üzərinə götürməməsi üçün əvvəlcədən razılaşma əldə etmək olar. Məsələn, tərəflər təmir xərcinin yalnız 10-20 faizinin kirayəçi tərəfindən ödənilməsini razılaşdıra bilərlər.

Mənzildəki digər əşyalarla bağlı da eyni qaydada razılaşma olmalıdır. Buraya yumşaq mebellər, hamam aksesuarları, santexnika avadanlıqları və digər məişət əşyaları daxildir. Onların sıradan çıxması və ya təmirə ehtiyac yaranması zamanı xərclərin kim tərəfindən qarşılanacağı müqavilədə göstərilməlidir”.

Azadov kommunal ödənişlərin də müqavilədə dəqiq göstərilməsinin vacibliyini vurğulayıb:

“Kommunal xidmətlər və digər aylıq ödənişlər də müqavilədə öz əksini tapmalıdır. Elektrik enerjisi, qaz, su, internet, həmçinin çoxmənzilli binalarda komendant və idarəetmə xərclərinin kimin tərəfindən ödəniləcəyi dəqiq göstərilməlidir. Adətən bu ödənişləri icarəyə götürən qarşılayır. Bununla yanaşı, kirayəçi mənzilə köçərkən bütün kommunal sayğacların göstəricilərinin qeydə alınması və əvvəlki borcların sıfırlanması məqsədəuyğundur. Kirayəçi mənzildən çıxarkən də eyni qaydada sayğac göstəriciləri yoxlanılmalı, onun yaşadığı müddətdə yaranmış kommunal borclar ödənilməlidir. Beləliklə, ev sahibi əvvəlki və sonrakı borclarla bağlı problemlə üzləşməz.

İndi isə icarəyə verən tərəfin maraqlarına toxunaq. Ev sahibinin diqqət yetirməli olduğu əsas məsələlərdən biri depozit tələb edilməsidir. Depozit icarəyə verəni mənzildə yarana biləcək maddi zərərlərdən və digər xoşagəlməz hallardan qorumaq məqsədi daşıyır.

Məsələn, kirayəçinin yaşadığı müddətdə su sızması, yanğın, oğurluq və ya mənzilin təmirinə ehtiyac yaradan digər hadisələr baş verə bilər. Bəzi hallarda kirayəçi və ya onun ailə üzvləri mənzildəki əşyalara ehtiyatsız yanaşaraq onların zədələnməsinə səbəb ola bilərlər. Belə vəziyyətlərdə ev sahibinin dəymiş zərəri qarşılamaq üçün müəyyən təminatının olması vacibdir.

Depozit məhz bu kimi risklərdən qorunmaq üçün nəzərdə tutulur. O, həmçinin kirayəçinin mənzildəki əşyalara və avadanlıqlara daha diqqətli yanaşmasına şərait yaradır.

Bəzi hallarda müvafiq dövlət qurumları tərəfindən mənzillərdə yoxlamalar aparıla bilər. Belə yoxlamalar zamanı mənzildə yaşayan şəxsin icarə müqaviləsinin olub-olmaması da araşdırıla bilər. Buna görə də icarə münasibətlərinin qanuni əsaslarla rəsmiləşdirilməsi, müqavilədə bütün şərtlərin dəqiq göstərilməsi vacibdir”.

O əlavə edib ki, mənzildə neçə nəfərin yaşayacağı da əvvəlcədən razılaşdırılmalıdır:

“Mənzildə neçə nəfərin yaşayacağı da əvvəlcədən razılaşdırılmalı və müqavilədə qeyd edilməlidir. Çünki mənzildən istifadə edən şəxslərin sayı əmlakın vəziyyətinə, kommunal xərclərə və digər məsələlərə təsir göstərə bilər.

Digər mühüm məqam depozitin hansı hallarda geri qaytarılmaması və ya müəyyən hissəsinin saxlanılmasıdır. Məsələn, kirayəçi müqavilə müddəti başa çatmadan mənzildən çıxarsa, yaxud icarə haqqını və kommunal ödənişləri ödəmədən mənzili tərk edərsə, tərəflərin əvvəlcədən razılaşdırdığı şərtlər əsasında depozitdən müvafiq məbləğ tutula bilər.

Bundan başqa, mənzildəki əşyalara zərər dəydikdə, avadanlıqlar yararsız vəziyyətə düşdükdə və ya kirayəçinin təqsiri nəticəsində əlavə təmir xərcləri yarandıqda da depozitdən istifadə məsələsi gündəmə gələ bilər.

Yəni depozit həm icarəyə verənin əmlakını qorumaq, həm də müqavilə öhdəliklərinin yerinə yetirilməsini təmin etmək baxımından mühüm vasitədir. Lakin depozitin məbləği, hansı hallarda tutulacağı və hansı şərtlərlə geri qaytarılacağı mütləq müqavilədə ətraflı göstərilməlidir”.

Əsmətxanım Rzazadə


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 16 Noyabr 2026 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see317

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see316

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see310

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see310

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see300

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see296

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see292

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see291

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see264

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see262

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see256

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see253

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see253

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see251

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see243

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see241

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see240

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see237

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see202

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri