Icma.az
close
up
RU
Kırım körpüsünə görə ömürlük həbs cəzası... Məhkəmədə diversiya aktının yeni detalları üzə çıxdı

Kırım körpüsünə görə ömürlük həbs cəzası... Məhkəmədə diversiya aktının yeni detalları üzə çıxdı

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyada, Rostov-na-Donu şəhərindəki Cənub Hərbi Dairə Məhkəməsində Kırım Körpüsündə 2022-ci ilin oktyabrında baş verən partlayışla bağlı iş üzrə təqsirləndirilənlərə ömürlük həbs cəzası tələb edilib.

“AzPolitika” bildirir ki, bu barədə RBK kanalı məlumat yayıb.

Məhkəmə prosesi qapalı rejimdə davam edir, müdafiə tərəfi çıxışını 30 oktyabrda edəcək.

İş üzrə təqsirləndirilənlər səkkiz nəfərdir: Artur Terçanyan, Artem və Georgi Azatyanlar, Vladimir Zlob, Dmitri Tyaşelıx, Roman Solomko, Aleksandr Bılın və Oleq Antipov. Onlar terror aktı törətmək və partlayıcı maddələrin saxlanması ittihamı ilə üzləşirlər. İşin təşkilatçısı kimi Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasiliy Malyuk göstərilir.

Təhqiqatın versiyasına görə, təqsirləndirilənlər Ukrayna xüsusi xidmətlərinin tapşırığı ilə hərəkət edərək yükün içində gizlədilmiş partlayıcı maddələri Odessadan çıxarıb Bolqarıstan, Ermənistan və Gürcüstan vasitəsilə Kırıma gətiriblər. İttiham olunanlar isə yükün məzmunu barədə məlumatlarının olmadığını bildiriblər.

Xüsusilə, Sankt-Peterburq sakini Oleq Antipovun nəqliyyat xidməti göstərən şirkətin sahibi olduğu və partlayış baş verən yük maşınının ona məxsus olduğu qeyd olunur. Antipov partlayış barədə xəbər tutar-tutmaz FSB-yə müraciət etdiyini bildirib. İş adamının sözlərinə görə, onun müştərisi, Simferopoldan olan Aleksandr Bılın partlayışdan bir qədər əvvəl sənaye məqsədli 21 ton polietilen qablaşdırma filmi rulonlarını bir yerdən başqa yerə daşımaq üçün sürücü tapmağa kömək etməsini xahiş edib.

Müdafiə tərəfi "BBC"-yə açıqlamasında işdə "vaxt və yerdə təsadüfi olaraq iştirak edən şəxslərin" cəlb olunduğunu bildirib. Bildirilir ki, ən azı altı təqsirləndirilən ilk dəfə FSB tərəfindən partlayış baş verər-verməz sorğuya çağırılıb və heç bir ittiham olmadan buraxılıb.

2022-ci ilin oktyabrında Kırım Körpüsündə baş verən partlayış nəticəsində yük maşını partlayıb, körpünün avtomobil hissəsinin iki təpəsi çökmüş və dəmir yolu hissəsində güclü yanğın baş vermişdi. Hadisədə beş nəfər həyatını itirib. Ukrayna Təhlükəsizlik Xidməti (SBU) hücumun məsuliyyətini üzərinə götürüb və ölkə Kırım Körpüsünü legitim hərbi hədəf hesab edir. Çünki körpü vasitəsilə Rusiya hərbi qüvvələri, texnika və sursat daşıyır.

Rasim

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 30 Oktyabr 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see246

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see221

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see219

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see213

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see200

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see196

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see190

“O vaxtlar ikimiz də evli idik, bu, ona sərhəd deyildi” İddialar böyüyür

17 Dekabr 2025 23:18see187

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see173

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see169

Telefon qablarından istifadəni dayandırın Mütəxəssis açıqladı

18 Dekabr 2025 03:05see163

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see155

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see151

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see148

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see147

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see147

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see147

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see147

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see145

Ayça həmin mağazadan 700 min tələb edir

18 Dekabr 2025 04:01see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri