Kişi çimərlikdə İkinci Dünya müharibəsindən qalma bomba TAPDI
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avstraliyada iti ilə çimərlikdə gəzən kişi qumun üzərində qəribə əşya görüb. O, maraqdan əşyanı götürüb, lakin bir müddət sonra bunun bomba olduğunu anlayaraq qorxuya düşüb.
Redaktor.az xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.
Məlumata görə, kişi tapıntının təhlükəli olduğunu başa düşdükdən sonra polisə məlumat verib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları hərbçilər əraziyə çatana qədər ərazini mühasirəyə alıblar.
Avstraliyanın Müdafiə Nazirliyinin nümayəndəsi tapılan əşyanın İkinci Dünya müharibəsi dövrünə aid, qəlpəli-fuqas tipli mərmi olduğunu təsdiqləyib. Təxminən 11 kiloqram ağırlığında olan mərmi səhər saat 04:00 radələrində hərbi mütəxəssislər tərəfindən partladılaraq zərərsizləşdirilib.
Yerli sakinlərdən biri partlayışın səsinə oyandığını bildirib. O, əvvəlcə güclü səsin ciddi yol qəzasından qaynaqlandığını düşünüb. Səsin sanki böyük bir əşyanın betonun üzərinə düşməsini xatırlatdığını deyən sakin siren səsləri eşitmədiyi üçün təəccübləndiyini qeyd edib.
Tarixçilər bildiriblər ki, İkinci Dünya müharibəsi illərində həmin ərazi hərbi atış təlimləri üçün istifadə olunub.
NURİYYƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 09 Oktyabr 2026 17:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















