Icma.az
close
up
RU
Kişi niyə xəyanət edir? 4 ən yayılmış SƏBƏB

Kişi niyə xəyanət edir? 4 ən yayılmış SƏBƏB

Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Amerikalı psixoloq M.Gray Neuman "Kişilər niyə xəyanət edir” mövzusunda 200 kişi üzərində araşdırma aparıb. Onun tədqiqatında iştirak edən kişilərin hamısı evli olub və hamısının da xanımına xəyanət etdiyi məlum olub.

Onlar xəyanət etmə səbəblərini bu cür izah ediblər: "Tam yarısı psixoloji cəhətdən yoldaşı tərəfindən başa düşülməməsini səbəb göstərib. Kişilərin də diqqətə və qayğıya ehtiyacı olduğu halda qürurlu olması bu ehtiyacın görünməsinə əngəl olur və qadınlar kişilərdən diqqət tələb etməklə bərabər özləri onlara qarşı diqqətsiz qalırlar. Nəticədə isə kişi diqqəti başqa qadınlarda axtarmağa başlayır.

Digər səbəb isə intim problemi göstərilib. Tədqiqatlar göstərib ki, xəyanət edənlərin 68%-i nə vaxtsa həyat yoldaşına xəyanət edəcəyini ağlına da gətirməyib. Həmçinin araşdırmalara görə əksər hallarda xəyanət edən kişi xəyanət edərkən və ondan sonrakı dövrlərdə daima peşmanlıq duyğusu ilə yaşayır.

İngiltərədə aparılan tədqiqatdan isə məlum olub ki, evli kişilərin yüzdə 21-i həyat yoldaşına xəyanət edir. Bu göstərici vətəndaş nikahında yaşayan cütlüklərdə yüzdə 51-dir. Kişilərin 44 faizi qarşı cinsin cazibəsinə və gözəlliyinə heyran olduqları üçün xəyanət etdiyini bildirib.

Kanadada aparılan araşdırmada isə məlum olub ki, kişilərin 50 faizi xanımı tərəfindən romantik və hissi qarşılıq görmədiyindən, yüzdə 30-u yoldaşı ilə "dil tapa bilmədiyindən”, yüzdə 20-si isə xanımı ilə cinsi problemlər yaşadığından xəyanət edir.

Ümumiyyətlə isə psixoloqlar əksər hallarda kişilərin xəyanət etməsinin qadınlardan asılı olduğunu bildirir. Məsələn, qadın daha çox emosional, qısqanc, deyingən olmağa başladığı andan və yaxud öz görkəminə fikir vermədikdə, qarşı tərəfə öz sevgisini, qayğısını ötürmədikcə gec-tez xəyanətə uğrayırlar. Lakin heç də həmişə səbəbkar qadınlar olmur. Potensial olaraq kişilər uyğun zaman baş verdikdə xəyanətə meylli olur. Hətta belə bir iddia da var ki, kişi əgər ömür boyu bir qadınla kifayətlənirsə, ya onda anormallıq var, ya da ki, partnyorunun sadəcə bəxti gətirib.

Psixoloq Ramil Nəcəfli mövzu ilə bağlı "Yeni Müsavat”a danışıb: "Xəyanət edən kişini mühakimə etməzdən əvvəl düzgün şəkildə təhlil aparmaq lazımdır. Çünki vəziyyəti düzgün analiz etdikdə səbəbi öyrəndikdə, hətta xəyanətin qarşısını almaq olur və gələcəkdə xəyanət baş vermir. Və yaxud əvvəlcədən xəyanətə hazırlıqlı olmaq lazımdır. Belə olan halda xəyanət hadisəsi qadın üçün sürpriz olmur, çətin depressiya yaşamır. Qadın müəyyən mənada vəziyyətin fərqində olur və bu zaman daha ağıllı, təmkinli davranış olur. Qadın bilsə ki, kişi niyə xəyanət edir, sonda özü üçün düzgün nəticə çıxarar.

Tez-tez şahidi oluruq ki, qadınlar "ərim mənə xəyanət edir” deyə yaxınlarına şikayət edir, psixoloq, parapsixoloq, falçı yanına gedir ki, əri bir daha ona xəyanət etməsin.  Ümumiyyətlə, evli kişilər əsasən 4 səbəbdən xəyanət edir. Xəyanət əsasən sevməyib evləndikdə baş verir. Ola bilsin ki, kişi ailəcanlıdır, evin bütün problemlərinin öhdəsindən gəlir, amma xəyanət edir. Yəni əvvəldən sevgisizlik yaşayır, illər keçdikdən sonra həyatında yenilik etməyə çalışır və xanımına xəyanət edir. 2-ci səbəb isə başqadır. Bəzi kişilər sevib evlənib, hətta xanımı ilə bir müddət romantik günlər də yaşayıb, hər şey gözəl olub. Lakin 5-6 ildən sonra kişi arvadını sevsə də, ona yenə də hörmətlə yanaşsa da, xəyanət edir. Bunlar acgöz kişilərdir, yəni həyatlarında yeni qadınların olmasına meylli olur, daim həyəcan, adrenalin istəyir. Tez-tez şahidi oluruq ki, 35-40 yaşlarında olan evli kişilər həyəcan axtarışında olur. Çünki ailəsində həyəcan yoxdur, həyat yoldaşı ilə emosional çatışmazlıq yaşayır.

3-cü səbəb isə kişilərin bir çox hallarda öz həyat yoldaşından intim həzzi almamağı olur. Kişi evə çox bağlıdır, öz ailəsini sevir, hər şey qaydasındadır, lakin həyat yoldaşı ilə istədiyi performansı yaşaya bilmir. Lakin başqa qadınla istədiyi performansı yaşayır və xanımına xəyanət etməli olur.

4-cü səbəb isə sırf mənəvi məsələdir. Bəzən qadın kişidən daha çox qazanc əldə edir və yaxud kişidən daha ağıllı və bacarıqlıdır. Bu zaman kişi artıq həyat yoldaşının yanında özünü performanslı hiss edə bilmir, zəif olduğunu düşünür, özünə inamı azalır. Bu baxımdan kişini heç bir mənada aşağılamaq olmaz. Qadınlar bacardığı qədər kişiləri az tənqid etməli, onun bacardığı işləri tələb etməli, ona dəstək olmalıdır. Belə olmadıqda kişini özünə inamını artırmaq üçün hətta öz həyat yoldaşından zəif, heç də gözəl olmayan qadınla belə xəyanət edir. Çünki onun yanında özünü əsl kişi kimi hiss edə bilir, ona pənah aparır.

Beləliklə, qadınlar bu səbəbləri öyrənib, düzgün təhlil apardıqda xəyanətlə üzləşmir. Mütləq bu cür situasiyalarda təmkinli davranmalı səbəb və nəticələri araşdırmaq lazımdır".

Bəs kişinin xəyanət etdiyini necə bilmək olar?

Psixoloqlar xəyanət edən kişinin davranışlarını bu cür izah edir:

- Kişi bu zaman həyat yoldaşına qarşı daha çox diqqətli olmağa çalışır.

- "Əgər nə vaxtsa sənə xəyanət etsəm, mənimlə necə davranarsan?” kimi suallar verməyə başlayır. Bununla da qarşı tərəfin onun sevgilisi ilə münasibətinin öyrəndikdə verəcəyi reaksiyanı bilməyə çalışır.

- Səbəbsiz yerə tez-tez mübahisə etməyə başlayır.

- Müxtəlif bəhanələrlə həyat yoldaşı ilə daha az zaman keçirməyə, daha az danışmağa başlayır. O, belə etməklə xəyanətini ört-basdır edə biləcəyini düşünür.

- Özünü birdən-birə daha çox bəyənməyə başlayır, zamanının çoxunu güzgü qarşısında keçirir.

- Artıq bütün tənqidləri səbirsizliklə qarşılayır.

- Həyat yoldaşının görkəmi daha onu maraqlandırmır.

- Birdən-birə dostlarına daha çox zaman ayırmağa başlayır.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see279

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see263

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see220

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see209

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see202

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see201

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see199

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see196

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see192

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see185

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see176

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see175

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see175

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see171

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see171

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri