Icma.az
close
up
RU
“Kişi, sözüm sözdür, tam qələbə ilə dönəcəm”

“Kişi, sözüm sözdür, tam qələbə ilə dönəcəm”

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Oğuz, 22 sentyabr, AZƏRTAC

2023-cü il sentyabrın 19-da başlayan və 24 saatdan da az davam edən lokal antiterror tədbirlərində dövlət suverenliyimizin tam bərpa olunması uğrunda döyüşən igid oğullarımızdan biri də Oğuzun Xalxal kəndində doğulub boya-başa çatan şəhid Kənan Ağayevdir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nə qədər kədərli olsa da, oğullarının torpaqlarımızın azadlığı uğrunda şəhid olması Kənanın valideynlərinin ən böyük təsəllisi və qürur yeridir.

Şəhid valideynləri bu gün də səhər tezdən oğullarının görüşünə gəliblər. Ətrafda tam sakinlikdir. Atası Vahid dayı bir qədər kənardan müşahidə edir, anası Raminə xanım isə Kənanın başdaşına əl gəzdirib sakitcə oxşayır, başını onun sinədaşına yaxınlaşdırıb qucaqlayır, gözlərinə zillənərək qəlbində onunla danışır...

Vahid dayı deyir ki, Kənanla bəzən saatlarla səssiz-səmirsiz danışır, onun söhbətlərini, telefon zənglərini xatırlayır: “Hərbi xidmətə gedəndə bilirdim ki, Kənan bu yolu davam etdirəcək. İdmançı cüssəli idi. Elə də oldu. Cəmi bir neçə ay sonra telefonda fikrini bildirdi. Dedi ki, ata, mən necə olursa-olsun müqavilə yolu ilə burada qalacağam. Dediyi kimi də etdi. Hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq həqiqi hərbi qulluqçu kimi ordu sıralarında qaldı”.

“Artıq çox soyuqqanlı və təmkinli olmuşdu. Sonuncu dəfə gedəndə anası ilə qucaqlaşdı. Bizə isə “bu toy, o toydan olmayacaq”, – deyib əlini yellədi. Anladım nə demək istədiyini. Doğrusu, qəlbimdə arzum vardı ki, ona dünyanın ən yaxşı toyunu edim. Lakin qismət belə gətirdi. Şəhidlik zirvəsinə ucalmaqla Vətənimizin azadlığını seçdi. Bir valideyn, bir vətəndaş olaraq nə qədər ağrılı-acılı olsa da, övladımızla qürur duyuruq. Bu şəhidlik zirvəsi hər kəsə nəsib olmur. O da ola Vətənin, dövlətin suverenliyi, ərazi bütövlüyü uğrunda...”, – deyir Vahid kişi.

Kənan atasına söz vermişdi. İlk məzuniyyətində evə gələndə atasının əlini bərk sıxaraq demişdi: “Torpaqları biz oğullar alacağıq!”.

Digər şəhid ailələrində olduğu kimi, Ağayevlərin də mənzilində bir otaq Kənana, onun əziz xatirəsinə həsr olunub. Anası Raminə xanım hər gün divarlardakı rəsmlərin tozunu alır, oğlunun şəkillərini əzizləyib yenidən yerinə asır. Deyir ki, bu rəsmlərin hər birinin öz tarixi, öz xatirəsi var. Ən böyük xatirə isə şəhid oğlunun atasına verdiyi sözü tutmasıdır...

Kənana həsr olunmuş otaqda şəkilləri seyr edərkən qardaşı Nurlan deyir: “Şəhid qardaşı olmaq şərəfli, qürurlu, həm də çox məsuliyyətli bir işdir”. O, əlavə edir ki, qardaşının atasına verdiyi sözü heç zaman unutmur: “Kənan xidmətə yollananda qapıdan çıxıb bir neçə addım irəlilədi və geri dönüb ancaq anamı qucaqladı. Sonra atama üzünü tutub dedi ki, “Kişi, sözüm sözdür, tam qələbə ilə dönəcəm və oradakı toyun davamını burada, çadırda edərik”. Onun verdiyi sözə əməl etməsi bir şəhid qardaşı kimi bizi qürurlandırır. Biz isə hər il həyətdə çadır qurub Kənanın xatirəsini yaşadır, ehsan verərək şəhidlərimizə dualar edirik”.

Xatırladaq ki, Kənan Ağayev 2002-ci il sentyabrın 9-da Oğuz rayonunun Xalxal kəndində doğulub. İntizam Rəhimov adına Qumlaq kənd tam orta məktəbində təhsil alıb. Məktəbi bitirdikdən sonra müddətli həqiqi hərbi xidmətə çağırılıb. Xidmətini başa vurduqdan sonra müddətdən artıq həqiqi hərbi qulluqçu kimi ordu sıralarında qalıb.

2023-cü il sentyabrın 19-20-də keçirilən lokal antiterror tədbirləri zamanı göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.

Müxbir - Rasim İslamoğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Sentyabr 2026 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see330

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see329

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see324

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see321

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see305

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see297

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see293

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see280

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see278

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see271

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see252

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see251

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see249

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see235

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see227

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see227

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see223

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see218

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri