Icma.az
close
up
RU
Kişi klimaksı

Kişi klimaksı

Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq.

Kişi və ya qadın olmasından asılı olmayaraq, hər bir insan orqanizmi yaşa uyğun dəyişikliklərə məruz qalır. Bir çox insanlar arasında belə bir fikir vardır ki, klimaks dövrü yalnız qadınlarda baş verir.

Həqiqətdə isə bu heç də belə deyildir. Klimaks dövrü kişilərdə də olur. Sadəcə olaraq bu dövr kişilərdə daha gec yaşlarında baş verir və adətən qadınlara nisbətən daha az əlamətlərlə müşayiət olunur.

Adətən, kişi klimaksı 60 yaşlarında özünü büruzə verməyə başlayır. Bu dövrdə kişi orqanizmində kişi cinsi hormonu olan testosteronun hazırlanması azalmağa başlayır. Testosteron hormonu özünün əsas cinsi hormon olması vəzifəsindən başqa, kişi orqanizminin bir çox orqan və sistemlərinin (ürək-qan qamar, sinir, sidik-cinsiyyət, endokrin və digər) fəaliyyətinə nəzarət edilməsində də iştirak edir. Qanda testosteronun azalması nəticəsində bütün bu orqan və sistemlərdə də müxtəlif pozğunluqlar yaranmağa başlayır. Yəni, bütün bunlar qadın klimaksı zamanı qanda qadın cinsi hormonları olan estrogenlərin çatışmazlığı nəticəsində ürək, beyin, sümüklər və digər orqanlarda baş verən dəyişikliklərə və nəticələrə çox oxşayır.

Qadınlarda olduğu kimi, kişilərdə də osteoparoz (sümüklərin möhkəmliyinin azalması) prosesi inkişaf edir (ancaq qadınlarda olduğundan bir qədət az dərəcədə). Bundan başqa, klimaks dövrlərində olan bir çox kişilərdə ürək nahiyəsində ağrılar, tezləşmiş ürək döyüntüləri, tutmaları, ürəyin sanki “dayanması” hissiyyatı kimi əlamətlər, həmçinin arterial təzyiqin yüksəlməsi, tez yorulma, yaddaşın zəifləməsi, yuxusuzluq və s. bu kimi hallar da baş verə bilər.

Gələcəkdə sağlamlığında gözlənilə bilən belə pozğunluqların profilaktikası üçün kişilər cavan yaşlarında düzgün həyat tərzi sürməlidirlər. Yəni, onlar siqaret çəkilməsi, spirtli içkilərin qəbul edilməsi və digər zərərli adətlərdən imtina etməli, düzğün qidalanmalı, xeyli hərəkətli olmalıdırlar. Osteoparozun, ürək-qan damar və digər xəstəliklərin profilaktikası üçün vitamin kompleksləri, immunomodulyatorlar və xüsusi dərman preparatlarının qəbul edilməsi, kişilərə hormonal sistemdəki dəyişiklikləri daha yüngül keçirməyə və həyatın sonrakı yeni dövrünə daha asanlıqla daxil olmağa kömək etmiş olur.

Nadir hallarda kişilərdə klimaks prosesinin gedişi patoloji xarakter ala bilər. Bu zaman klimaks dövrü keçirən qadınlarda olduğu kimi, kişilərdə də “istilik gəlməsi”, sifətin və boyunun qızarması, tərləmə, baş ağrıları, bədən çəkisinin kəskin şəkildə artması, müxtəlif maddələr mübadiləsi pozğunluqları (bu səbəbdən şəkərli diabet də yarana bilər) və s. bu kimi əlamətlər yarana bilər. Ancaq təkrar edirik ki, bu əlamətlər heç də mütləq olaraq deyil, istisna halları kimi meydana çıxa bilər.

Hər hansı bir kişi özündə patoloji klimaksın əlamətlərinin olduğunu hiss etmiş olarsa, müvafiq müalicə təyin edilməsi məqsədi ilə mütləq həkimə müraciət etməlidir.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see327

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see269

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see228

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see225

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see212

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see204

AFFA nın Hesabat Konfransı keçiriləcək

21 Avqust 2026 16:47see203

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

22 Avqust 2026 01:55see185

Aqrar inkişafın yeni mərhələsi və ADAU nun tarixi missiyası

21 Avqust 2026 23:22see182

Ankarada mədəndə uçqun: yaralı sayı artdı

21 Avqust 2026 23:24see173

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see171

Azərbaycanda respondentlərin 88% dən çoxu azyaşlıların sosial şəbəkələrə giriş qadağasını dəstəkləyir

21 Avqust 2026 14:14see164

Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

22 Avqust 2026 06:00see163

Günün fotosu: “Yabanı giləmeyvələr”in qara və yoğun tüstüsü

22 Avqust 2026 01:05see160

Paşinyan masaların altında gəzəndə... İş adamından açıqlama

22 Avqust 2026 01:44see155

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see154

Donald Tramp: Məqsədimiz raketlər deyil, Ukraynada sülhün təmin edilməsidir

22 Avqust 2026 01:43see151

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see151

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see149

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

23 Avqust 2026 01:51see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri